12 okt 18:20idman

ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı

ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı
AGİN basketbola bu il 300 min manat xərcləyib
Unikal.orq saytı dünən Gənclər və İdman Nazirliyinin Basketbol Federasiyasına yardım etməməsi və imkanlarını məhdudlaşdırmasıyla bağlı informasiya yayıb. Yazıda federasiyanın vitse-prezidenti Azər Qədirovun fikirlərinə də yer verilib: “Federasiya nazirlik, fabrik və ya zavod deyil. Nə maaş? Bizim nə pulumuz var, nə də sponsorlarımız. Zallarımızın hamısını söküblər. Birini söküb yerində asfalt çəkdilər. Son iki zalımızı da əlimizdən aldılar. Ancaq məktəblərin idman zalları var. Orda da basketbol oynamaq əlverişli deyil. Zalları kim əlimizdən alıb? Təbii ki, hamı Gənclər və İdman Nazirliyinə baxır. Onlar edir. Federasiyanın nəyi var? Biz 5-6 nəfər güclə burda işləyirik. Pulları Nadir (federasiya prezidenti Nadir Nəsibovu nəzərdə tutur) müəllim verir, o da gücü çatan qədər... Nə millimiz var, nə də zalımız. İslam Oyunlarında legionerlərin də köməyi sayəsində 3x3 basketbolunda 1-ci yer tuta bildik. İndi nə məşq edə, nə də ölkə çempionatı keçirə bilirik. Qaçırıq nazirliyin üstünə ki, zal tapın, çempionatı keçirək. Bizə verməyə pulları, zalları yoxdu. Özümüzün də imkanımız yoxdu ki, basketbol arenası tikək. Nazirlik bizə bir qəpik də pul ayırmır”.
AGİN-in buna cavabı gecikməyib: “Bu il Azərbaycan çempionatının zona və final oyunları kecirilib. Üç yaş qrupu üzrə (U-16, U-18, U-20) Avropa birinciliyinə komandalar tam heyətlə ezam olunub. U-18 iki dəfə Gürcüstanın açıq çempionatına göndərilib. Əsas yığma Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Novruz” turnirinə ezam olunub. Yeniyetmələrin 1-ci Respublika oyunları çərçivəsində Şəmkir, Qax və Oğuzda zona və final yarışları keçirilib. Ümumilikdə bu il basketbola nazirlik tərəfindən 300 min manat xərclənib”.
Maraqlıdı ki, ABF-nin digər vitse-prezidenti Həsənağa Rzayev də nazirliyin tərəfini tutub: “Diqqətinizə çatdırmaq istərdik ki, Gənclər və İdman Nazirliyi tərəfindən ABF-ə 2016/17 mövsümündə bir çox ölkədaxili və ölkəxarici yarışlar üçün maliyyə dəstəyi verilib. Sadalananlardan əlavə il ərzində iki yaş qrupunda ABF tərəfindən uşaq-yeniyetmə liqası keçirilib. Ölkəmizdə hər il 3x3 basketbolu üzrə müxtəlif yarışlar baş tutur. Ölkə çempionatı Hövsan Olimpiya Kompleksində və "The Club Port Baku”da təşkil olunur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi müntəzəm hər il yeniyetmələr arasında şəhər birinciliyi keçirir. Bütün yarışlarda federasiyanın Məşqçilər Şurası tərəfindən seleksiya işləri aparılıb və bu yarışların final mərhələsi ABF tərəfindən hakimlərlə təmin edilib. Qurumun Rəyasət Heyyətinin təsdiq etdiyi "Ölkəmizdə basketbolun 5 illik inkişaf strategiyası”na əsasən (2016-2021-ci illər) güclü millinin formalaşdırılması istiqamətində iş gedir. Hazırkı durğunluq isə basketbolumuzda gedən nəsildəyişmə prosesi ilə bağlıdı”.
Artıq bir çox ölkələrdə yerli çempionatlar başlayıb. Oktyabrın sonunadək Avropanın bütün ölkələrində yeni mövsümə start veriləcək. Ancaq bizdə hələ bu haqda söz-söhbət belə getmir. Həsənağa bəy narahatlığa əsas görmür: “Hər il olduğu kimi, 2 dövrəli çempionat keçirəcəyik. Hələ ki 6 komandanın birincilikdə iştirak edəcəyi təsdiqlənib. Çempionat ilin sonunadək start götürəcək. Dəqiq tarix və oyunların keçiriləcəyi məkan isə hələ müəyyənləşməyib”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar