03 dek 12:15idman

Ramil Quliyev Avropa və dünya rekordlarını yeniləmək istəyir

Ramil Quliyev Avropa və dünya rekordlarını yeniləmək istəyir
“Dünya çempionu olduğuma görə azərbaycanlılar çox sevindi”
Avqustda Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunan dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev Bələk Turizm Mərkəzində gələn il keçiriləcək Avropa çempionatına və Ağdəniz Oyunlarına hazırlaşır. “Anadolu” agentliyinə açıqlama verən həmyerlimiz 14 yaşında atletikayla məşğul olmağa başladığını, qısa zamanda uğurlar əldə etdikdən sonra bu sahədə karyerasını davam etdirmək qərarı verdiyini deyib. Valideynləri də vaxtilə atletikayla məşğul olduqlarından onun bu addımını dəstəkləyiblər. Quliyev əldə etdiyi uğurlardan sonra Azərbaycanda yetərli infrastruktur olmadığından başqa ölkəyə getmək qərarı verərək Türkiyəni seçdiyini deyib: "Potensialımın çok böyük olduğunu görürdüm. Çox çalışmalıydım ki, həmin potensialı gerçəyə çevirim. Məşq etmək üçün yer lazım idi. O zamanlar Azərbaycanda bu çox çətin idi. Çünkü məşq edəcək yer yox idi. Təlim-məşq toplanışı var, gedəcək yer yoxdu. Hazırlıq keçmək üçün ölkə xaricinə göndərmirdilər. Çox çətin vəziyyət idi. Orda sağlam bir şey edə bilməyəcəyimi düşündüm. “Yaxşı yerə getməyim, nəticəmi yaxşılaşdırmaq üçün ölkə dəyişdirməyim daha yaxşı olar” dedim. İlk başdan Türkiyəni düşündüm. Çünki Türkiyə bizim kimi ölkədi. Türkiyə variantı alınmasaydı, başqa ölkə haqda düşünə bilərdim. Açığı, başqa ölkələrdən təklif də vardı. Onları istəsəm, dərhal alarlardı. Amma əvvəlcədən Türkiyə ilə əlaqə qurdum".
Türkiyəyə gəldiyi üçün 3 illik beynəlxalq yarışlara qatılmamaq cəzası aldığını vurğulayan Ramil həmin illərin onun üçün çox çətin keçdiyini ifadə edib. Sprinter daha sonra Londondakı uğurundan danışıb: “Bu qatıldığım 3-cü dünya çempionatı idi. Buna qədər hər zaman finalda qaçsam da, fəxri kürsüyə qalxa bilmirdim. Böyük Britaniyada şans əldə etdiyimi anladım. Bu yolda 10 il idi işləyirdik. Bu medal üçün çox çalışdıq. 10 ilin əməyinin nəticəsi bir anda gəldi. Hazırda ən böyük hədəfim 200 metrdə yeni Avropa rekorduna imza atmaqdı. Bunun ardınca dünya rekordunu qırıb, Olimpiadada medal qazanmaq istəyirəm. Olimpiya Oyunlarınadək bütün proqramım hazırdı. Həmin proqram üzrə çalışmalarımı davam etdirirəm”.
Quliyev atletika tarixinə adını qızıl hərflərlə yazdıran Useyn Boltun karyerasını bitirməsindən sonra bu idman növündə boşluq yaranmadığını və hər zaman qısa məsafəyə qaçışda güclü idmançıların olduğunu bildirib: “Düzdü, Bolt hamıdan 2-3 qat güclü idi. İndi önə çıxan 15 idmançı var. Demək olar ki, hamısı eyni gücdədi. Bu da gərgin mübarizə vəd edir. İndi yarışlar daha həyəcanlı keçir. Çünki kimin qalib olacağını öncədən müəyyənləşdirmək çətindi. Bu da yarışın marağını və gözəlliyini artırır”.
Sonda Ramil Azərbaycanı heç vaxt unutmadığını, çünki buranın doğulduğu və böyüdüyü ölkə olduğunu dilə gətirib. Bu üzdən Londondakı yarışdan sonra Türkiyə və Azərbaycan bayraqları ilə tur atdığını vurğulayan Quliyev fikrini belə tamamlayıb: "Dünya çempionu olduğuma görə azərbaycanlılar da çox sevindi. Ordan çoxlu təbrik aldım. Mətbuatda da uğurum geniş işıqlandırıldı. Açığı, çempionluğumun bu qədər əks-səda doğuracağını gözləmirdim. Hətta mənfi qarşılasalar belə, mənim üçün fərq etməzdi. Yenə də iki ölkənin bayrağı ilə tur atardım. Amma çox isti qarşıladılar. Buna çox sevindim”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar