08 okt 19:36idman

“Rabitə”nin prezidenti yetirmələrindən razıdı

“Rabitə”nin prezidenti yetirmələrindən razıdı
“Bu mövsüm üçün artıq şans yoxdu”
Qadın voleybolçuların Avropa çempionatının son günündə Milli Gimnastika Arenasında tanış bir simanı gördük. O da iki il əvvəl “Rabitə işi” adlı böyük əməliyyat nəticəsində saxlanılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə məsul şəxsi arasında idi. Söhbət “Azİntelekom”un sabiq rəisi Cəlil Cəfərovdan gedir. Dövlət əmlakının talanmasında və böyük pul vəsaitinin yeyintisində onun da adı hallanırdı. Cəfərov isə məhkəmə prosesində bir neçə dəfə şirkətdən “Rabitə” Voleybol Klubu üçün pul ayrıldığını və ittihamların əsassız olduğunu iddia edirdi. İyulun 27-də uzun müddət davam edən məhkəmə başa çatdı. Şərti cəza alanlardan biri də Cəlil bəy oldu. Məhz onun saxlanılmasından sonra “Rabitə” fəalliyyətini dayandırmış, “Telekom”un maliyyə dayağı sarsılmışdı. Görəsən, Cəfərov yenidən ölkənin ən çox çempion olan klubunu “diriltməyi” düşünürmü? “Rabitə”nin sabiq prezidentiylə ayaqüstü söhbət etdik.
- Yığmamızın Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiz?
- Allah bizim ölkəyə daha böyük uğurlar qismət eləsin. Medal qazana bilməsək də, yığmamız uzun fasilədən sonra Avropa çempionatının yarımfinalına yüksəldi. Bu, böyük irəliləyişdi. İnanıram ki, bundan sonra daha böyük uğurlara imza atacağıq.
- “Rabitə” və “Telekom”da baş məşqçi kimi çalışmış Zoran Qayiç Bakıda Serbiya Voleybol Federasiyasının prezidenti kimi komandasının Avropa çempionu olmasına sevindi...
- “Rabitə”nin prezidenti olaraq onun bu uğuruna sevinirəm. Vaxtilə klubumuzda çalışan bir şəxsin indi Serbiya Voleybol Federasiyasının prezidenti kimi fəaliyyət göstərməsi bizim üçün qürurvericidi. Arzu edirəm ki, Avropada belə iz qoyan “Rabitə” kimi çoxlu klubumuz olsun. Bayrağımız daim yüksəklərə qalxsın.
- “Rabitə”nin üç yetirməsi – Kristina Yaqubova, Yelizaveta Səmədova və Alyona Həsənova bu yarışda yığmanın əsas heyət üzvü idi. Onların çıxışından razı qaldız?
- Hamısından razıyam. Çox yaxşı oyun göstərdilər. Ancaq bir məqamı da nəzərə almaq lazımdı ki, Avropa çempionatında, xüsusən bu turnirin yarımfinalında oynamaq belə gənc voleybolçular üçün bir ilk idi. İnanıram ki, gələcəkdə onlar daha da yaxşı çıxış edəcək.
- Azadlığa çıxmağınız “Rabitə”nin bərpası üçün ümid verir? Yoxsa klubla yolları tam ayırmısız?
- Yox, klubla yollar ayrılmayıb. Sadəcə, hazırkı vəziyyətdə sponsorun olmaması problemdi. Sponsor olarsa, “Rabitə”nin yüksək səviyyədə fəaliyyəti üçün əlimizdən gələni edə bilərik. Azərbaycan üçün canımızdan da keçməyə hazırıq.
- “Telekom” ölkə çempionu olsa da, maliyyə problemlərinə görə faktiki fəaliyyət göstərmir. Sponsor olsa, bu klub fəaliyyətini davam etdirəcək?
- Bu mövsüm üçün artıq şans yoxdu. Gələcəkdə sponsor olsa, komandaları bərpa edib, uğurlara imza atmaq olar.
SƏRXAN
P.S. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, prezident İlham Əliyevin yığmamızı qəbul etməsi, millinin Avropa çempionatında 4-cü yeri tutmasını yüksək qiymətləndirməsi və ehtiyat fondundan 2 milyon manat ayırması Voleybol Federasiyasını dirçəldib. Hazırda yeni klubların yaradılması istiqamətində işlər gedir. “Rəhmətə getmiş” komandaların bərpa ediləcəyi də istisna deyil. Bunlar arasında “Telekom” və ya “Rabitə” də ola bilər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar