17 noy 22:35idman

SSRİ idman ustasını MGA-dan da qovdular

SSRİ idman ustasını MGA-dan da qovdular
“Sizin əlinizdə tutduğunuz bayraq uğrunda qan tökmüşəm”
Ötən ilin elə bu vaxtlar olardı. Gimnastikamızın problemləriylə bağlı silsilə yazılar dərc edirdik. Buna görə “yuxarılar”dan hədə və təhdid mesajları alsaq da, sıravi oxucuların, haqqı tapdanan gimnastların və onların valideynlərinin alqışını qazanmışıq. Çox təəssüf ki, apardığımız araşdırma, üzə çıxardığımız faktlar belə, lazımi tədbirlərin görülməsi üçün yetərli olmadı. Bir daha göründü ki, ölkəmizdə mətbuat nəinki 4-cü, heç 10-cu hakimiyyət dəyərində də deyil. Sən kimisə ifşa edə, kəskin tənqid atəşinə tuta bilərsən. Ancaq o şəxs yalnız “yuxarılar”ın kefi istəyəndə işindən azad olunacaq. Tək əldən səs çıxmaz. Bəlkə də həmin müddətdə bizə təkan verilsəydi, nüfuzlu mətbuat orqanları bu məsələyə həssas yanaşsaydı, kimdənsə çəkinib gözardı etməsəydi, indi çoxdan haqq-ədalət bərqərar olmuşdu. Çünki mövcud şəraitdə yalnız bu yolla nəyəsə nail olmaq mümkündü. Heyf ki, zamanında 1-2 KİV istisna olmaqla, səsimizə səs verən tapılmadı.
Əslində bir il əvvəl idman gimnastikası üzrə məşqçi Zakir Mehdiyev Bakı Gimnastika Məktəbindən qovulduğu üçün redaksiyamıza təşrif buyuranda, olayların bu qədər uzanacağını və az qala seriala çevriləcəyini ağlımızdan belə keçirmirdik. Araşdırma getdikcə dərinləşdi və tükürpədici faktlar ortaya çıxdı. Məlum oldu ki, AGF-nin prezidenti Mehriban Əliyevanın etimadından sui-istifadə edən bədii gimnastika yığmamızın çalışdırıcısı Mariana Vasilyeva neçə-neçə istedadlı gimnasta zülm edib, onların karyeralarını erkən başa vurmağında əsas pay sahibi olub.
Deyəcəksiz ki, indi yenidən bu mövzuya qayıtmağınızın mənası nədi? Onsuz da ortaya çıxardığımız çoxsaylı faktlardan sonra da bolqar məşqçiyə “gözün üstə qaşın var” deyən olmadı. Hətta Londonun ardınca Rio Olimpiadasındakı uğursuzluq da əcnəbi çalışdırıcının kürsüsünü laxlatmadı. Görünür, kökü dərindədi. Belə olmasaydı, hansısa bolqar neçə-neçə azərbaycanlı balasından üstün tutulmazdı.
Cəhənnəm, yerli məşqçilərə ona göstərilən diqqət və qayğının yarısı göstərilsə, dərd yarı olar. Amma bunu da görmürük. İki gün əvvəl Zakir Mehdiyev “feysbuk” səhifəsində ürəyini boşaldıb. Milli Gimnastika Arenasındakı (MGA) işindən də azad edilən mütəxəssis AGF-nin baş katibi Fərid Qayıbovla Mariana Vasilyevanın şəklini paylaşıb. Onlar əllərində bayrağımızı tutub. Şəkillə bərabər paylaşılan statusda isə bunlar yazılıb: “Əziz dostlar və həmkarlar. Ürəyimi parçalayan hisslərimi sizinlə bölüşmək istəyirəm. Mən məşqçi, hazırda Azərbaycanda SSRİ-nin yeganə idman ustası, müharibə veteranıyam. Gimnastika Federasiyasının rəhbərliyinə yaratdığı şəraitə görə minnətdaram. Mən idmançı kimi uğur qazanmasam da, güclü gimnastlar yetişdirmək istəyirəm. Ancaq təəssüf ki, bəzi insanlar buna qarşıdı. 2015-ci ildə Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçirilməliydi. Məni ilk dəfə məşqçi kimi AGF-yə iclasa dəvət etdilər. Konfrans zalında əyləşəndə mənə tanış olmayan bir qadın içəri daxil olub, yarışa görə zalı təmizləməli olduğumuzu söylədi. Mən də soruşdum ki, biz məşqçilər bu işi görməliyik? O isə suala sualla cavab verdi: siz təmizləyəcəksiz? Ona bu işi görməyəcəyimi söylədim. O da mənə oranı tərk etməli olduğumu bildirdi. Sonradan bildim ki, bu şəxs bədii gimnastika üzrə yığmamızın baş məşqçisi Mariana Vasilyevadı. Bakı Gimnastika Məktəbinə gələndə Fərid Qayıbovun əmri ilə qovulduğumu söylədilər. Buna təəccübləndim və səbəbini soruşanda rəhbərliyin belə qərara gəldiyini dedilər. Bu andan etibarən onlar mənə qarşı çirkin kampaniyaya başladılar. 2016-da Bakı Gimnastika Məktəbinə yeni direktor təyin olundu. Hansı ki 27 yaşlı bu şəxsin ilk Avropa Oyunlarında könüllü olduğunu görmüşdüm. Bir gün gimnastika zalına gəldi və bizə onu təqdim etdilər. Mənə “Zakir müəllim, sizin haqda hər şeyi bilirəm, siz güclü məşqçisiz” söylədi. Bir neçə gündən sonra məzuniyyətə çıxdım (29.08.2016). İstirahət müddəti başa çatdıqdan sonra işə qayıtdıqda həmin direktor Xaqani müəllim məni kabinetinə çağırdı və heç bir səbəb göstərmədən işdən azad edildiyimi söylədi. İndiyədək bunun səbəbi mənə məlum deyil. Aradan bir müddət keçdi, məni Milli Gimnastika Arenasında qadınlarla işləməyə dəvət etdilər. Ancaq bilirdim ki, məktəbdən Mariana Vasilyeva və Fərid Qayıbovun əliylə qovulmuşam. Onlar məni bu işə dəvət etməklə günahsız olduqlarını göstərməyə çalışdılar. Fəridlə görüşdə məktəbdən niyə qovulduğumu və niyə tələbələrimin başqa məşqçiyə tapşırıldığını soruşdum. O isə cavabında Bakı Gimnastika Məktəbinin daxili işlərinə qarışmadığını bildirdi. O zaman hazırda MGA-da məşq edən 14 gimnastın 11-ni yetişdirdiyimi, onlarla niyə hazırlıq keçməyə imkan verilmədiyini söylədim. Bu sualım cavabsız qaldı. Yeni uşaqlarla məşğələlərə başladım. Deyilənə görə, məndə yaxşı alınırdı. Bunu mənə həmkarlarım və valideynlər deyib. Hamı bilir ki, mən həmişə pul yox, nəticə üçün işləmişəm. Oktyabrın 3-də federasiya heç bir səbəb göstərmədən məni bu işimdən də uzaqlaşdırdı.
Mən, sadəcə, Fərid müəllimə demək istəyirəm: niyə Azərbaycan vətəndaşını, SSRİ idman ustasını və müharibə veteranını Mariana Vasilyeva qarşısında alçaldırsan? Həqiqətənmi o vətənimi, federasiyanı məndən çox sevir? Sizin əlinizdə tutduğunuz bayraq uğrunda qan tökmüşəm və hər zaman da buna hazıram. Mən federasiya prezidenti ilə fəxr edirəm ki, uşaqlarımız üçün belə şərait yaradıb və biz bunun qarşılığında ölkəmizi sevindirməyə məcburuq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar