Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 12:13idman

“Azərreyl”in ciddi problemləri var

“Azərreyl”in ciddi problemləri var
“Başqa ölkələrdə çempionat başlayanda biz hələ məşqlərə start verirdik”
Voleybol üzrə ölkə çempionatının hələ də start götürmədiyini bilirsiz. Nə qədər qəribə görünsə də, iki ay əvvəl Avropa çempionatı keçirmiş və yığması qitə birinciliyində 4-cü yeri tutmuş Azərbaycan çempionat keçirmək üçün klub tapa bilmir. Halbuki “köhnə qitə”nin əksər çempionatlarında ilk dövrə sona yaxınlaşır. Bu acınacaqlı durum ən çox avrokuboklardakı təmsilçilərimizə mənfi təsir göstərir. Oyun təcrübəsinin azlığından əziyyət çəkən klublarımızın uğur qazanması da müşkülə çevrilir. Düzdü, kişilər arasında “Çağırış” kubokunda “Lokomotiv” APOEL səddini aşa bildi. Ancaq çətin ki, mövcud durumda Fərid Cəlalovun komandası çox uzağa gedə bilsin. Heç qadınların analoji yarışında çıxış edən “Azərreyl”ə də inam yoxdu. Avrokubok təcrübəsi zəngin olan “Stiinta” ilə qarşılaşacaq ölkə çempionu yoxlama oyunlarıyla başını qatır. Famil Ağayevin çalışdırdığı komanda Dərnəgül Voleybol Mərkəzində yeni yaranmış “Abşeron”la iki dəfə üz-üzə gəlib. Maraqlıdı ki, Eldar Yusubovun yetirmələri 3:0 və 3:1 hesablı qələbələrə sevinib. Bu da onu göstərir ki, vaxtilə avrokuboklarda uğurlar qazanmış “Azərreyl”in indi, sadəcə, adı qalıb. Əvvəlki əzəmətdən əsər-əlamət yoxdu. Hətta ötən mövsüm Mersi Moim, Malika Kansonq, Culiya Bettendorf, Tatyana Bokan, Edina Dobi və Danika Radenkoviç kimi ortabab legionerlərlə Çempionlar Liqasının qrup mərhələsində 2-ci yeri tutan “Azərreyl” indi belə oyunçulara da həsrətdi. Ümumiyyətlə, heyəti komplektləşdirmək belə müşkülə çevrilib. Yəni vəziyyət bu qədər qəlizdi. Elə baş məşqçi ilə söhbətdə də durumun necə acınacaqlı olduğunu anladıq:
- Məşqlərə nə vaxt başlamısız?
- Avropa çempionatından 10 gün sonra.
- Deməli, siz də hazırlığa gec başlamısız...
- Gec deyəndə ki, başqa ölkələrdə çempionat başlayanda biz hələ məşqlərə start verirdik.
- Toplanış hansı səviyyədədi? Artıq fiziki çalışmaları yekunlaşdırmısız?
- Başa çatıb e, amma heyət yoxdu. Başqa komandalardan oyunçuları cəlb etmişik ki, “Çağırış” kubokunda oynayaq. Hələ heyətimiz komplektləşməyib. Normal komandada 3 dördüncü zona hücumçusu olmalıdı. Mənim sərəncamımda isə bu mövqe üçün cəmi 1 voleybolçu var. Məcburiyyətdən blokçu Ayşən Abduləzimovanı bu mövqedə oynadıram. “Stiinta” ilə oyunlarda həmin mövqedə Ayşən çıxış edəcək. Çünki başqa oyunçu yoxdu.
- Bəs yeni legionerləriniz necə oldu?
- Bu mövsüm cəmi 3 əcnəbi oyunçu transfer etmişik. Onlardan biri hücumçu, biri blokçu, digəri isə toppaylayıcıdı.
- Olmazdı ki, oyun qurucusu əvəzinə daha bir hücumçu transfer edəydiz?
- Bu oyunçular alınanda transferlərin davamı olacağını düşünürdüm. Elə vəziyyət yarandı ki, bütün ölkələrdə çempionatlar başladı. Kimisə transfer edə bilmədik. Bu toppaylayıcını isə biz Avropa çempionatından əvvəl heyətimizə qatmışdıq. O zaman belə problemlə üzləşəcəyimizi bilsəydik, onun yerinə hücumçu alardıq. Əslində yayda Argentinadan bir hücumçu ilə anlaşmışdıq. Ancaq zədəsinə görə onunla əməkdaşlıq qura bilmədik. O gəlsəydi, belə problemlə üzləşməzdik. İndi normal 4-cü zona hücumçusu tapmaq mümkün deyil. Çünki belələri artıq özünə çoxdan klub tapıb. Zəif oyunçu tapmaq olar. Amma eləsini almaqdansa, yerli gənc voleybolçuları oynatmaq daha məsləhətdi.
- Ötən mövsüm heyətinizdə yer alan legionerlərdən kimin yeri daha çox görünür?
- Elə hamısının adını çəkə bilərəm. Çünki komandaya fayda vermişdilər. İndi hamısı özünə klub tapıb.
- İndi sərəncamınızda neçə oyunçu var?
- Müqavilə ilə “Azərreyl”ə məxsus cəmi 8 voleybolçu var. Yəni sabah çempionat başlasa, bu oyunçularla çıxış edəcəyik. Ayşən Abduləzimova və Ceyran Əliyeva yeni yaradılmış “Abşeron”un üzvləridi. Ancaq avrokuboklarda bizə kömək edəcəklər. Faiq müəllim (Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayevi nəzərdə tutur – S.) göstəriş verdi ki, yerli oyunçular bir neçə kluba paylansın. Yoxsa Ayşənlə Ceyran ötən mövsüm bizim klubun üzvləri idi. Ölkə çempionatında bu oyunçular “Abşeron”da çıxış edəcək. Ola bilər, say düzəltmək üçün daha iki yerli oyunçunu heyətimizə qataq. “Lokomotiv”dən Nelli Salbişvilini cəlb etmək istəyirəm. Ucaboy olmasa da, o da hücumçudu. Bizim üçün çətin olacaq.
- “Stiinta”nın oyunlarını izləmisiz?
- Təkcə bir faktı qeyd edim ki, bu komanda hazırda Rumıniya çempionatının lideridi (əslində “Stiinta” lider CSM-dən 1 xal geri qalır və 3-cü pillədə qərarlaşıb). Onlarda artıq 7 tur arxada qalıb. Oyun təcrübəsinə görə bizi çox qabaqlayırlar. Hələ heç heyətləri müqayisə etmirəm.
- Belə başa düşdüm ki, onları üstələmək şansınız minimuma bərabərdi?
- Qalıb Allahın ümidinə də (gülür). Nə deyim? Yalandan vəd verə bilmərəm ki, onları keçəcəyik, şanslar bərabərdi və s.
- Onda rəhbərlik də qarşınıza hansısa hədəf qoymayıb...
- Yox, klub rəhbərliyi həmişə qarşımıza hədəf qoyur. Ancaq məsələnin real tərəfinə də baxmaq lazımdı.
- Hansı klubları “Çağırış” kubokunun favoritləri sayırsız?
- “Bursa BB” və Krasnodar “Dinamo”su favorit görünür. Maraqlıdı, püşkün nəticəsi elə gətirib ki, Türkiyə təmsilçisinin yolu çox asandı. Yarımfinaladək bursalılara çətin rəqib görünmür.
- Çempionatla bağlı vəziyyət nə yerdədi? Voleybolsevərlərin həsrətinə nə vaxt son qoyulacaq?
- Vallah, heç bir xəbər yoxdu. Hazırda “Azərreyl”, “Lokomotiv”, “Abşeron” və “Dəmiryol” var. Ancaq federasiya bu sayı minimum beşə çatdırmağa çalışır. Çünki 4 komandalı çempionat keçirilsə, növbəti mövsüm avrokuboklardan kənarda qalacağıq.
- Siz həm də ötən mövsüm kişilərin çempionatında MOİK-in şərəfini qoruyurduz? Bu dəfə də veteranların komandasında oynayacaqsız?
- Yox, daha qoymurlar (gülür). Bu mövsüm yalnız “Azərreyl”in baş məşqçisi kimi fəaliyyət göstərəcəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar