10 noy 12:37idman

Mahir Məmmədov yığma üçün yeni hədəf müəyyənləşdirdi

Mahir Məmmədov yığma üçün yeni hədəf müəyyənləşdirdi
Faiq Həsənov: “Rəqiblər baxırdı ki, Rauf oynayır, ya yox”
Dünən Gənclər və İdman Nazirliyinin inzibati binasında Avropa çempionu olan kişilərdən ibarət şahmat yığmamızın iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə nazir müavini İsmayıl İsmayılov Azərbaycanın şahmat ölkəsi olduğunu vurğulayıb, 3-cü çempionluğun böyük uğur olduğunu və bunun diqqət-qayğı nəticəsində reallaşdığını qeyd etdi. Daha sonra Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov komandamızın çempionluğa gedən yolunu “xırdaladı”: “Olimpiadada komandamız pis çıxış etmişdi. Avropa çempionatı yığmaya özünəinam qazandırmalıydı. Reytinqdə 2-ci idik və ən azı gümüş medal qazanmaq istəyirdik. Ancaq heç vaxt millinin üzərində təzyiq qurmurduq. Start sürpriz oldu. Reytinqdə turnirin 22-ci komandası olan İtaliyaya uduzduq. Mən bunu yorğunluqla da əlaqələndirərdim. Çünki bir gün əvvəl 18 saata Bakıdan Kritə çatmışdıq. İspaniya ilə heç-heçədən sonra artıq xal itkisinin yolverilməz olduğunu söylədik. Bundan sonra qələbələri sıraladıq. Çox güclü rəqiblərə qalib gəlib çempion olduq. Rauf artıq 2700 əmsalı keçib. İndi başqa mərhələyə adlayıb. Ona görə də tez-tez Şəhriyarla birgə görürük (gülür). Rəqiblər baxırdı ki, Rauf oynayır, ya yox”.
Digər vitse-prezident Mahir Məmmədov bunları söylədi: “Optimal heyətlə AÇ-yə qatıldıq. Eltacı da kənarda qoymadıq. O həm kapitan, həm də məşqçi kimi özünü sübut etdi. Karyerasını bitirdikdən sonra rahat bu işi görə bilər. Klublararası Avropa Kuboku AÇ üçün yaxşı hazırlıq oldu. “Odlar yurdu” həm kişilərin, həm də qadınların yarışında medal qazandı. Şahmatçılarımızın hər biri haqda ayrıca danışmaq olar. Şəhriyar və Arkadi +2, Teymur +3, Rauf +7 nəticə göstərdi. Bundan sonrakı hədəf gələn il Batumidə keçiriləcək Olimpiadada medal qazanmaqdı. İddiaçıların Turnirinə həm Şəhriyar, həm də Teymur qatıla bilər. Fərq ondadı ki, Məmmədyarovun taleyi öz əlində deyil. Əsas rəqiblərinin “Qran-pri” seriyasının son yarışında uğursuz çıxış etməsi lazımdı. Rəcəbovun şansı isə öz əlindədi. İspaniyada yüksək yerlərdən birini tutsa, İddiaçıların Turnirinə vəsiqə qazanacaq. Ola bilər ki, hər iki şahmatçımız məhz “Qran-pri”dən bu yarışa bilet əldə etsin”.
Rauf Məmmədov: “Sözsüz, ilk çempionluğun sevinci daha böyük idi. O zaman heyətimizdə Vüqar Həşimov da vardı. Həmin çempionluğun hər anını xatırlayıram. Avropa Kubokunda Qrişuka qalib gəlməyə çox yaxın idim. Ancaq sona yaxın düzgün gedişləri tapa bilmədim. Əvəzində Şəhriyar ona AÇ-də qalib gəldi. Bu yarışa da məşqçim Aleksandr Xalifmanla hazırlaşmışdım. Artıq neçə ildi onunla işləyirəm”.
Şəhriyar Məmmədyarov: “Birinci qələbə hər zaman yaddaqalan olur. Ancaq bu çempionluq da şirindi. Reytinqə görə titula real iddiaçı idik. Eltaca “çox sağ ol” deyirəm. O həm yaxşı kapitan, həm yaxşı məşqçi, həm də yaxşı çay gətirən idi (gülür). Fikrimcə, Rusiyanın heyətində hətta Vladimir Kramnik, Sergey Karyakin və Pyotr Svidler də yer alsaydı, yenə çempionluq üçün oynayacaqdıq. Mövcud heyətlə də onlar reytinq favoriti idi. Adı çəkilən şahmatçıların yerinə oynayanlar daha böyük əzmlə çıxış edirdilər ki, özlərini sübut etsinlər”.
Eltac Səfərli: “Bu qələbə çox önəmliydi. Hamı yaxşı formadaydı. Avropa Kubokunda da bunu görmüşdük. Bəzi oyunlarda debütlərimiz çox uğurlu alındı. Şahmatda heç də hər zaman hazırlıq rəqiblə oyunda tam effektli olmur. Amma bir neçə qarşılaşmada bu hazırlıq yerinə düşdü. İlk turda sürpriz məğlubiyyətdən sonra toparlanıb, uğurlu nəticə qazandıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar