08 noy 20:27idman

Biletlərə tələbat artsa, tribunalar böyüdülə bilər

Biletlərə tələbat artsa, tribunalar böyüdülə bilər
“Xərclərimiz ildən-ilə azalır, gəlirlərimiz isə çoxalır”
Dünən BEGOC-un inzibati binasında gələn ilin aprelində Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin biletlərinin satışa çıxarılmasıyla bağlı mətbuat konfransı keçirildi. Əvvəlcə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai bu il keçiriləcək yarış haqda xatırlatma etdi: “Ölkəmizdə təşkil olunan son “Qran-pri” o qədər maraqlı keçdi ki, indidən bizimlə əlaqə saxlayıb, növbəti yarış haqda soruşurlar. Son “Qran-pri”ni izləyənlər və əyləncə zonasına təşrif buyuranların ümumi sayı 71 minə çatmışdı. Dünyada isə milyonlarla insan mavi ekranlardan çox gərgin keçən Azərbaycan “Qran-pri”sini izlədi. Yarış o qədər maraqlı alındı ki, 3 saat boyunca “AzerbaijanGP” heşteqi “tvitter”də 1-ci yerdə oldu”.
Daha sonra o sözü BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdimə verdi: “Üçüncü yarışımıza 6 ay qalıb. Çox həyəcanlıyıq. Çünki növbəti Azərbaycan “Qran-pri”sindən gözləntilər artıb. İlk ilimizdə üzərimizdə böyük təzyiq yox idi. Çünki debütdə təşkilatçılıqda buraxılan səhvlər başadüşülən olur. Ancaq bu il təzyiq çox idi. Davamlı şəkildə “Formula-1”də qalmaq üçün əlimizdən gələni etməliydik. Təşkilatçılıq çox yaxşı oldu. Bəxtimizdən çox maraqlı yarış baş tutdu. Beynəlxalq mediada Azərbaycan “Qran-pri”si böyük müzakirələrə səbəb oldu. Yarışın PR kampaniyası üçün bundan daha gözəl vasitə olmaz. Heç bir reklam bura gəlmiş əcnəbilərin ölkələrində söylədiyi müsbət fikirlər qədər effektli deyil. Bu il 25 minə yaxın bilet satıldı. Debüt yarışla müqayisədə bilet satışında 30 faiz artım oldu. Hər zaman Bakı haqda müsbət fikirlər səsləndirilir. Biz də bundan maksimum yararlanacağıq. Satılan biletlərin 35 faizi əcnəbilər tərəfindən alınmışdı ki, bu da bizi sevindirir. Bu qədər əcnəbinin burdan xoş təəssüratla ayrılması çox vacibdi. Apardığımız sorğular nəticəsində müəyyənləşdirdik ki, “Formula-1” üçün Bakıya gələn əcnəbilərin 88 faizi ölkəsinə məmnun qayıdıb. 2017-də 65 ölkədən gələnlər vardı. Halbuki bir il əvvəl bu say 45 idi. Əcnəbi izləyicilərə görə Rusiya birinciydi. Böyük Britaniya, Ukrayna, BƏƏ, İran, Qazaxıstan, Türkiyə, Hollandiya, ABŞ və Finlandiyadan da gələnlər çoxluq təşkil edirdi. Məqsədimiz azarkeş sayını daha da artırmaqdı. Biletlərin qiyməti dəyişməyib. İlin sonunadək bilet alanlar 20 faiz endirimdən yararlanacaq. Başqa “Qran-pri”lərlə müqayisədə bizim biletlərin qiyməti xeyli ucuzdu. Biletləri yenə saytımızdan onlayn qaydada, həmçinin müxtəlif alış-veriş mərkəzləri və Asan Xidmət mərkəzlərindən əldə etmək mümkündü. Bütün ilboyu yerli azarkeşlərə 25 faiz endirim olacağını da qeyd edim”.
Daha sonra jurnalistlər suallarını ünvanladı.
- Bu il Sahil və Sabir parklarında azarkeşlər üçün ucuz biletli yerlər ayrılmışdı. Gələnilki yarış üçün də həmin sektorlar fəaliyyət göstərəcəkmi?
- B.Ö.: “Formula-1”də görünməmiş səviyyədə ucuz biletləri satışa çıxardıq. Ancaq həmin biletlərə tələbat istənilən səviyyədə olmadığından növbəti yarış üçün həmin yerlər üçün bilet satışı olmayacaq.
- Son “Qran-pri”də 25 min biletin satıldığını dediz. Bundan nə qədər gəlir əldə olundu?
- B.Ö.: Gəlirləri şirkətimiz açıqlaya bilməz. Bunu bəlkə Gənclər və İdman Nazirliyindən öyrənmək olar. Təəssüf ki, biz bunu açıqlaya bilmərik.
- Son “Qran-pri”nin gərgin mübarizə şəraitində keçməsinin böyük PR olduğunu qeyd etdiz. Bundan yararlanıb təbliğata ayrılan, o cümlədən konsert proqramları üçün sərf olunan vəsaiti azaltmağı düşünürsüz?
- N.A.: İlk “Qran-pri” baş tutduqdan sonra şəhər trekinin lazım olub-olmadığı müzakirə edilirdi. Ənənəvi məkanlara üstünlük verilməsi haqda fikirlər səsləndirilirdi. Ancaq builki yarışdan sonra Azərbaycan “Qran-pri”si haqda təəssürat tam dəyişdi. Bizi artıq təbrik edirlər və Bakının klassik yarış məkanına çevrilə biləcəyini söyləyirlər. Bakı “Qran-pri”si o qədər maraqlı keçdi ki, hamı bu trekin böyük potensialı olduğunu gördü. Xərclərimiz ildən-ilə azalır. 2016-da Avropa “Qran-pri”si üçün asfalt qatı yeniləndi, tribunalar və Pit binası quraşdırıldı. Marketinq xərclərimiz qat-qat çox idi. Çünki yeni “Qran-pri”ni dünyaya tanıtmalıydıq. Azərbaycan “Qran-pri”sində isə infrastrukturun qurulmasıyla bağlı xərclərimiz xeyli azaldı. Yalnız Niyazi küçəsində asfalt qatı yeniləndi. Bu il isə xərclərimiz daha da azalıb. Çünki eyni qurğulardan, tribunalardan istifadə olunur. Heç bir yerdə asfalt qatı yenilənmir. Təhlükəsizlik blokları olduğu kimi qalıb. Pit binası yerindədi. Hətta əyləncə zonasında istifadə etdiyimiz bir çox qurğular əvvəlki yarışlar zamanı aldığımız qurğulardı. Hər zaman qeyd etmişik ki, məqsədimiz həm “Formula-1”sevərləri, həm də əyləncə həvəskarlarını Bakıya turist kimi cəlb etməkdi. Təəssüf ki, ölkəmizdə hələ “Formula-1”ə həvəs başqa ölkələrdəki kimi deyil. Bu üzdən Sinqapur və Əbu-Dabidəki formatdan, yəni həm əyləncə, həm yarış həvəskarlarını cəlb etmək kampaniyasından istifadə edirik. Yarış həftəsonunu daha rəngarəng etmək üçün konsert proqramları nəzərdə tutulub. Bu dəfə kampaniyalarımız əsasən bilet satışının stimullaşdırılmasına yönəldiləcək. Daha öncə isə ölkə tanıtımına çəkilən xərclər üstünlük təşkil edirdi. İndi isə artıq buna ehtiyac yoxdu. Xərclərimiz ildən-ilə azalır, gəlirlərimiz isə çoxalır. Hər şey plan üzrə gedir.
- Biletlərə tələbat yüksək olsa, əlavə tribunalar quraşdırmaq haqda düşünəcəksiz? Yoxsa bu sayı 30 mindən çox etmək mümkün deyil?
- B.Ö.: Sayı artırmaq imkanımız var. Ancaq trekin böyük hissəsi binaların və ağacların arasında yerləşdiyindən böyük artım etmək imkanımız yoxdu. Ya mövcud tribunaları böyüdə, ya da hər boşluğu oturacaqlarla doldura bilərik. 30 min maksimumuz deyil. Bu sayı müəyyən qədər artıra bilərik. Tələbat çox olsa, əcnəbilər üçün biletlərin qiymətini artırmaqla gəliri çoxaltmağımız mümkündü.
- Jurnalistlərin akkreditasiya prosesi nə vaxt başlayacaq?
- Bu il yarışımız tez başlayacağından media nümayəndələrinin qeydiyyatına da erkən start verəcəyik. Dekabrdan bu proses başlayacaq. Əlbəttə, buna qədər jurnalistlərlə təlimlərimiz və görüşlərimiz olacaq.
SƏRXAN
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar