19 noy 13:56idman

Dünya çempionu məşqlərə qatılmır

Dünya çempionu məşqlərə qatılmır
Samboçuların əsas hədəfi Minsk-2019 olacaq
Rusiyanın Soçi şəhərində keçirilən sambo üzrə dünya çempionatında iştirak edən yığmamızın 9 üzvündən yalnız birinin fəxri kürsüyə qalxdığını bilirsiz. Xatırladaq ki, mundialda 19 yaşlı Fuad Məmmədovun (57 kq) qazandığı bürünc medal milli üçün təsəlli rolunu oynayıb. Ancaq istənilən halda 9 idmançıdan yalnız birinin fərqlənməsi uğurlu nəticə sayıla bilməz. Əsas komandanın çalışdırıcısı Yaqub Abdullayevlə əlaqə saxlayıb, dünya çempionatı haqda söhbət etdik.
- İdmançılarımızın çıxışını necə dəyərləndirirsiz?
- Həmişə yüksək nəticəyə imza atmağa çalışırıq. Müəyyən çəkilərdə güclü samboçularımız vardı. Dünya və Avropa çempionatlarında medal qazanan yığma üzvlərinə - Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq) və Emil Həsənova (68 kq) ümidimiz daha böyük idi. Çünki daha öncə nüfuzlu yarışlarda fərqlənmişdilər. Emil bir ay əvvəl dizindən zədələndiyindən əməliyyat olunmuşdu. Dünya çempionatında 4 görüşdə qalib gəldikdən sonra yarımfinalda Rusiya təmsilçisinə uduzdu. 3-cü yer uğrunda görüşdə Avropa çempionu olmuş Belarus idmançısına cüzi fərqlə yenildi. Cavidan da bürünc medal uğrunda görüşdə məğlub oldu. Ümumilikdə nəticəmiz son illərlə müqayisədə zəifdi. 2014-dəki analoji yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc, 2015-də 3 gümüş, 2016-da isə 1 gümüş medal qazanmışdıq. Çalışdıq ki, yaxşı hazırlaşaq, nəticəmiz yüksək olsun.
- Bəlkə hazırlıq yüksək səviyyədə olmamışdı...
- Yox, bununla bağlı deyil. Bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Adını çəkdiyim samboçuların rəqibləri bizimkilərlə eyni səviyyədədi. Bir-birini yaxşı tanıyırlar. Bəzən bərabərsəviyyəli idmançıların mübarizəsində psixoloji məqamlar həlledici olur. Fuad Məmmədovu (57 kq) götürək. Gənc və perspektivli idmançı olsa da, onun mundialda medal qazanacağını gözləmirdik. Ancaq o nəticə qazandı. Bu, onun üçün böyüklər arasında 2-ci ciddi yarış idi. Avropa çempionatında fəxri kürsüyə qalxmasa da, bu yarışda nəyə qadir olduğunu göstərdi. Nizami Məmmədov (100 kq) ilk görüşdə dünya və Avropa çempionu olmuş gürcü idmançını ağrıdıcı fəndlə məğlub etməyə yaxın idi. Ancaq rəqib son saniyəyədək dözə bildi. Bəzi məqamlarda hazırlıqdan daha çox idmançının özündən çox şey asılıdı. Elə ölkələr var idi ki, bizdən daha yaxşı və çox təlim-məşq toplanışı keçsə də, DÇ-də medal qazana bilmədi. Onu da nəzərinizə çatdırım ki, bu yarışda əvvəlki mundiallarla müqayisədə daha çox iştirakçı vardı.
- Maraqlıdı ki, heyətdəki ən gənc idmançı fəxri kürsüyə qalxan yeganə samboçumuz oldu.
- Əslində Fuadı DÇ-yə aparmağı düşünmürdük. Yayda dünyasını dəyişən Rəşad Dünyamalıyev yüngül çəkidə “1 nömrə” sayılırdı. Ancaq onun vəfatından sonra Məmmədova şans vermək qərarına gəldik. Fuad bürünc medal uğrunda görüşdə 2014-də Yaponiyada keçirilən analoji yarışda dünya çempionu olan Gürcüstan təmsilçisinə qalib gəldi. Fuadı bu görüşə yaxşı kökləyə bildik. Ona başa saldıq ki, itirəcəyin heç nə yoxdu. O da bacardı.
- Dünya çempionu Amil Qasımov bu dəfə niyə mundiala qatılmadı?
- O, ötən il Avropa çempionu olub. Bundan əvvəl isə dünya çempionu, Dünya Kubokunun sahibi tituluna yiyələnib və Bakıda keçirilən ilk Avropa Oyunlarında gümüş medal qazanıb. Gələn il yenidən güləşmək istəyir. Bildiyiniz kimi, 2019-da Minskdə təşkil olunacaq 2-ci Avropa Oyunlarının proqramında da sambo yer alıb. Reytinqi yüksək olacaq samboçular Belarusa bilet əldə edəcək. Bakıda 8 çəki üzrə qaliblər müəyyənləşmişdisə, Minskdə 18 çəkidə medallar paylanacaq. Bu üzdən ölkə çempionatı daha ciddi keçiriləcək və hazırlıq səviyyəsi də artacaq. Amil Soçidəki yarışda güləşmək istəmədi. Ötən il dünya çempionatında medalsız qaldıqdan sonra ölkə çempionatında və kubokda mübarizə aparmadı. Şəxsi problemlərinə görə məşqləri saxlayıb. Biz də istərdik ki, belə güclü samboçu yenidən milliyə qayıtsın. Ancaq indi onun çəkisində yetərincə güclü samboçular var. Məsələn, DÇ-də 74 kq-da heç kimin gözləmədiyi halda Tacikistan idmançısı qızıl medal qazandı.
- Qarşıdakı yarışlarla bağlı nə deyə bilərsiz?
- Mundial builki son beynəlxalq yarış idi. Gələn ilin fevralında ölkə çempionatını keçirəcəyik. Qeyd edim ki, gələn il keçiriləcək qitə turnirlərində əldə olunan nəticələrə əsasən samboçuların reytinqi müəyyənləşəcək. Minsk-2019-da yer almaq üçün bu yarışlarda fərqlənmək lazımdı. Hər samboçunun arzusu da budu.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar