08 noy 17:24idman

ACF ittihamları qəbul etmir

ACF ittihamları qəbul etmir
“Onları açıqlasam, gərək hamının başından tüstü çıxsın”
Ötən sayımızda kişilərdən ibarət cüdo yığmamıza Ruslan Maşurenkonun baş məşqçi təyin olunmasını təhlil etdik və Fərhad Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasının doğru olmadığını yazdıq. Bunu da qazanılan nəticələr və cüdoçuları yaxşı tanıması ilə əsaslandırdıq. Rüstəm Orucovun Maşurenkonu bura İJF-nin göndərdiyini söyləməsi isə başqa mətləblərin də üstünü açdı. Belə çıxır ki, bu təyinatda başqa qaranlıq məqamlar da rol oynayıb. Ancaq Cüdo Federasiyası qeyd olunan dəillərlə razılaşmır. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunu dinləyək: “Baş məşqçi təyinatı artıq rəsmiləşib. Ruslan Maşurenko kişilərdən, hamımızın yaxşı tanıdığı Natiq Bağırov isə qadınlardan ibarət yığmamıza baş məşqçi təyin olunub. Hər ikisi tanınmış mütəxəssisdi. Maşurenko Ukrayna Cüdo Federasiyasında çalışıb. Sidney Olimpiadasında bürünc medal qazanıb. Dünya və Avropa çempionu Bağırovun isə təqdimata ehtiyacı yoxdu. Peter Zayzenbaherin gedişindən sonra baş məşqçi vəzifəsinə namizəd axtarışındaydıq. Maşurenkonun təqdim etdiyi proqram ACF rəhbərliyi tərəfindən qəbul olundu və onun xeyrinə seçim etdik. Guya onun hardansa göndərilməsi iddiası boş şeydi. Zaman göstərəcək ki, bu təyinat uğurludu. Ukraynalı mütəxəssislə Tokio Olimpiadasının sonunadək müqavilə bağlanıb. Fərhad Məmmədov, Mehman Əzizov, Mövlud Mirəliyev və Azər Şıxəliyev yenə yığmada məşqçi kimi fəaliyyət göstərəcək. Sonrakı mərhələdə hansı qərarlar qəbul olunacaq, bunu deyə bilmərəm. Buna baş məşqçi qərar verəcək. Hazırda onlarla işləməyə üstünlük verir. Dekabrda Sankt-Peterburqda “Masters” turniri keçiriləcək. Ora reytinqdə öndə olan idmançılar dəvət olunur. Həmin yarışa hazırlıq iki həftə öncə başlayacaq. Noyabrın 26-27-də Maşurenko yeni bazada toplanışa start verəcək. Bir şeyi də qeyd edim ki, bu dəfə gənclər və yeniyetmələrdən ibarət yığmalarımız da böyüklərlə birgə hazırlıq keçəcək. Komandalar vahid proqramla işləyəcək. Sadəcə, yüklənmələr fərqli olacaq. Məşqlər başlayanda media tur təşkil edəcəyik. ACF rəhbərliyinin gördüyü iş, uğurlar da göz qabağındadı. Bəzi cüdoçular intizam qaydalarına əməl etmirdi. Zayzenbaherin dövründə belə hallar baş vermirdi. Bunun qarşısını almaq üçün Maşurenkonu baş məşqçi postuna gətirdik. O, intizama ciddi önəm verən mütəxəssisdi. Cüdoçuların baş məşqçi təyinatına etiraz etməsi harda görülüb? Rəhbərliyin qərarına etiraz olmamalıdı. Yenə deyirəm, zaman göstərəcək ki, təyinat uğurludu. Onu heç nədən gətirməmişik. Hərtərəfli araşdırılma aparıldıqdan sonra bu qərarı vermişik. Yeri gələndə heç Fərhad Məmmədov da cüdoçu kimi uğur qazanmayıb. Joze Mourinyo futbolçu olmasa da, məşqçi kimi sözünü deyir. Ona görə də Maşurenkoya indidən tənqidi yanaşmaq düzgün deyil. O heç kimin tərəfini saxlamayacaq və kim güclüdüsə, ona da şans verəcək”.
Ötən sayımızda həm də intizamsızlığa görə 1 aylıq maaşı kəsilən Elmar Qasımovun yığmadan getmək istədiyini nəzərinizə çatdırmışdıq. Ağırçəkili cüdoçunun bu qərarına da ACF-nin mövqeyini öyrəndik. Elnur bəy bu məsələdə daha sərt danışdı: “Elmar ikinci dəfədi təyyarəyə gecikir. Maaşının kəsilməsindən narazılıq edir. ACF-nin nizam-intizam kodeksi var. Orda aşkar göstərilib ki, cəzalar nədi. Məşq zallarında da bu qaydalar divara yapışdırılıb. Yəni cüdoçular cəzalar və cərimələrdən xəbərdardı. Elmar danışıbsa, onda mən də deyim. Hava limanlarında biznes-lanç etmək üçün yerlər olur. O da gedib ora qaydaları pozmaqla 4 nəfəri salıb. Təhlükəsizlik əməkdaşı tərəfindən saxlanıldı. Sonradan Türk Hava Yollarından bizə məlumat daxil oldu. Əlaqələrimizi işə salıb onu buraxdırdıq. Digər şəxslərin adlarını çəkməyəcəm. Onlar yüngülçəkili cüdoçular idi. Nəticədə ertəsi gün yarışda medalsız qaldılar. Əvvəlki rəhbərliyin vaxtında Yaponiyada oğurluq etməyə cəhd göstərənlər də Qasımovun təşkil etdiyi həmin “məclis”də iştirak edib. Hansı ki onlara görə Yaponiyaya girişimizə qadağa qoyulmuşdu. Sonradan hazırki rəhbərliyin apardığı danışıqlar fayda verdi. İndi Elmar deyir ki, yığmada güləşməyəcəm. Özü bilər. Azərbaycanda istənilən çəkidə ehtiyat qüvvə var. Qasımov əvəzedilməz deyil. Kimə indiyə kimi hansı cəzalar verilib, onları açıqlasam, gərək hamının başından tüstü çıxsın. Federasiyanı ittiham etməsi nə dərəcədə düzgündü? Başqa ölkəyə getsə, 3 il gözləmə müddəti keçməlidi. İnsan oturub səhvlərindən nəticə çıxarmaq əvəzinə federasiyanı ittiham edir. Maaşının artırılmasını istəyən Elmar yaxşı olar ki, maaşını və son iki ildə aldığı mükafatları açıqlasın”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar