08 dek 21:12idman

“Lokomotiv” Portuqaliya klubuna da aman vermədi

“Lokomotiv” Portuqaliya klubuna da aman vermədi
“Çağırış” kuboku
LOKOMOTİV – Fonte Bastardo (Portuqaliya) 3:1 (25:23, 21:25, 28:26, 25:20)

Lokomotiv: Rəsul İbrahimov – 17, Pərviz Səmədov – 16, Dmitri Obodnikov – 15, Vüqar Bayramov – 8, İvan Kazaçkov – 7, Aleksey Çervyakov – 5, Andrey Vasilenko – 1, Kənan Allahverdiyev (l), Asif Əliyev (l), Abbas Cəfəri, Dmitri Baranov, Murad Abdurazakov, Əli Məhəmmədov.
Baş məşqçi: Fərid Cəlalov.
Fonte Bastardo: Kayo Roşa – 19, Reynaldo Da Silva – 19, Aleksandr Kudryaşov – 12, Maykon Kosta – 8, Bruno Alveş – 7, Rikardo Filyo – 5, Daniel Ruis (l), Gerson Pereyra, Robert Vilber, Xose Karlos Vinya, Osvaldo Fereyra Da Silva.
Baş məşqçi: Joao Migel Joze.
Hakimlər: Pavel Vasko (Sloveniya), Şantal Kayser (Fransa).
7 dekabr. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 400 tamaşaçı.
Oyunun vaxtı: 112 (29+26+32+25) dəqiqə.
Dünən “Lokomotiv” “Çağırış” kubokunun 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində “Fonte Bastardo”nu qəbul etdi. Kəskin hava şəraiti Dərnəgül Voleybol Mərkəzinə toplaşan azarkeşlərin sayına təsirsiz ötüşməmişdi. Yaxşı ki, “Azərreyl”in fanklubu avrokubokdakı təmsilçimizi yalqız buraxmamışdı. Azarkeş qrupu fəal dəstəyi ilə voleybolçuları ruhlandırırdı. Voleybol Federasiyasının (AVF) 1-ci vitse-prezidenti Faiq Qarayev görüşü VİP-lojadan yox, statistik məşqçilərin əyləşdiyi yerdən izləyirdi.
Qarşılaşmaya gəlincə, Fərid Cəlalovun start heyəti “köhnə qvardiya”dan ibarət idi. Bunlar da əsasən yığma üzvləridi. İlk texniki fasiləyədək mübarizə xala-xal prinsipiylə keçdi. Maraqlıdı ki, ölkə çempionu ilk 4 xalını rəqibin servis səhvlərindən qazandı. Texniki fasiləyə komandamız minimal fərqlə öndə yollansa da, setin ortalarında təşəbbüs portəgizlərə keçdi. Qonaqların heyətində Reynaldo və Roşanın güclü zərbələrini zərərsizləşdirmək problemə çevrilmişdi. “Loko”nun blokları sürətli hücumların qarşısını almaqda aciz idi. Müdafiə planında da nöqsanlar çox idi. Xüsusən liberolar Asif Əliyev və Kənan Allahverdiyevdə təcrübə çatışmazlığı aşkar sezilirdi. Rəqibin isə servis və qəbul problemlərindən əziyyət çəkdiyi hiss olunurdu. Bununla belə, “Fonte Bastardo” 20:15 hesabıyla önə çıxdı. Məhz bu məqamda Cəlalovun götürdüyü fasilə işə yaradı. Gənc baş məşqçinin verdiyi taktiki tapşırıqları uğurla yerinə yetirən voleybolçularımız geridönüş edə bildi. Rəsul İbrahimovun uğurlu servislərini effektli bloklar izləyincə ilk set “Lokomotiv”in hesabına yazıldı.
İkinci setə qonaqlar daha yaxşı başladı. Nəticədə ilk texniki fasiləyə öndə yollandılar – 8:5. Komandalar meydana qayıtdıqdan sonra “Loko” təşəbbüsü ələ keçirdi. Təmsilçimiz hətta 2 xallıq fərqlə önə də çıxa bildi. Ancaq fərdi səhvlər “mavilər”in sürətini azaltdı. Belədə ikinci məcburi fasiləyə də “Fonte Bastardo” öndə yollandı – 16:14. Vüqar Bayramov ardıcıl iki səhvə yol verdiyindən Cəlalov onu yeni transfer Andrey Vasilenkoyla əvəzlədi. Bir qədər sonra isə Aleksey Çervyakovun yerinə Abbas Cəfəri meydana çıxdı. Ancaq bu əvəzetmələr ilk setdəki geridönüşü təkrarlamağa imkan vermədi və ümumi hesab bərabərləşdi.
Üçüncü setə də qonaqlar yaxşı başlamış və ardıcıl 2 xal qazanmışdı. Ancaq vaxtında toparlanan və hücum şanslarını qaçırmayan “Lokomotiv" ilk məcburi fasiləyə 2 xal öndə yollandı. Setin ortalarında bu üstünlük əldən çıxsa da, komanda tezliklə toparlana bildi. Blokda ardıcıl xallar qazanan meydan sahibləri 20:16 hesabıyla önə çıxdı. Ancaq bundan sonra azarkeşlər nəfəskəsən mübarizəyə şahidlik etdi. Əvvəlcə rəqib hesabı bərabərləşdirdi. Cəlalovun götürdüyü fasilədən sonra Pərviz Səmədovun ardıcıl 2 xalı “Loko”nu yenidən təşəbbüs sahibinə çevirdi. Amma 2 dəfə set xalını qazanmaq mümkün olmadı. Rəqib hətta 26:25 önə də keçdi. Öncə Pərviz hesabı bərabərləşdirdi. Daha sonra isə Rəsulun 2 xalı bu seti qazanmağa imkan verdi.
Komandamıza qələbə üçün 4-cü seti də qazanmaq kifayət edirdi. Qələbəyə inamı artan voleybolçular yüksək motivasiya və hirslə oynayırdı. Artıq “Loko” müdafiə planında da artırmışdı. Əvəzində Portuqaliya klubu tədricən oyun intizamını itirməkdəydi. 5 xallıq fərq seti qazanmaq üçün yetərli üstünlük idi. İnsafən, ikinci texniki fasilədən sonra “Fonte Bastardo” qismən toparlandı. Hətta bir epizodda Gersonun zərbəsi dəqiq olsa da, referi yan xətt hakiminə uyaraq aut qərarı verdi. Hər halda, aradakı fərq böyük idi və psixoloji üstünlüyü ələ keçirən rəqibdən xal almaq çətin görünürdü. Qonaqlar nə qədər çalışsalar da, əzmkarlıq kifayət etmədi. Beləliklə, ölkə çempionatına həsrət qalan “Lokomotiv” avrokuboklarda ikinci ev oyununu da qələbə ilə başa vurdu. Cavab qarşılaşmasında portəgizlər hətta “quru” qələbə qazansa belə, 1/8 finala vəsiqənin sahibi “qızıl” setdə müəyyənləşəcək. Ancaq buna ehtiyac yaranmaya da bilər. Bunun üçün Cəlalovun komandasının Portuqaliyada 2 set qazanması yetərlidi.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması dekabrın 20-də keçiriləcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar