16 noy 20:07idman

“Qran-pri” seriyasının son yarışı başlayır

“Qran-pri” seriyasının son yarışı başlayır
Şəhriyar dua edir, Teymur özü üçün oynayır
Bu gün şahmatsevərlərin diqqəti İspaniyaya yönələcək. Palma de Malyorka şəhərində tanınmış 18 qrossmeyster “Qran-pri” seriyasının sonuncu - 4-cü mərhələsində mübarizə aparacaq. Məsul yarışda ölkəmizi Teymur Rəcəbov (2741) təmsil edəcək. Həmyerlimiz əmsala görə turnirin 7-ci şahmatçısıdı. Onun rəqibləri Levon Aronyan (Ermənistan, 2801), Maksim Vaşye-Laqrav (Fransa, 2796), Hikaru Nakamura (ABŞ, 2780), Dinq Liren (Çin, 2774), Pyotr Svidler (Rusiya, 2763), Aniş Giri (Hollandiya, 2762), Li Çao (Çin, 2741), Pentala Harikrişna (Hindistan, 2738), Dmitri Yakovenko (Rusiya, 2721), Boris Qelfand (İsrail, 2719), Pavel Elyanov (Ukrayna, 2707), Fransisko Valyexo Pons (İspaniya, 2705), Yevgeni Tomaşevski (Rusiya, 2702), Riçard Rapport (Macarıstan, 2692), Ernesto İnarkiyev (Rusiya, 2683), Aleksandr Ryazantsev (Rusiya, 2651) və Yon Lüdviq Hammer (Norveç, 2629) olacaq. İsveçrə sistemi üzrə keçiriləcək yarış 9 turdan ibarətdi. Oyunlar hər gün Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. Noyabrın 21-i turnirdə yeganə istirahət günüdü. “Qran-pri”yə ayın 25-də yekun vurulacaq.
Şahmatçılar 1-dən 170-dək xal toplaya bilər. Qazanc 2500-20000 avro aralığında dəyişir. Ancaq hazırda əksər şahmatçıları puldan daha çox toplayacaqları xal düşündürür. Bu yarışdan sonra seriyanın 24 iştirakçısından ən çox xal toplayan ikisi İddiaçıların Turnirinə vəsiqə qazanacaq. Hazırda sıralamada Şəhriyar Məmmədyarov 340 xalla liderdi. Onun ən yaxın izləyicisi rus Aleksandr Qrişukdu. Onun hesabında 336 xal var. Ancaq onların xal ehtiyatını artırmaq imkanı yoxdu. Çünki əvvəlki 3 mərhələdə (Şarjah, Moskva, Cenevrə) mübarizə apardıqlarından Palma de Malyorkada oynamayacaqlar. Bu şahmatçılar indi onları keçmək şansı olan həmkarlarının İspaniyada uğursuzluqla üzləşməsini arzulayır. Hazırkı yarışda çıxış edəcək şahmatçılardan yalnız Rəcəbov (241), Liren (240) və Vaşye-Laqrav (211) Məmmədyarovu qabaqlaya bilər. Hətta onlardan biri Şəhriyarı keçsə belə, yığmamızın lideri adını İddiaçıların Turnirinə yazdıracaq. Sumqayıtlı qrossmeyster üçün bu şahmatçılardan ikisinin Palma de Malyorkadakı yarışda ilk “3-lük”də olmaması kifayət edir. Bu yerdə nəzərinizə çatdıraq ki, qalib 170, gümüş medalçı 140, “bürünc”ə sahib çıxan isə 110 xalı hesabına yazacaq. Bu isə o deməkdi ki, Maksim üçün ilk “3-lüy”ü qapamaq da yetərli nəticə sayılmayacaq. Fransalı qrossmeyster ən azı 2-ci yeri tutmalıdı.
Ancaq bir məqamı da unutmayaq. Yuxarı pillələrdə yerlər şərikli bölünərsə, məsələn, 1-ci yeri 3 şahmatçı tutursa, bu zaman onların hər birinə 140 xal verilir. Bu, başqa pillələrə də şamil olunur. Deməli, Şəhriyar üçün ilk “3-lük”də daha çox iştirakçının yer alması da sərfəlidi.
Bəs Rəcəbov nəyə ümid etməlidi? Əvvəlcə onu qeyd edək ki, Teymur bu il yetərincə yaxşı formadadı. Moskva “Qran-pri”sində 4-9-cu yerləri bölüşərək hesabına 71 xal yazan şahmatçımız Cenevrədə hamını qabaqladı və daha 170 xal qazandı. Beləliklə, yığma üzvü hazırda 241 xalla sıralamada ilk “3-lüy”ü qapayır. Yunanıstanın Krit adasında millimizin heyətində 3-cü dəfə Avropa çempionu olan və 2-ci lövhədə gümüş medal qazanan Rəcəbov ilin son vacib turnirinə yüksək əhval-ruhiyyədə yollanıb. Teymur bu yarışa o qədər ciddi önəm verir ki, hətta AÇ-nin mükafatlandırma mərasimini gözləmədən Yunanıstandan birbaşa İspaniyaya yollanıb. Bununla da yarış məkanında “Qran-pri”yə daha yaxşı və çox hazırlaşmaq imkanı qazanıb. Şəhriyardan fərqli, İddiaçıların Turnirinə qatılıb-qatılmamaq Teymurun öz əlindədi. Bunun üçün minimum 3-cü yeri şəriksiz tutaraq 110 xal qazanmaq lazımdı. Bir şərtlə ki, Liren və Vaşye-Laqravı özündən irəli buraxmasın.
Ancaq bu 3 şahmatçının əleyhinə olan bir məqam var. Məsələ burasındadı ki, şahmatda psixoloji məqamlar böyük rol oynayır. Xüsusən təzyiq altında oynamaq şahmatçının çıxışına mənfi təsir göstərə bilər. Digər qrossmeysterlər yalnız nüfuz və reytinqini artırmaq üçün oynayacaqlarından hansısa təzyiq hiss etməyəcəklər. Bu da onlara daha yaxşı çıxış etmək imkanı verir. Əvəzində motivasiya baxımıdan Rəcəbov, Liren və Vaşye-Laqrav bir addım öndədi. Teymur Palma de Malyorkada uğur qazanmaq üçün təkcə istedadını nümayiş etdirməklə kifayətlənməməli, həm də əsl xarakter göstərməlidi. Bu, Rəcəbovun geridönüşü və özünəinamı tam bərpa etməsi üçün əla fürsətdi.
Sonda onu da qeyd edək ki, bu yarışın yekununda hər iki şahmatçımız gələn il Almaniyada keçiriləcək İddiaçıların Turnirinə vəsiqə qazana bilər. Ancaq yığma üzvlərinin ikisinin də bu yarışdan kənarda qalmaq ehtimalı da var.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar