15 okt 12:42idman

Reqbi Federasiyası acınacaqlı durumdadı

Reqbi Federasiyası acınacaqlı durumdadı
Yığmanın nə məşqçisi var, nə masajçısı, nə də həkimi
Avqustda Moskvada, "Dinamo" çimərlik idman növlərinin stadionunda çimərlik reqbisi üzrə ilk Avropa çempionatı keçirilib. Turnirdə 4 qadın və 8 kişi yığması iştirak edib. Kişilərdən ibarət millimiz startda Ukraynaya qalib gəlib – 6:5. Ancaq bu həm də komandamızın son qələbəsi olub. Belə ki, reqbiçilərimiz italyanlara 0:8, rumınlara 3:7, 1/4 finalda isə gürcülərə 2:7 hesabıyla uduzub. Təsəlliverici görüşlərdə Ukrayna (8:7) və Belarus (8:6) yığmamızdan güclü olub.
Bəlkə də deyəcəksiz ki, avqustda keçirilən yarışın nəticələrini indi qeyd etməyə nə lüzum vardı? Əslində söhbət qitə birinciliyində millimizin necə çıxış etməsindən yox, hazırda bu idman növünün durumundan, ona ölkədəki barmaqarası münasibətdən gedir. Elə Reqbi Federasiyasının rəsmi saytında qurumun mətbuat katibi Emil Əliyevin qələmə aldığı yazını oxuyub düşünməyə dəyər: “Milli reqbinin reallıqları ilə tanış olmayan idmansevərə elə gələ bilər ki, Azərbaycan komandası yenə biabır oldu... Aydınlıq gətirməyə çalışım. Bəli, mən də hamı kimi komandamızın məğlubiyyətinə məyus oldum. Amma reallığı bilən insan kimi yenidən bu olimpiya növünə diqqəti çəkmək bəhanəsini tapdım. Biz Avropa çempionatına öz hesabımıza getmişdik! Bundan başqa, iki məşq üçün lazımi şəraitə sahib olan meydanı da öz hesabımıza icarəyə götürmüşdük. Özü də biz daimi çempionatlara və müasir idmanın başqa gözəlliklərinə sahib deyilik. Komandanın məşqçi, masajçısı və həkiminin olmadığı haqda heç danışmağa da ehtiyac duymuram.
Getdik və turnirə xüsusi hazırlaşmış kimi oynadıq. Bütün ölkələrin yığması daxili çempionatlara, normal məşq və daimi olaraq fərqli-fərqli turnirlərdə iştirak etmək imkanına sahibdi. Biz isə bunlardan məhrumuq.
Yerli reqbinin yaxın keçmişinə nəzər salsaq, mahiyyətində, sadəcə, həvəskar və oyunu sevən birinci nəsil reqbiçilərin yaratdığı potensialla nə qədər bacarıqsız davranıldığını görə bilərik. Bu həvəskarlardan bir neçəsi xaricdəki aparıcı klublara dəvət olundu. İngiltərə, Şotlandiya, Rusiya, Gürcüstan, Türkiyə və ABŞ-a yollanan reqbiçilərimiz var. Hələ neçəsi xaricə gedə bilmədi. Uşaq evlərindən çıxan məzunlarımız var. Eldar Kərimovun öz pulu ilə yaratdığı "Qarabağ" klubu mövcud olduğu qısa müddətdə sadə uşaqlardan əsl reqbiçilər yetişdirdi. Sonradan onlardan ikisini Gürcüstan komandalarına çağırdılar. Onlar Kamran Axundov və Nəzər Cəfərov idi. Hansı ki 10 saylı internat məktəbinin yetirmələridi. Azərbaycanda reqbinin inkişafında iştirak edənlərin hamısının adını çəkməyə ehtiyac yoxdu.
Bəs nəticə nədi? Hər şey eynidi, heç nə dəyişmir. Dövlət tərəfindən dəstəklənməyən, yalnız reqbiçilərin və bu oyunun həvəskarlarının hesabına yaşayan olimpiya idman növü... Bu, uzun müddət davam edə bilməz. "Qarabağ" demək olar ki, öz fəaliyyətini dayandırdı. Nə qədər perspektivli uşaqlar yol kənarında qalıb. Axı onlar bizim övladlarımızdı...
Təəsüf ki, idman mediasının reqbiyə marağı sıfra bərabərdi. Bu maraq olmadan isə ölkəmizdə reqbinin inkişafı qeyri-mümkündü. Necə deyərlər, informasiya hər şeydi. Həmçinin bir-iki sponsoru çıxmaq şərti ilə reqbiyə diqqət yetirilmir. Onların köməyi bir çox problemlərin həll edilməsinə dəstək ola bilər. Son zamanlar biz uşaqların və gənclərin reqbi ilə məşqul olmaq istədikləri haqda zənglər alırıq. Amma məşqlərin keçirilməsi üçün yerimiz olmadığı üçün onlara "yox" deməli oluruq.
Yerli reqbinin və yerli idmanın taleyinə biganə olmayanlara müraciət edirəm: Komandamızın uğurları üçün ƏLİNİZDƏN GƏLƏN KÖMƏYİ EDİN! Biz daha yaxşılarına layiqik. Biz oynamağı bacarırıq. Ölkəmizdə reqbinin inkişafı üçün böyük potensial var. Çünki bu idman növü ruhuna görə bizim mentalitetimizə yaxındı. Bizim təcrübəli və reqbidə güclü qonşumuz var - Gürcüstan. Bu ölkə bizə əlindən gəldiyi qədər kömək edir və təcrübəsini bizimlə bölüşür. Amma bizim öz dövlətimizə ehtiyacımız var!”
Ölkə idmanının uğurlarından bəh-bəhlə danışan idman funksionerlərinin “menyu”su üçün əla yazıdı. Bunu tutarlı sillə, boks diliylə desək, nokaut zərbəsi kimi də qiymətləndirə bilərik. Başbilənlər hələ də nəyin prioritet və strateji önəm kəsb etdiyini anlamır. Ölkədə saysız-hesabsız beynəlxalq yarışlar keçirmək vacibdi, yoxsa can verən, faktiki fəaliyyət göstərməyən idman növlərini xilas etmək? Bu gün reqbi, otüstü hokkey və karate kimi olimpiya növləri sponsor tapa bilmirsə, onlara dövlət tərəfindən biganə münasibət göstərilirsə, hansı inkişafdan söhbət gedə bilər? Gürcüstan bu gün basketbolu və reqbisiylə Avropada sayılıb-seçilən ölkələrdən sayılır. Bəs Qafqazın şəksiz lideri sayılan Azərbaycan? Düşünün, bəlkə haqq yoluna gəldiz...
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar