13 noy 19:46idman

Yaşar Məmmədov iddia ərizəsini geri götürdü

Yaşar Məmmədov iddia ərizəsini geri götürdü
Tezliklə Qılıncoynatma Federasiyasının strukturu müəyyənləşəcək
Qılıncoynatma Federasiyasında (AQF) son vaxtlar hadisələr intensiv şəkildə cərəyan edir. Əvvəlcə Nazim İbrahimov Hesabat-seçki Konfransında növbəti 4 illiyə prezident seçildi və dərhal ona müxalif olan vitse-prezident Yaşar Məmmədovu vəzifəsindən azad etdi. Təbii ki, ölkə idmanında saç ağartmış, “yuxarılarda” yetərli nüfuz sahibi Yaşar bəy neytrallaşdırmasına seyrçi mövqe tutmayacaqdı. Məmmədovun cəhdləri fayda verdi və AQF-də növbədənkənar Hesabat-seçki Konfransı keçirildi. Nəticədə təhsil naziri Mikayıl Cabbarov qurumun yeni prezidenti oldu. Belədə qılıncoynatma ictimaiyyətinin canı İbrahimov və dəstəsindən qurtuldu. Hərçənd Nazim bəyin inzibati heyətin, məşqçi və idmançıların maaşlarını vermədiyini də qeyd edək. Çətin ki, AQF-dən uzaqlaşdırıldıqdan sonra Diasporla iş üzrə Dövlət Komitəsinin sədri əməkhaqqlarını ödəsin.
Ancaq hələ ki yeni rəhbərliyin də gördüyü bir iş yoxdu. Cabbarovun paralel olaraq, Badminton Federasiyasına rəhbərlik etdiyini bilirsiz. Bəlkə də Mikayıl bəy bu üzdən hələ ki qılıncoynatmaya diqqət ayırmaqda çətinlik çəkir. Axı, “Made in Azerbaijan” qaydalarına görə, federasiyalar ictimai qurum sayıldığından dövlət tərəfindən maliyyələşmir. Deməli, həmin qurumların rəhbərləri ya sponsor tapmalı, ya da özü cavabdehlik daşıdığı idman növünün sponsoru olmalıdı. Cabbarov da dövlət məmuru olmasına baxmayaraq, bir biznesmen kimi iki federasiyanı maliyyələşdirməlidi.
Bir müddət əvvəl Yaşar bəylə danışdıqda məlum olmuşdu ki, hələ yeni rəhbərliklə geniş çərçivədə iclas olmadığından AQF-nin yeni strukturu və fəaliyyət planı müəyyənləşməyib. Dünən məsələnin nə yerdə qaldığını öyrənmək üçün Məmmədovla əlaqə saxladıq. Hələ ki sabiq vitse-prezident sayılan mütəxəssis danışmaq istəmədi və bir qədər gözləməyi məsləhət bildi.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu gün Cabbarovla Məmmədov görüşəcək. Bu görüşdə vitse-prezidentlər və baş katib də iştirak edəcək. Məsələ burasındadı ki, Cabbarov Badminton Federasiyasında güvəndiyi şəxsləri həm də AQF-də iş başına keçirəcək. Başqa sözlə, ABF və AQF-nin strukturunda eyni şəxslər çalışacaq. Fərq ondadı ki, Yaşar bəy AQF-də əvvəlki vəzifəsinə qayıdacaq. Yığmaya isə yeni baş məşqçi təyin olunacaq. Noyabrın 19-dək federasiyanın strukturunun tam müəyyənləşəcəyi gözlənilir. Bundan başqa, qurumun Şəfayət Mehdiyev küçəsində yerləşən ofisində təmir-bərpa işləri aparılacaq.
Bu arada yeni rəhbərliyin müdaxiləsi ilə bir problem yoluna qoyulub. Belə ki, bir müddət əvvəl AQF-nin sabiq baş katibi Asəf Məlikovun Yaşar bəyi pedofil kimi qələmə verməsi qarşı tərəfin onu məhkəməyə verməsinə səbəb olmuşdu. Məmmədov qəzetimizə açıqlamasında bu məsələnin sonuna kimi gedəcəyini, Məlikov yazılı surətdə üzr istəməyəcəyi halda ondan təzminat alacağını demişdi. Ancaq Mikayıl bəyin xahişindən sonra “sülh” bərqərar olub. Belədə Yaşar bəy iddiasını götürüb və Nərimanov Rayon Məhkəməsindəki proses dayandırılıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar