04 okt 22:44idman

Məşhur boksçular nazirə kəmər bağışladı

Məşhur boksçular nazirə kəmər bağışladı
Dünən Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib. “Fairmont” otelində keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, WBC-nin prezidenti Maurisio Süleyman, məşhur peşəkar boksçular, müvafiq idman qurumlarının təmsilçiləri iştirak ediblər. Əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olunub. Sonra bayrağımız meydana gətirilib və dövlət himni səsləndirilib.
Azad Rəhimov tədbirə dünyanın ən məşhur boksçularının qatıldığını vurğulayaraq, Konvensiyanın boksun inkişafına təkan verəcəyini diqqətə çatdırıb və ölkəmizin idmanda qazandığı uğurlardan danışıb: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı yarışların təşkili üçün beynəlxalq standartlara cavab verən idman infrastrukturu var. Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionu möhtəşəmliyi ilə fərqlənir. Boksda önəmli nəticələrimiz olub. Məhəmmədrəsul Məcidov bu il Almaniyada üçqat dünya çempionu oldu”.
Sonra Konvensiyaya qatılan çempionlar təqdim edilib. Ardınca dünya çempionu Vitali Kliçkonun karyerasından bəhs edən qısa film nümayiş olunub. Ukraynalı boksçu təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib: “Azərbaycan gözəl ölkədi. Burada idman infrastrukturu beynəlxalq standartlara tam cavab verir. Ümid edirəm ki, Azərbaycan boksçuları WBC-də çempion olacaqlar. Çünki burda kifayət qədər peşəkar boksçular var”.
Uşaq xorunun ifasından sonra əfsanəvi boksçu Evander Holifild Konvensiyanı açıq elan edib.
Bernard Hopkins çıxışında bunları deyib: “Müxtəlif illərdə kəmərlərə sahib olmuşam. Onlardan ən mühümü uzunmüddətliliyinə görə yaşıl kəmərdi. Bu, çox nüfuzlu mükafatdı. Mən bu mükafatı onu almayanlara arzu edirəm. Çox fəxr edirəm ki, bu kəmərə sahib olmuşam və WBC-nin üzvüyəm”.
Maurisio Süleymanın fikirləri isə belə olub: “Biz uzun yol qət edərək Azərbaycana gəlmişik. Uzun və yorucu səfərin sonunda qonaqpərvər ölkəyə çatdıq. Təşkilatçılıq yüksək səviyyədədi. Azərbaycan prezidenti İlham Əliyev ölkədə idmanı prioritet sahələrdən birinə çevirib. Bunun nəticəsidi ki, azərbaycanlı atletlər beynəlxalq arenada uğurla çıxış edirlər. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan boksçuları da WBC-dəki uğurları ilə tanınacaqlar”.
Yeni kəmərlər barədə məlumat verən WBC-nin prezidenti əldə olunan uğurlardan və gələcək planlardan danışıb. Sonra WBC-nin inkişafındakı xidmətlərinə görə qurumun Direktorlar Şurasının üzvü Ceyms Naveyə xüsusi mükafat təqdim olunub. Sonda Kliçko və Holifild Azad Rəhimova WBC-nin xüsusi kəmərini bağışlayıb. Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar