09 okt 20:32idman

“Neftçi”nin yeni baş məşqçisi prinsipial mübarizə vəd edir

“Neftçi”nin yeni baş məşqçisi prinsipial mübarizə vəd edir
“Bundan sonra kişilərdən ibarət millimizdə çalışmaq istəmirəm”
Qadın voleybolçuların Avropa çempionatı başa çatdı. Artıq yığmamız il ərzində 3 rəsmi yarışı arxada qoyub. Millimizin yarımfinala yüksəlməsini uğur sayanlar da var, medalsız qalmasını uğursuzluq kimi qiymətləndirənlər də. Əlbəttə, fikirlər müxtəlifdi və komandamızın çıxışı müzakirəyə açıqdı. Ancaq indi prioritet yığma yox, ölkə çempionatıdı. Çünki güclü yığmanın formalaşması üçün güclü çempionatın keçirilməsi vacib şərtlərdən biridi. Prezident İlham Əliyevin qitə birinciliyindən sonra komandamızı qəbul etməsi, yarımfinala yüksəlişi yüksək nəticə kimi qiymətləndirməsi və Voleybol Federasiyasına 2 milyon manat ayırması bu sahənin yenidən dirçəlişi üçün önəmli stimul olub. Gəzən söz-söhbətlərə görə, yeni mövsümdə yeni klublar görəcəyik. Bunu yaxın zamanda biləcəyik.
Hələlik isə kişilərin yarışında çempionluq uğrunda mübarizə aparacaq komandalardan birinə - “Neftçi”yə diqqətinizi yönəldək. Ötən mövsüm titulu əldən verərək üzülən “ağ-qaralar” bu dəfə “Lokomotiv”ə eyni hisslər yaşatmaq istəyir. Çıxış yolu kimi isə bu komandada köməkçi-məşqçi çalışmış Ziya Rəcəbovu baş məşqçi vəzifəsinə gətirməkdə görüblər. Heyətdə də əsaslı dəyişiklik olub. Ancaq yaxşısı budu, bunları ölkənin ən istedadlı gənc mütəxəssislərindən sayılan Rəcəbovun dilindən eşidək:
- Pakistan yığmasının blokçusunu transfer etmişik. Daha iki legioner Ukraynadandı. Onlardan biri toppaylayıcı, digəri isə 4-cü zona hücumçusudu. Yığma üzvlərindən Pərviz Səmədov və Aleksey Çervyakov “Lokomotiv”ə keçib. Vadim Kutukov, Elmin Alışanov və Emil Abdullayev isə “Neftçi”də qaldı. “Lokomotiv”dən Tural Həsənli, Cavid Süleymanov və Aqil Ağazadə bizə gəlib. Həmçinin yığmamızın əsas hücumçusu Vüqar Bayramov komandamızdadı. Bəziləri elə bilir ki, “Lokomotiv”dən gələnlər mənim təşəbbüsümlə “Neftçi”ni seçib. Əslində isə belə deyil. Bu komandaya baş məşqçi kimi təyin olunanda Rusiyada idim. Mənim yerimə menecer İlqar İmamquliyev klub rəhbərliyi ilə danışıqlar aparıb. Həsənli, Süleymanov və Ağazadə də sərəncamımda oynamaq üçün könüllü surətdə “Neftçi”yə keçib. Mən onları “Lokomotiv”dən zorla qopartmamışam.
- Heyət tam komplektləşib, yoxsa yenə transferlər olacaq?
- Daha bir legionerin keçidi gözlənilir. O da blokçu olacaq. Çünki hazırda komandada cəmi iki orta oyunçu var. Bunlar pakistanlı İdris Məhəmməd və Elmin Alışanovdu. Üçüncü blokçunu tapmaq yolunda işlər davam edir. Görək necə olacaq.
- Hazırlıq prosesi necə gedir?
- İlk məşqi zalda etdik. Rəhbərliklə tanış olduq. Zalımız “Neolit” şadlıq sarayının yaxınlığında yerləşir. Hava şəraitinə uyğun olaraq, sentyabrda 2 həftə dəniz kənarında qaçmaqla fiziki hazırlığı artırmaq yönündə çalışdıq. Həmçinin trenajorda hazırlıq keçmişik. Zalda isə əsasən toplu çalışmalara, taktiki-texniki hazırlığa üstünlük vermişik.
- Məşqçilər korpusunda daha kimlər var?
- Köməkçi-məşqçi Nihat Tanrıverdiyevdi. Vadim Kutukov isə voleybolçumuz olmaqla yanaşı, fitnes üzrə mütəxəssisimiz sayılır. Komandanın kapitanı Vüqar Bayramov olacaq.
- Mövsüm nə vaxt başlayacaq? Neçə komanda çempionatda iştirak edəcək?
- Bununla bağlı məndə məlumat yoxdu. Yəqin ki, yaxın vaxtlarda federasiya komandaların adlarını, yarışın təqvimini və reqlamenti açıqlayacaq. “Neftçi” və “Lokomotiv”lə yanaşı, “Naxçıvan”, AAHM və MOİK-in çempionatda iştirakı gözlənilir. “Sumqayıt”a dəvət göndərilib. Ancaq hələ ortada rəsmi bir şey yoxdu. Onu da qeyd edim ki, vaxtilə “Lokomotiv”in qadın komandasında köməkçi-məşqçi kimi işləmiş Xanlar Ələkbərov yeni mövsümdə “Naxçıvan”ı çalışdıracaq.
- Ötən mövsüm həm “Lokomotiv”də, həm də yığmada baş məşqçi Fərid Cəlalovun köməkçisi idin. “Neftçi”yə keçidindən sonra millidəki taleyin necə olacaq?
- Artıq yığmadan ayrılmışam. Allah canlarını sağ eləsin. Fərid Cəlalova uğurlar arzulayıram. Onunla birgə işləmişəm. Komandadan gözəl təəssüratlarla ayrıldım. Ancaq bundan sonra kişilərdən ibarət millimizdə çalışmaq istəmirəm.
- Belə görünür ki, bu mövsüm “Neftçi” – “Lokomotiv” duellərində prinsipiallıq daha da artacaq. Söhbət təkcə voleybolçuların yox, həm də məşqçilərin rəqabətindən gedir...
- Sözsüz, bu klubların mübarizəsi prinsipial xarakter daşıyır. Hərəmiz bir komandanın başındayıq. Çempionluq uğrunda sonadək vuruşacağıq. Əsas odu ki, Allah deyən olsun. Bizi diqqət mərkəzində saxladığınız üçün sizə də minnətdarlığımı bildirirəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar