12 okt 18:19idman

Natalya Məmmədova Rusiyaya iddialı yollanıb

Natalya Məmmədova Rusiyaya iddialı yollanıb
“Avropa çempionatını yetətincə yaxşı keçirdik”
2013-cü ildə keçirilən Avropa çempionatındakı uğursuzluqdan sonra yığma karyerasını başa vurduğunu açıqlayan Natalya Məmmədova 4 ildən sonra milliyə qayıtdı. Dünya çempionatının seçmə mərhələsində pis təsir bağışlamayan təcrübəli hücumçu Avropa çempionatında tənqidlərlə üzləşdi. Əslində yarımfinala qədər 33 yaşlı voleybolçu da başqaları kimi ictimaiyyətin tərifini eşidirdi. Ancaq yarımfinal və 3-cü yer uğrunda oyunlarda ən çox “baltalanan” Məmmədova oldu. Topun qəbulundakı səhvləriylə yanaşı, hücumda məhsuldar ola bilməməsi Natalyanı “qurbanlıq qoyun”a çevirdi. Ümumi mövqe belədi ki, Faiq Qarayevin dəvətiylə əsas komandaya qayıdan təcrübəli voleybolçunun faydalı iş əmsalı azalıb. Yaş amili sözünü deyir. Üstəlik, heyətdə Polina Rəhimovayla yanaşı, o tipdə daha bir oyunçunun əsas heyətdə yer alması komandanın sürətini və müdafiə qabiliyyətini zəiflədir. Özü də yaxşı bilir ki, artıq karyerasının qürub çağını yaşayır. Ancaq gələn il Yaponiyada keçiriləcək mundiala yollanıb-yollanmayacağını indidən söyləmək çətindi. Ola bilər, bir neçə il “Volero”da çıxış etdikdən sonra Rusiyaya qayıdan (daha öncə qonşu ölkədə “Zareçye” (2002/03), Krasnodar “Dinamo”su (2009/10) və “Omiçka”nın (2012-14) formasını geyib) Məmmədova “Dinamo”da özünü yaxşı tərəfdən göstərsin. Belədə Qarayev yenidən onun xidmətinə ehtiyac duya bilər. Bunu isə indidən söyləmək çətindi.
Yeri gəlmişkən, Natalya Kazan klubunun rəsmi saytına qısa müsahibə verib. Hücumçu həm klub, həm də yığma karyerasıyla bağlı sualları cavablayıb.
- Son 3 ili İsveçrə “Volero”sunda keçirmisiz. Yenidən Rusiyaya qayıtmaq çətin deyildi ki?
- Son 3 ildə Rusiyada oynamasam da, superliqanı izləyirdim, hər şeydən məlumatlıydım. Bu üzdən təklif alan kimi razılaşdım. Çünki Kazan “Dinamo”su tarixi və imici ilə Rusiyanın ən güclüsüdü. Baş məşqçi Rişat Qilyazutdinovla tanış deyildim. Buna baxmayaraq, onunla işləmək mənə maraqlı gəldi. Baş məşqçimizə inanıram. Adətən, Rusiyanın iqlimi və səfərləri insanı bir az qorxudur. Amma zaman keçdikcə buna uyğunlaşırsan. Komandaya maksimum nəticələrə imza atmaq və çempion ünvanını qaytarmaq üçün kömək etmək istəyirəm.
- Avropa çempionatından sonra motivasiyanız necədi?
- Əhvalım yaxşıdı. Avropa çempionatını yetərincə yaxşı keçirdik. Əlbəttə, medal qazana bilərdik, amma alınmadı. Buna baxmayaraq, Azərbaycan prezidenti bizimlə görüşdə ölkədə voleybolun inkişafından razı qaldığını bildirdi. Bu üzdən emosiyalar yüksək səviyyədədi.
- Azərbaycan və İsveçrədə xeyli sayda qızıl medal əldə etmisiz. Kolleksiyanızı Rusiyada da zənginləşdirmək arzunuz varmı?
- Əlbəttə. Bura elə onun üçün gəlmişəm. Rusiya çempionatının qızıl medalını qazanmaq istəyirəm. Bir daha sübut etməliyik ki, Kazan “Dinamo”su Avropanın yaxşı klubudu, Rusiyada isə 100 faiz ən yaxşıdı. Rəhbərliyin və azarkeşlərin mənə göstərdikləri etimadı doğrultmağa çalışacam.
Voleyboldan söz düşmüşkən, millimizin daha iki üzvü klublarının düşərgəsinə qoşulub. Bildiyiniz kimi, 2017/18 mövsümündə Polina Rəhimova “Fənərbaxça”nın, Odina Bayramova isə “Seramiksan”ın şərəfini qoruyacaq. Hər iki voleybolçu tibbi baxışdan keçdikdən sonra yeni komandasının məşqlərinə qatılıb.
Qeyd edək ki, Türkiyə çempionatı gələn həftə start götürəcək. İlk turun bütün oyunları oktyabrın 18-də keçiriləcək. “Fənərbaxça” “Bursa BB”nin, “Seramiksan” isə “Çanakkale Bələdiyəsi”nin qonağı olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar