29 okt 13:31idman

Diqqət! Avropa çempionatı başlayır!

Diqqət! Avropa çempionatı başlayır!
Krit adasında “dubl edə” bilərik
Bu gün şahmatsevərlərin diqqəti Yunanıstanın Krit adasına yönələcək. İkiillik fasilədən sonra yığmalarımız növbəti Avropa çempionatında qüvvəsini sınayacaq. Bu dəfə millilərimiz qitə birinciliyinə böyük inamla yollanıb. Şahmat tariximizdə bir ilk yaşana bilər. Belə ki, heç vaxt eyni vaxtda həm kişilərimiz, həm də qadınlarımız fəxri kürsüdə yer almayıb. Bu mənada rekorda imza atmaq olar. Bunun üçün münbit şərait də yaranıb. Komandalarımızın heyətini və rəqibləri incələməmiş qeyd edək ki, nümayəndə heyəti Krit adasına yollanana kimi 3 təyyarədən istifadə edib. Əvvəlcə Bakıdan İstanbula yollanan şahmatçılarımız qardaş ölkədən Afinaya uçub. Yunanıstanın paytaxtında bir neçə saat ləngiyən həmyerlilərimiz axşam saatlarında mənzil başına çatıb. Yarışın açılış mərasiminin Bakı vaxtı ilə 22.00-da başladığını qeyd edək. Bu gün ilk turun oyunları keçiriləcək. İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq AÇ-də yeganə istirahət günü noyabrın 2-nə təsadüf edəcək. Oyunlar hər gün bizim vaxtla 16.00-da başlayacaq. Yalnız noyabrın 6-da keçiriləcək sonuncu turun qarşılaşmaları 1 saat tez start götürəcək. Mükafat fondu eynidi. Yəni həm kişilərdə, həm də qadınlarda ilk 3 yeri tutanlar uyğun olaraq, 5000, 3000 və 2000 avro qazanacaq. İndi isə komandalarımızın şansını dəyərləndirək
Bundan gözəl şans?
Başlayaq kişilərdən. 2007-ci ilədək yığmamız medala yaxın belə düşmürdü. Bunadək 2005-də komandamız 9-cu yeri tutmuşdu. Əslində bunu normal qarşılamaq olardı. O zaman heyətdəki ən təcrübəli şahmatçı Şəhriyar Məmmədyarov idi ki, onun da cəmi 20 yaşı vardı. Maraqlıdı ki, kişilərimiz ilk medalını məhz hazırda AÇ-nin keçirildiyi Krit adasında əldə edib. 2007-də yığma Fikrət Sideifzadənin rəhbərliyi altında “bürünc”ə sevindi. Bundan sonra ardıcıl 3 analoji yarışdan millimiz əliboş dönmədi. 2009-da Serbiyanın Novi Sad şəhərində Zurab Azmayparaşvilinin rəhbərliyi altında Avropa çempionu olan komandamız iki il sonra yenə Yunanıstanda uğur qazandı. Amma bu dəfə Porto Karrasda Vladimir Tukmakovun kapitanlığı fonunda 2-ci yeri tutduq. Bu həm də mərhum Vüqar Həşimovun yığmadakı son çıxışı oldu. 2013-də növbəti çempionluq gəldi. Polşanın paytaxtı Varşavada Aleksandr Xalifmanın rəhbərliyi altında çıxış edən yığmamız favoritlərdən sayılmasa da, titulunu qoşalaşdırdı. Ancaq rusiyalı mütəxəssislə iki il sonra eyni uğuru təkrarlamaq mümkün olmadı. Halbuki Reykyavikdə baş tutan yarışda Arkadi Naydiç “milliləşdirilmişdi”. Komandamız reytinqinə görə Avropanın 3-cü yığması olsa da, sonda turniri 7-ci yerdə başa vurdu. Belədə Xalifmanla əməkdaşlığa son qoyuldu. Uğursuzluq ötən il də davam etdi. Şahmat Federasiyası (AŞF) bir rusu başqa rusla əvəzlədi. Ancaq Aleksey Dreyev Olimpiadada ilk medalı qazandırmaq missiyasının öhdəsindən gələ bilmədi. “Doğma divarlar” arasında 12-ci yer iddialı milli üçün bərbad nəticə sayılırdı. AŞF 10 illik fasilədən sonra əsas komandanı yerli mütəxəssisin sərəncamına verdi. Bu dəfə qurumun vitse-prezidenti Faiq Həsənov kapitan funksiyasını yerinə yetirəcək. Bu da xərcləri azaltmağa hesablanmış addımdı. Son AÇ və Olimpiadadakı uğursuz çıxışa baxmayaraq, yığmaya inam böyükdü. Məmmədyarov və Naydiçlə yanaşı, Rauf Məmmədovla Qədir Hüseynov da klublararası Avropa Kubokunda inamlı təsir bağışladı. Həmyerlilərimizin formada olduğunu söyləyə bilərik. 3-4 illik fasilədən sonra yığmaya qayıdan Hüseynovun motivasiyası daha yüksək olacaq. Qədir özünü yenidən sübut etməyə çalışmalıdı. Əks halda, yenidən Eltac Səfərli millidəki yerini qaytaracaq. Çox güman, Məmmədyarov 1-ci, Rəcəbov 2-ci, Naydiç 3-cü, Məmmədov 4-cü lövhədə oynayacaq. Hüseynov isə ehtiyat şahmatçı funksiyasını yerinə yetirəcək və ara-sıra kimisə əvəzləyəcək. Komandamız əmsalına görə (2728) Avropada ikincidi. Bizi yalnız Rusiya (2744) qabaqlayır. Ancaq şimal qonşularımızın heyəti idealdan çox uzaqdı. Nə Vladimir Kramnik, nə Sergey Karyakin, nə də Pyotr Svidler adaya yollanıb. Əmsala görə ilk “3-lüy”ü qapayan Ukraynada (2697) isə Vasili İvançuk kimi təcrübəli şahmatçı yoxdu. Deməli, titul üçün əla fürsət yaranıb. 3-cü çempionluq niyə də gəlməsin?!
Medal üçün yetişmiş komanda
Qadınlardan ibarət yığma 1992-ci ildə Macarıstanın Debretsen şəhərində bürünc medal qazananda kişilərimizdən heç əsər-əlamət yox idi. Ancaq müxtəlif səbəblərdən zərif cinsin nümayəndələri indiyədək həmin uğuru təkrarlaya bilməyib. Hərçənd 2009-da komandamız medalçılar sırasına düşməyə çox yaxın idi. Komanda Anar Allahverdiyevin rəhbərliyi altında Novi Sada yollanmışdı. Əmsalına görə 20-ci olan yığmamız Avropanı təəccübləndirməyi bacardı. Əslində millimiz 3-cü Ukrayna ilə eyni miqdarda xal topladı. Ancaq əlavə göstəricilərə görə komandamız 4-cü oldu. Bundan sonrakı bütün yarışlarda kapitan funksiyasını Fikrət Sideifzadə yerinə yetirib. Ancaq onun rəhbərliyi altında heç ilk “10-luğ”a da düşə bilməmişik. Növbəti iki AÇ-də 20-ci yeri tutan qadınlarımız 2015-də 16-cı pillədə qərarlaşdı. Zaman göstərdi ki, zərif cins nümayəndələrinin kişilərin kölgəsində qalmasının əsas səbəbi biganə münasibətdi. Qadınlar bir qayda olaraq kişilərə göstərilən diqqət və qayğıdan kənarda qalıb. İstər maaş, istərsə də təlim-məşq toplanışı baxımından. Hərçənd ötən il AŞF Olimpiadanın Bakıda keçirildiyini nəzərə alaraq, qızlar üçün Qəbələ və Şamaxıda yaxşı hazırlıq keçmək fürsəti yaratdı. Və bu öz nəticəsini verdi. Sideifzadənin yetirmələri 8-ci yeri tutmaqla hamını təəccübləndirdi. 1-ci vitse-prezident Mahir Məmmədov bu nəticədən ilhamlanaraq qadınlardan ibarət “Odlar yurdu” komandasını yaratdı. Bu il həmin komandanın Avropa kubokunda gümüş medal qazandığını bilirsiz. Buna qədər güclü Almaniya yığmasını yoxlama görüşündə məğlub edən qadınlar güclü potensiala malik olduğunu göstərdi. Heyətə gəlincə, ölkə çempionu Günay Məmmədzadə nəyə qadir olduğunu çoxdan sübut edib. Xanım Balacayeva böyük perspektiv vəd edir. O və Ülviyyə Fətəliyeva çox yaxşı formadadı. Bunu Avropa Kubokundakı parlaq çıxışa əsasən söyləyə bilərik. Ən önəmlisi 2009-da medal qazanmağa çox yaxın olan komandada yer almış Zeynəb Məmmədyarova və Gülnar Məmmədovanın hazırda millidə çıxış etməsidi. Onların təcrübəsi, lazımi məqamda soyuqqanlılığı gənc komanda yoldaşları üçün böyük dəstək olacaq. Lövhələr üzrə düzülüşə gəlincə, böyük ehtimalla, Günay 1-ci, Zeynəb 2-ci, Ülviyyə 3-cü, Gülnar 4-cü lövhədə oynayacaq. Heyətin ən gənc üzvü Xanım ehtiyat şahmatçı olacaq. Komandamız əmsalına (2361) görə Avropada 8-ci olsa da, yüksələn qrafik medal iştahımızı artırır. Bəli, kağız üzərində Rusiya (2525), Gürcüstan (2472), Ukrayna (2470), Polşa (2416), Almaniya (2390), Fransa (2390) və Macarıstan (2378) bizdən öndədi. Ancaq Olimpiadada və Avropa Kubokunda komandamız göstərdi ki, Gürcüstan, Polşa və Almaniya kimi rəqiblərə qalib gəlmək iqtidarındadı. İndiki potensalla Fransa və Macarıstanı da üstələmək olar. Rusiya və Ukrayna ilə görüşlərdən də qorxmaq lazım deyil. Favoritlərdən 1 xal almaq mümkündü. Əsas odu ki, motivasiya, komanda birliyi və özünəinam yüksək səviyyədə olsun. Qısası, Krit adasında “dubl edə” bilərik.

Maraqlıdı...
İndiyədək AÇ-də qazanılan medallara görə komandalarımızın mövqeyini nəzərinizə çatdıraq. Kişilər 2 qızıl, 1 gümüş və 1 bürünc medalla 2-ci yerdədi. Yalnız Rusiya (4-2-1) bizi qabaqlayır. Təbii, 9 çempionluğu olan SSRİ-nin dağıldığını unutmuruq. Qadınlarımız isə yeganə “bürünc”lə Avropanın 13-cü millisidi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar