16 yan 20:15idman, manset

Firdovsi Umudov bəzi güləşçilərdən narazıdı

Firdovsi Umudov bəzi güləşçilərdən narazıdı
“Gedib çayxanada oturub “mənim çəkimə əcnəbi gətiriblər” deyir”

Sərbəst güləş üzrə ölkə çempionatında maraqlı nəticələr qeydə alındı. Xüsusən 65 və 74 kq-da mübarizə gərgin məcrada keçdi. Yığmanın əsas üzvlərinin finala çıxa bilməməsi diqqəti çəkdi. Bəzi çəkilərdə gənclər müsbət mənada fərqləndi. Sürprizə yer verməyən favoritlər də oldu. Yığmanın baş məşqçisi Firdovsi Umudovdan turnirin dəyərləndirməsini aldıq: “Yarışdan razı qaldım. Sevindirici haldı ki, yığmaya daha çox gənc düşdü. Bu da artıq Tokio-2020 üçün idmançı bazasının yetişməsindən xəbər verir. Mahir Əmiraslanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev kimi gənclərin adını xüsusən çəkə bilərəm. Onlar artıq ehtiyat qüvvəmizdi. Onlar sabit qaydada məşqlərini davam etdirsələr, nəticələr ürəkaçan olacaq. Əvvəldən elan eləmişdim ki, bütün güləşçilər titulundan asılı olmayaraq, bu turnirə qatılmalıdı. Bildiyiniz kimi, Toğrul Əsgərov və Cəbrayıl Həsənov Hindistanda keçirilən “Pro Liqa”ya qatılıb. Əslində həmin yarış dekabrda baş tutmalıydı. Turnir yanvara keçdiyindən onlar ölkə çempionatında iştirak edə bilmədi. Şərif Şərifov isə zədə üzündən birinciliyi buraxdı. Durumu o qədər də ciddi deyil. Fevralda keçiriləcək Dünya Kubokunda 86 kq-da çıxış edəcək. İndi bərpa dövrü keçir. Qalan bütün aparıcı güləşçilər çempionata qatıldı. Bəzi çəkilərdə daha təcrübəli güləşçilər qalib ola bilmədi. Əşrəf Əliyevdə artıq yaş sözünü deyir. Yarımfinalda öz səhvindən uduzdu. O, həmişə yığmada yer alıb. Görünür, artıq yaşla bağlı rəqabətdə uduzur. 65 kq-da açıq mübarizə getdi. Məhəmməd Müslümov birinci yeri tutdu. Ağahüseyn Mustafayev və Teymur Məmmədov finala çıxa bilməyibsə, səhvi özlərində axtarmalıdılar”.
Sərbəst güləşdə son illər legioner bolluğu diqqəti çəkir. Əvvəllər daha çox yuxarı çəkilərdə əcnəbilərin xidmətinə ehtiyac duyulurdusa, indi yüngül çəkilərdə də “milliləşdirilmiş” güləşçilərə rast gəlirik. Bu yarışda 57 kq-da iki gürcü diqqətimizi çəkdi. Halbuki güləşdə qonşularımızdan üstün sayılırıq. Belədə Georgi Edişeraşvili ilə Qadisa Geriyaya nə ehtiyac vardı? Bu suala Umudovun cavabı belə oldu: “Onlar gürcü yox, abxazdı. Geriya çoxdan ölkəmizə gəlib. Gənclər arasında beynəlxalq turnirlərdə də ölkəmizi təmsil edib. Edişeraşvili isə 1 il olar ki, ölkəmizdədi. Onları bura elə-belə gətirməmişik. Rəqabəti gücləndirmək üçün bu addım atılıb. Burda açıq mübarizə gedir. Kim güclüdüsə, o da qalib gəlir. Mahir Əmiraslanov kişi kimi güləşdi və bütün rəqiblərinə qalib gələrək çempion oldu. Hətta finalda kiçik insident də yaşandı. Edişeraşvili heç bir əsas olmadan Əmiraslanovun üzərinə yeridi. Mən də dərhal hər ikisinə xəbərdarlıq etdim. Yeri gəlmişkən, sizə bir şeyi deyim. Qızıl “Qran-pri” ərəfəsində Mahir intizamı pozmuşdu. Yatıb qaldığından məşqə gecikmişdi. Bu üzdən onu cəzalandırdım və turnirə buraxmadım. Əmiraslanov səhvini başa düşdü və çempionatda özünü yenidən sübut etdi. Ancaq eyni sözləri Teymur Məmmədov haqda deyə bilməyəcəm. Çünki Məmmədov da intizamı pozmuşdu. Amma görünür, o hələ səhvindən nəticə çıxarmayıb. Çempionatda finala çıxa bilmədi. Hansısa dağıstanlı və ya gürcünün “milliləşdirilməsini” dərhal mənfi qarşılamaq doğru deyil. Cəbrayıl Həsənovun da çəkisində dağıstanlılar olub. Ancaq o bu rəqabətdən üzüağ çıxıb və daim yığmada yerini təmin edib. 60 kq-da indi yığmada məşqçi kimi çalışan Zəlimxan Hüseynov var idi. Məhz onunla rəqabətdə Hacı Əliyev və Toğrul Əsgərov kimi iki dünya səviyyəli güləşçi yetişdi. Ancaq bəzi güləşçilər rəqabətə tab gətirmir, üzərində işləmir və gedib çayxanada oturub “mənim çəkimə əcnəbi gətiriblər” deyir. İstəyir ki, çempionatda uşaq-muşağı udub, yığmaya düşsün. Sonra da beynəlxalq yarışa gedəndə “zədəliyəm” deyib bəhanə gətirsin. Bəzi güləşçilərdə belə xüsusiyyətlər var. Kənarda durub bizə ağıl öyrətməyə çalışırlar. Onlara Hacını misal göstərə bilərəm. Əliyev ikiqat dünya çempionu olsa da, yenə işinə ciddi yanaşır. Ona görə də çempionatda birnəfəsə qızıl medal qazandı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar