18 yan 13:58idman, manset

Elçin Zeynalov Toğrulun finaldakı çıxışından narazı qalıb

Elçin Zeynalov Toğrulun finaldakı çıxışından narazı qalıb
“Bu məsələ hələ də mənə qaranlıq qalıb”

Şənbə günü Bakı İdman Sarayına baş çəkdim. 20 Yanvar faciəsinin şəhidi Müşfiq İsayevin xatirə turnirinin ilk günündə başverənləri canlı müşahidə etmək imkanı qazandım. Ənənəvi yarışda əcnəbi hakimlər də ədaləti qoruyurdu. Sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov görüşləri diqqətlə izləyir, bəzi güləşçilərə hərdən irad və tövsiyələrini çatdırırdı. İzləyicilər arasında Namiq və Arif Abdullayevlər, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AGİN-in idman şöbəsinin rəhbəri Fərid Mansurov və gəncəli məşqçi, olimpiya çempionu Toğrul Əsgərovu güləşimizə bəxş etmiş Elçin Zeynalov da var idi. Fürsətdən istifadə edib, 68 yaşlı mütəxəssisə yaxınlaşıb ayaqüstü söhbətləşdik.
- Bir ara Toğrulla aranızdan qara pişik keçmişdi. İndi münasibətləriniz necədi?
- Mən onun məşqçisi olmuşam, o mənim yox.
- Sözsüz. Soyuqluq yaranandan sonra səhvini başa düşüb, sizdən üzr istədi?
- Aramızda hansısa narazılıq yoxdu. Həmişə arzulamışam ki, yetirməm bayrağımızı ucaltsın.
- Olimpiadadakı çıxışından razı qaldız?
- Onun finaladək sərgilədiyi mübarizədən razı qaldım. Ancaq həlledici görüşdəki çıxışından razı qalmadım. Bunu bütün Azərbaycan deyirdi ki, o Toğrula yaraşan güləş deyildi.
- Niyə belə alındı? Bəlkə rusiyalı rəqib həddən artıq güclü idi?
- Şəxsi fikrimi deyəcəm. Bu məsələ hələ də mənə qaranlıq qalıb. Anlaya bilmirəm ki, niyə belə nəticə qeydə alındı? Çünki Toğrul olimpiya çempionu idi və elə güləşməməliydi. Heç yuxuma da girməzdi ki, yetirməm finalda belə güləşər. Amma bu idmandı. Toğrul deyir ki, gözüm qaraldı, zədə aldım və ona görə istədiyim kimi güləşə bilmədim. Amma yenə də mənə qaranlıq qaldı.
- Olimpiadadan sonra onunla görüşmüsüz?
- Bəli.
- Gümüş medalçı kimi aldığı pul mükafatından şəxsi məşqçisinə zəhməthaqqı verib?
- Mənə məşqçi kimi ölkə başçısı mükafat verib. Mən də o mükafatı ikinci məşqçi Elman Əsgərovla yarı bölmüşəm. Prezidentimizdən də, nazirimizdən də, federasiyanın fəaliyyətindən də razıyıq. Allah canlarını sağ eləsin.
- Adətən, olimpiya çempionları yetişdiyi idman zalı üçün şəraiti yaxşılaşdırır və ya yeni kompleks tikdirir. Toğrul rəhbərliyiniz altında yetişdiyi zal üçün bir şey edib?
- Toğrul hələ karyerasını davam etdirir. Uğurlarının davamını gətirməyə çalışır. Yəqin ki, gələcəkdə kömək edəcək.
- Gəncə hər zaman sərbəst güləş məktəbiylə seçilib. Ancaq sanki indi Bakı və Sumqayıtla rəqabətdə çətinlik çəkir. Bəlkə yanılıram?
- Sərbəst güləş üzrə ilk dünya çempionu gəncəli olub. 1963-cü ildə Aydın İbrahimov mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gəncə həmişə güləşin beşiyi olub. Bir az maddi dəstək verilsə, 2-ci Toğrulu da üzə çıxararıq. Sevindirici haldı ki, Rio-2016-da da yetirməm qalib gəldi. Ramil Qasımov cüdoda paralimpiya çempionu oldu. O və qardaşı Amil məhz mənim rəhbərliyim altında güləş məşqlərində iştirak edib. 23 saylı məktəbdə idman dərsini onlara mən keçmişəm.
- Ölkə çempionatında Gəncə güləşçilərinin çıxışından razı qaldız?
- Bəli. 74 kq-da Murad Süleymanov çempion oldu. Cəmi 20 yaşı var. Heç kimə də xal vermədi. Onun böyük perspektivi var. 61 kq-da Qalib Əliyev yaxşı güləşdi. O vaxtilə Avropa çempionu olub və idman ustasıdı. İkiqat dünya çempionu Hacı Əliyevə 4:1 hesabıyla qalib gəlirdi. Sona cəmi 1,5 dəqiqə qalmışdı. Sonra yarış təcrübəsi hesabına Hacı qalib gəldi. Ancaq Qalib ruhdan düşmədi və bürünc medal qazandı. Ruhlan Məmmədov da 3-cü yeri tutdu. O da mənim tələbəmdi. Ümumi baxanda gəncəli güləşçilərin çempionatdakı çıxışından razı qaldım.
- Gələcəkdə 2-ci Toğrul Əsgərov deyə biləcəyimiz, olimpiya çempionu ola biləcək güləşçi varmı?
- Murad çox perspektivli və intizama əməl edən güləşçidi. Onun gələcəyi parlaqdı. Qalib də hər zaman məşqçisinin sözünə baxsa, uğur qazanacaq. Bəzi şeylərdən uzaqlaşsa, nəticə qazanacaq.
- Bəzi şeylər dedikdə əyləncəni nəzərdə tutursuz?
- Yox. Məsələn, mən idmançının oruc tutmasının əleyhinəyəm. Yarışa yaxın oruc tutandan sonra forma yığmaq mümkün olmur. Mən belə şeyi qəbul edə bilmirəm. Bununla bağlı axundlarla, şeyxlərlə danışmışam. Deyiblər ki, idmançılar, xəstələr oruc tutmaqdan azaddı. Yarış qurtarsın, orucunu tut da. Qalib elə-belə güləşçi deyil. Yetirməm son çempion Yaşar Əliyevə qalib gəldi. Onun qardaşı Hacıya da ciddi müqavimət göstərdi.
- 61 kq olimpiya çəkisi deyil. Olimpiada üçün mübarizə aparmaq üçün çəkisini 57 kq-a salmalı, yoxsa 65 kq-a artırmalıdı?
- Elə öz çəkisində qalmalıdı. Çünki belə söhbət var ki, Tokio-2020-də olimpiya çəkiləri yenidən artacaq. Belə olsa, 61 kq da olimpiya kateqoriyası olacaq.
- Bəs Murad növbəti Olimpiadada Cəbrayıl Həsənovun yerinə iştirak edə bilər?
- Murad gəncdi. Cəbrayıl nə qədər güləşəcək ki? Maksimum 1-2 il yarışlarda çıxış edəcək. Dünyanı tutub durası deyil ki. Onun davamçısı Murad olacaq. Amma Süleymanov da bəzi şeyləri düzəltməlidi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar