17 okt 14:34idman

Antalyada ikiqat uğur

Antalyada ikiqat uğur
Dörd şahmatçımız medal qazandı
Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa Kuboku başa çatıb. Son tur dramatik məcrada keçib. Belə ki, 7-ci turadək kişilərdə “Odlar yurdu” vahid lider idi və ən yaxın izləyicisini 1 xal qabaqlayırdı. Eyniadlı komanda qadınların yarışında “Batumi” ilə şərikli turnir cədvəlinə başçılıq edirdi. Maraqlıdı ki, son turun nəticələrinə əsasən təmsilçilərimiz çempion ola və ya medalsız qala bilərdi.
Kişilərin mübarizəsində “Odlar yurdu” (2634) “Novi Bar”la (Çexiya, 2634) qarşılaşıb. Arkadi Naydiç (2702) Radoslav Voytaşeklə (Polşa, 2737), Rauf Məmmədov (2678) Pentala Harikrişnayla (Hindistan, 2733), Qədir Hüseynov (2647) David Navarayla (Çexiya, 2726), Eltac Səfərli (2632) Markus Raqqerlə (Avstriya, 2659), Azər Mirzəyev (2555) isə Viktor Lazniçkayla (Çexiya, 2654) heç-heçə edib. Ancaq Nicat Abasovun (2587) Krişnan Sasikirana (Hinditan, 2677) uduzması çempionluq xəyalının üzərindən xətt çəkib – 2,5:3,5. Nəticədə komandamız bürünc medal əldə edib. Çempion yarışın reytinq favoriti “Qlobus” (2772) olub. Rusiya klubu 7-ci turda “Leqasi”yə (Rusiya, 2663) heç bir şans verməyib – 4,5:1,5. İkinci lövhədə yer alan Şəhriyar Məmmədyarov (2791) rus Yevgeni Nayerə (2699) qalib gəlib. “Baya Mare”ni (Rumıniya, 2573) 4:2 hesabıyla yenən “Alkaloid” (Makedoniya, 2724) “gümüş”ə sevinib. “Karaman” (Türkiyə, 2084) İtaliya “Auqusta”sına (2294) uduzub – 2:4. Ülvi Sadıxov (2487) italyan Lorenso Lodiçiylə (2407) xalı bölüb. “Gənc Akademisyenlər” (Türkiyə, 2164) isə “Vayt Rouz”a (İngiltərə, 2250) eyni hesabla məğlub olub. Nicat Məmmədov (2596) Piter Uellslə (İngiltərə, 2447) “sülh”ə razılaşıbsa, Vüqar Əsədli (2448) holland Yan Van de Griendi (2354) məyus edib.
Yekun sıralama: 1. Qlobus – 12, 2. Alkaloid – 11, 3. ODLAR YURDU – 11, 4. Novi Bar – 11… 28. Karaman – 5, 29. Vikinq – 5, 30 – Gənc Akademisyenlər – 4…
Qadınların yarışına gəlincə, “Odlar yurdu” son turda Türkiyə “Marmara”sına (2137) qalib gəlib – 2,5:1,5. Qələbə heç də asan başa gəlməyib. Əvvəlcə Xanım Balacayeva (2319) Ece Özbaya (Türkiyə, 1998) gücünü göstərib. Ardınca Gülnar Məmmədova (2385) Sudə Hereklioğluyla (Türkiyə, 2165), Zeynəb Məmmədyarova (2298) Duru Okuyazla (Türkiyə, 2233), Ülviyyə Fətəliyeva (2348) isə Sıla Çağlarla (Türkiyə, 2153) “sülh bağlayıb”. Halbuki Məmmədyarova oyunun gedişində tam uduzulmuş vəziyyətdən xilas olub. Zeynəb bu görüşü uduzsaydı, o zaman yekunda komandalar heç-heçə edəcək və belədə “Odlar yurdu” medalsız qalacaqdı. Ancaq minimalhesablı qələbə fonunda təmsilçimiz gümüş medal qazanıb. Beləliklə, analoji yarışda ilk dəfə iki komandamız medal əldə edib. Əslində “Odlar yurdu” çempion da ola bilərdi. Belə ki, “Batumi” (Gürcüstan, 2495) Rumıniya “Timişoara”sıyla (2324) uduza bilərdi. Son görüşdə Mihaela Sandu (Rumıniya, 2278) Dronavalli Harikadan (Hindistan, 2528) aşkar üstün olsa da, həlledici gedişləri tapa bilməyib. Belədə bu qarşılaşmada və ümumi nəticədə bərabərlik qeydə alınıb. Bu isə “Odlar yurdu” ilə eyni xal toplayan “Batumi”ni çempion edib. İlk “3-lüy”ü “Mulhouz”u (Fransa, 2139) 4:0 hesabıyla darmadağın edən “Bossa Nova” (Belarus, 2342) qapayıb.
Yekun sıralama: 1. Batumi – 11, 2. ODLAR YURDU – 11, 3. Bossa Nova – 10, 4. Yuqra – 10, 5. Leqasi – 8…
Bundan başqa, fərdi mükafatlandırmada da şahmatçılarımız fərqlənib. 2-ci lövhədə Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyeva çempion olub. Onlar 500 avro mükafat qazanıb. Xanım Balacayeva 4-cü lövhədə gümüş, Zeynəb Məmmədyarova isə 1-ci lövhədə bürünc medalı boynundan asıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar