18 yan 20:04idman, manset

Rusiyalı cüdoçu Elmar Qasımova məğlubiyyətindən danışdı

Rusiyalı cüdoçu Elmar Qasımova məğlubiyyətindən danışdı
Olimpiada bizim üçün ziddiyətli məqamlarla yadda qaldı. Xüsusən də nəticələr baxımından. Medalların sayına görə yeni rekord müəyyənləşdi. Bəlkə də ən nikbin idmansevər də Braziliyada 18 medal qazanılacağına ümid etmirdi. Ancaq medalların əyarına görə əvvəlki nəticələrdən geri qaldıq. Cəmi bir olimpiya çempionumuzun olması Rio-2016-nı bizim üçün uğurlu yarış kimi xarakterizə etməyə imkan vermir. Sidney-2000 və London-2012 bu baxımdan daha uğurlu olmuşdu. Hərçənd bəzi növlər üçün okeanın o tayındakı çıxış çox gözəl alındı. Taekvondo Federasiyası 1 qızıl, 2 bürünc medalla ölkədə lider oldu. Rioda cüdoçular da yaxşı çıxış etdi. Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yalnız finalda uduzaraq gümüş medal qazandı. Qasımovun finaladək məğlub etdiyi rəqiblərdən biri də rusiyalı Tahir Xaybullayev idi. London Olimpiadasının qalibi “Volqa Nyus”a müsahibəsində Qasımova məğlubiyyətindən danışıb: “Bəli, rəqibim güclü idi. Mən onunla 2009-cu ildə Avropa çempionatında qarşılaşmışdım. Həmin qitə birinciliyində ona qalib gəlmişdim. Ancaq o zaman Elmarın cəmi 18 yaşı var idi. Geridə qalan 7 ildə onunla heç vaxt qarşılaşmamışdıq. Qasımov Olimpiadada mənimlə üz-üzə gələndə artıq təcrübə qazanmış, “bişmiş” cüdoçu idi. Təsadüfi deyil ki, o hazırda 100 kq-da dünya reytinqinə başçılıq edir. O, mənə tez-tez yararlandığı fəndi tətbiq etdi. Bundan qaçmağa imkan tapmadım. Düzdü, “ippon”dan qurtuldum. Qasımovun fəndi “vazari” xalıyla qiymətləndirildi. Ancaq qalan vaxtda hesabı öz xeyrimə dəyişməyə imkan tapmadım. Məğlub olmuşamsa, deməli, səhvə yol vermişəm. Elmara uduzduqdan sonra anladım ki, Olimpiya Oyunlarına optimal formada hazırlaşmamışam. Halbuki Olimpiadaya görə nə qədər yarışı buraxmış, nə qədər zədə almışdım”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35 Bütün xəbərlər
Ən çox oxunanlar