Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
01 dek 15:28idman

Rikkyardo Bakı trassında nəyin dəyişməsini istərdi?

Rikkyardo Bakı trassında nəyin dəyişməsini istərdi?
“Ümid edirəm ki, gələn dəfə heç yerə çırpılmayacam”
Bu il “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin qalibi olan Daniel Rikkyardo iki gündü ölkəmizdə qonaqdı. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşəbbüsü ilə paytaxtımıza gələn “Red Bull”un pilotu dünən Azadlıq Meydanı önündə salınmış Pit binasında keçirilən mətbuat konfransında yerli və əcnəbi jurnalistlərin suallarını cavabladı. Avstraliyalı pilot əvvəlcə bunları dedi:
- Hamını salamlayıram. Çox maraqlı 24 saat keçirdim. İyunda hava çox isti idi. Bu gün hava soyuq olsa da, ab-hava çox istidi. Burda böyük dəstəklə üzləşdim. Mənə fanatlardan suallar verildi. Avtoqraf aldılar, mənimlə şəkil çəkdirdilər. Yerli mətbəx və musiqi ilə tanış oldum. BŞH ən həyəcanverici treklərdən biridi. Bunu burda qaldığım üçün demirəm.
- Bu il Azərbaycan “Qran-pri”sində qalib gəldiz. Ancaq Avstriyada fəxri kürsüyə qalxdıqdan sonra orda qazandığınız uğuru daha üstün saydığınızı dediz...
- Şəxsi göstəricilərdən danışırıqsa, mənim üçün Bakıdakı həftəsonu yaxşı deyildi. Çünki təsnifat yarışını uğursuz keçirmişdim. Söhbət sırf bazar günündən gedirsə, təbii ki, burdakı uğurum bu il mənim üçün ən dəyərlisidi. Lakin həftəsonu olaraq Avstriya “Qran-pri”si daha yaxşı alındı. Çünki orda təsnifat yarışını da yaxşı keçirmişdim.
- Bu il “Mersedes” qalib oldu. Növbəti mövsüm “Red Bull” çempion ola bilər?
- Bu ilə böyük ümidlə baxırdıq. Düşünürdük ki, onlara meydan oxuya bilərik. Lakin alınmadı. Növbəti mövsüm gərək ilk “Qran-pri”dən özümüzü yaxşı göstərək. Şəxsi göstəricilərimi yaxşılaşdırmalı, səhvlərə yol verməməliyəm. Məsələn, bu il bəzi səhvlər üzündən qəzalarım oldu. Bunları aradan qaldırmalıyam. Əminəm ki, 2018-ci il bizim üçün daha yaxşı ola bilər.
- Bu il hansı yarışda daha çox qürur hissi keçirmisiz?
- Avstriyanı qeyd etdim. “Red Bull”un vətənində fəxri kürsüyə qalxa bildim. Monakoda isə son bir neçə dövrəni gözəl keçdim. Montsa “Qran-pri”sini də vurğulamaq istərdim.
- Gələn ildən pilotların təhlükəsizliyini artırmaq məqsədi ilə halo sistemi bolidlərdə quraşdırılacaq. Bu sistemə münasibətiniz necədi?
- Bolidlərdəki yeni sistem pilotların təhlükəsizliyi üçün nəzərdə tutulub. Zamanla bəzi dəyişikliklər olur. Bu, normal haldı. Məsələn, 2008-09-cu illərdə bolidlərin ölçüsündə edilən dəyişikliklər birmənalı qarşılanmamışdı.
- Tərzinizə görə özünüzü hansı pilota bənzədirsiz?
- Bir çox pilota böyük hörmətim var. Onlara rəqibəm. Lüis Hemiltona baxıram, çox yaxşıdı. Həmişə soyuqqanlıdı. Xüsusən də yarış qızışanda soyuqqanlılığını itirmir. O, bütün yarışları tamamlaya bilib. Biz bu cür rəqiblə mübarizə aparacağıq.
- “Formula-1”in yeni rəhbərliyi bir sıra dəyişiklik edib. Ən son olaraq Əbu Dabidə yeni loqonu təqdim etdilər. Bu loqotipi bəyəndiz?
- İlk dəfə görəndə gülmədim. Əlbəttə, dəyişiklikləri ilk baxışdan hamı yaxşı qarşılamır. Lakin sonra fikir dəyişə bilər. Loqotipi xoşlamırsızsa, bu idman növünü izləməkdən vaz keçməlisiz? Xeyr.
- Bakı trekində nə xoşunuza gəlir, nə gəlmir?
- Burda yol enişli-yoxuşludu. Bir yerdə səhv etsəz, baha başa gələcək. Riski sevən adamam. Bura xoşuma gələn trassdı. Bakıda maşın sürmək xoşdu. Elə bir səviyyəyə çatmalıyıq ki, “Mersedes” və “Ferrari” bizdən qorxsun.
- “Formula-1”də nəticənin 75 faiz boliddən, 25 faiz sürücüdən asılı olması fikri ilə razısız?
- Bu, həmişə belə deyil. Son 4 çempionatdan üçünü Hemilton udub. Çünki maşını güclüdü. Bəli, bu gün maşınlar pilotlardan daha əhəmiyyətlidi. Uğurun 50 faiz pilotdan, bir o qədərinin boliddən asılı olması haqda gələcəkdə danışa bilərik. Ümid edirik ki, buna doğru irəliləyəcəyik.
- “Formula-1”dən gedəndən sonra nə işlə məşğul olacaqsız?
- Hələ getməyi düşünmürəm. Planlaşdırdığım nailiyyətləri əldə etsəm, başqa idman növünə keçmək haqda düşünərəm.
- Sizcə, hazırda karyerasını davam etdirən ən güclü pilot kimdi?
- Əlbəttə, özümü birinci deyəcəm (gülür). Lüis Hemilton ən yaxşı maşını idarə etsə belə, bacarığı da yüksəkdi. Onun həyatında da sarsıntılar oldu. Lakin bunlar britaniyalı pilotun işinə təsir göstərməyib. Fernando Alonso son illər yaxşı olmasa da, insanlar ona inanır. Fərqləndirməli olsam, məhz bu iki pilotun adını çəkərəm.
- Azərbaycan “Qran-pri”sində nəyin dəyişməsini istərdiz?
- Heç bir dəyişiklik istəməzdim. Bakı məni məmnun etdi. Nəticələr də builki kimi qalsın (gülür). Bəlkə İçərişəhərdəki döngəni 30 sm sola çəksələr, daha yaxşı olar. İl ərzində ən ecazkar trass Bakı treki olmuşdu. Çünki burda qalib gəlmişəm.
- Bakıda bir çox səddə çırpılmısız. Gələn il qaraladığınız hansısa döngə var?
- Ümid edirəm ki, gələn dəfə heç yerə çırpılmayacam (gülür). Qoy, rəqiblər qəza eləsin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar