25 okt 13:21idman

Baş məşqçi nəticədən razı, hakimlikdən narazıdı

Baş məşqçi nəticədən razı, hakimlikdən narazıdı
“Erməniyə uduzacağımı təsəvvür belə etmirdim”
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənc cüdoçuların dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında 2-ci yeri tutan yığmamız vətənə dönüb. Millinin baş məşqçisi Elçin İsmayılov Heydər Əliyev adına Hava Limanında jurnalistlərin suallarını cavablayarkən bunları deyib: “Bundan əvvəlki analoji yarışda 3 bürünc medal qazanmışdıqsa, bu dəfə 2 “qızıl”, 2 “gümüş”, və 1 “bürünc” əldə etdik. Yalnız Yaponiyadan geri qaldıq. Püşkatmada çox çətin qrupa düşdük. Məsələn, 60, 73 və 100 kq-da bütün güclü rəqiblər idmançılarımızla güləşdi. Bəlkə də bilərəkdən belə etmişdilər ki, qızıl medal qazanmayaq. Buna baxmayaraq, uşaqlar özlərini görüşlərə yaxşı hazırladılar və qələbə qazandılar. 55 kq-da final görüşündə hakimlər bir qədər qərarsız idi. Rəqibə 3-cü xəbərdarlığı verə bilərdilər, lakin etmədilər. Bir az haqsızlıq oldu. Demək olar ki, qızıl medalımızı əlimizdən aldılar. Ümumilikdə nəticədən razıyam. Kollektivimizi, köməkçiləri, həkim heyətini zəhmətinə görə təbrik edirəm. Bu uğurda onların da böyük zəhməti var. Hamısına “çox sağ ol” deyirəm”.
Dünya çempionu Hidayət Heydərovun qələbə şərhi belə olub: "Həm böyüklərin, həm də gənclərin dünya çempionatında məqsəd titul idi. Böyüklərdə cüzi səhvlərə görə alınmadı. Amma gənclər arasında çempion oldum. Ən çətin görüşüm yapon cüdoçu ilə oldu. Cüdonun şahı yaponlardı. Bu elə görüş idi ki, uduzsam, mübarizəni dayandırır və medalsız qalırdım. Gürcü ilə yarımfinal qarşılaşması da çətin alındı. Bu il böyüklər arasında Avropa çempionu olmuşdum. Artıq deyə bilərəm ki, 73 kq-da ən güclülərdən biri mən olacam”.
“Bürünc”ü boynundan asan Nəzakət Əzizova yarımfinalda yaponiyalı rəqibə öz səhvindən uduzduğunu söyləyib: "Onu uda bilərdim. Yenə də sevinirəm ki, 3-cü yeri tutdum. Əzmkarlıq nümayiş etdirdim. İlk görüşüm və yaponiyalı ilə qarşılaşmam ən çətin oldu. Əslində ilk rəqibimi dünya çempionatında daha erkən məğlub etmişdim. Bu dəfə bir az çətinlik oldu. Qarşıdan Avropa çempionatı gəlir. İki gün sonra isə Əbu Dabiyə - "Böyük Dəbilqə” turnirinə gedəcəm. Əziyyəti olan bütün müəllimlərə və federasiya əməkdaşlarıma təşəkkürümü bildirirəm”.
Digər dünya çempionu Zelim Kotsoyevin fikirləri isə belə olub: "Final görüşü çətin idi, lakin mən çox səy göstərdim. Bu prinsipial görüş idi, erməniyə uduzmaq olmazdı. Ona uduzacağımı təsəvvür belə etmirdim. Yalnız qələbə üçün tatamiyə çıxmışdım. Avropa çempionatının finalında da bu rəqiblə qarşılaşmış və qalib gəlmişdim. Adamyan bu dəfə əvəz çıxmaq istəyirdi. Görüşə yaxşı kökləndim və qələbə qazandım. Komandamıza "çox sağ ol” deyirəm. Yaxşı hazırlaşmışdıq, nəticə də yaxşı oldu. Məşqçilərimizə, həkimlərə və federasiyamıza minnətdarlığımı bildirirəm. Təlim-məşq toplanışlarına getməyə şərait yaradırlar və uğurları get-gedə artırırıq”.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı DÇ-də Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq) ilə Kəramət Hüseynov (60 kq) gümüş, Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar