Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 13:02idman

Camal Kaşkay FAİREX-dən narazıdı

Camal Kaşkay FAİREX-dən narazıdı
“Artıq üç ildi ölkəmizdə heç bir turnir keçirilməyib”
İdman həm sağlamlıq, həm böyük həzz, həm də əsl adrenalindi. Ekstremal idman növləri xüsusən həyəcanvericidi. Bunlardan biri də paraplanerçilikdi. Burda pilot paraplandan uçuş həyata keçirir. Bəs paraplan nədi? Buna yamaç paraşütü deyilir. Paraplan yumşaq qanadlı planer olub, qanadı hava axını hesabına hava tutucuları ilə şişən uçuş aparatıdı. Qaldırıcı qüvvə qanad profilinin qarşıdan gələn havanın bürüməsi hesabına yaranır. Paraplanın irəli hərəkəti ağırlıq gücün təsiri nəticəsində baş verir.
Ölkəmizdə bu idman növü ilə 2012-ci ildən məşğul olanlar var. 2013-də FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) dəstəyi ilə beynəlxalq paraplanerçilik festivalı keçirilib. 2014-dən etibarən ölkəmizdə 31 may paraplanerçilər günü kimi qeyd olunur.
Onlardan biri ilə söhbət etmək qərarına gəldik. Hazırda Səudiyyə Ərəbistanında yaşayan həmyerlimiz Camal Kaşkay əvvəlcə özünü belə təqdim etdi: “44 yaşım var. Geoloq işləyirəm. 4 ildi ki, paraplanla məşğul oluram. Peşəkar səviyyədə olmasa da, müxtəlif yarışlarda iştirak etmişəm. Bu idman növü ilə bağlı olan “Rockstone” klubunun üzvüyəm. Bu sahəyə necə gəldim? Əvvəlcə təcrübədən keçirmək istədim, xoşuma gəldi. Hollandiyadan məşqçi tapdım, komandanı topladım və öyrənməyə başladım. Sentyabrda Sloveniyada keçirilən Avropa Kubokunda mübarizə apardım. Hərçənd yüksək nəticə göstərə bilmədim. 91 iştirakçı arasında 84-cü yeri tutdum”.
Kaşkay məşğul olduğu idman növünün incəlikləri ilə bağlı bunları dedi: “Paraplanın qiyməti 3 min avrodu. Hardasa 2-5 il istifadə etmək mümkündü. Azərbaycanda paraplanla məşğul olan 10-15 nəfər var. Onlardan 7-si “Rockstone”, 3-ü “CanFly”, 2-si “Gilavar”, 1-i isə “ClimbClub”ın üzvüdü. Fərdi pilotlar da var. Düzdü, təhlükəli idman növüdü. Ancaq hər şeyi düz etsən, təhlükə aradan qalxar. Motosikl sürmək bundan daha risklidi. Əlbəttə, yaxşı hazırlıq keçmək, düzgün uçuş tərzinə yiyələnmək və münasib hava şəraitini seçmək lazımdı. Belədə risk minimuma enir. Burda qayda belədi ki, pilot yaxın dağlardan birindən seçilmiş və nişanlanmış yerə düşməlidi. Mərkəzə nə qədər yaxın düşsə, bir o qədər uğurlu nəticə sayılır. Qalib 5 mərhələnin yekununda müəyyənləşir. Bu növdə Şərqi Avropa və Cənubi Amerika ölkələri, Asiyadan isə İndoneziya və Koreya güclüdü. Yüksək nəticə qazanmaq üçün çoxlu məşq etmək və tez-tez paraplanla uçuşlar həyata keçirmək lazımdı”.
Camal bəy FAİREX-in fəaliyyət(sizliy)indən narazıdı: “Gələn ilin sentyabrında Sloveniyanın Kobarid şəhərində keçiriləcək Avropa çempionatı idmançılarımız üçün çox vacibdi. Komandamız bir müddət öncə Albaniyada təlim-məşq toplanışı keçib. Dünya çempionatı isə 2019-un mayında Serbiyada baş tutacaq. 4 ildi ki, FAİREX-in fəaliyyəti qənaətbəxş deyil. Federasiya bu istiqamətdə müəyyən işlər görməlidi, ancaq demək olar ki, işləmir. Qanunvericilik bazası formalaşdırılmalı, yarışlar təşkil edilməli, pilotlar bir araya gətirilməli, onların beynəlxalq turnirlərdə ölkəmizi təmsil etməsinə şərait yaradılmalıdı. Biz idmançılar FAİREX-dən maaş istəmirik. Ən vacibi pilotlarımızın beynəlxalq yarış təcrübəsi qazanmasıdı. Hətta pis nəticəyə imza atsalar belə. Biz hər zaman ölkəmizi düşünürük, özümüzlə bayrağımızı daşıyırıq. Bizim idmançıları xaricdə tanıyırlar və tez-tez yarışlara dəvət edirlər. Bizdə isə yalnız “Rockstone” yarış təşkil edib. Artıq 3 ildi ki, ölkəmizdə heç bir turnir keçirilməyib”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar