28 sen 04:09idman

“Alman maşını” da yığmamız qarşısında duruş gətirə bilmədi

“Alman maşını” da yığmamız qarşısında duruş gətirə bilmədi
Almaniya – AZƏRBAYCAN 1:3 (25:19, 19:25, 18:25, 18:25)
Almaniya: Luiza Lippmann – 26, Maren Fromm – 10, Cennifer Gertis – 9, Liza Qründinq – 6, Mari Şyoltsel – 6, Denize Hanke – 3, Cennifer Pettke – 1, Leoni Şvertmann – 1, Lenka Dyurr (l), Yana Fransiska Poll, İrina Kemmsies, Lena Stiqrot, Anna Poqani, Tanya Qrosser.
Baş məşqçi: Feliks Kozlovski.
Azərbaycan: Polina Rəhimova - 20, Yelizaveta Səmədova - 16, Natalya Məmmədova - 15, Kseniya Poznyak - 9, Alyona Həsənova - 7, Kristina Yaqubova, Aynur Kərimova, Yana Kulan, Şəfaqət Həbibova, Yekaterina Jidkova, Valeriya Məmmədova (l), Odina Bayramova, Ayşən Abduləzimova, Ceyran Əliyeva.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Stefane Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya).
25 sentyabr. Bakı. Milli Gimnastika Arenası. 3400 tamaşaçı.
Oyun vaxtı: 109 dəqiqə (28+27+28+26).
Dünən voleybol yığmamız A qrupunda son oyununu keçirdi. Bu görüşə də maraq böyük idi. Arenanın yaxınlığında türkiyəli gənc əlindəki fırçayla azarkeşlərə üzlərinə Azərbaycan və Türkiyə bayrağını boyamağı təklif edirdi. Əsasən yeniyetmələr onun xoşniyyətli təklifini geri çevirmirdi. Azarkeşlər giriş-çıxışda ciddi maneəylə rastlaşmırdı. Yoxlama prosesi çox vaxt almırdı. Rusiya – Bolqarıstan qarşılaşması gec başa çatdığından millimizin matçı bir qədər yubandı.
Alman azarkeşlərdən biri yerli tamaşaçılara ölkəsinin bayraqlarını paylayırdı. Hərdən arzusuna çatır, hərdən isə imtinayla üzləşirdi. Azarkeşlərdən söz düşmüşkən, Macarıstan və Polşa ilə oyunlarda olduğu kimi, “Azərreyl”in fanklubu yığmaya fəal dəstək verirdi. Ancaq turnir ərəfəsində millini yalqız qoymayacağı gözlənilən “Sektor 11”i görmədik.
İndi isə keçək oyuna. Faiq Qarayev Polşa ilə görüşdəki heyətə şans verdi. İlk texniki fasiləyə qədər qarşılıqlı xallar izlədik. Milli formada ən fəal voleybolçu Kseniya Poznyak idi. Komandalar meydana qayıtdıqdan sonra almanlar xal seriyası yaxaladı. Millimizdə əsas problem topun qəbulunda və blokda buraxılan səhvlər idi. Ayşən Abduləzimovanın Alyona Həsənovanın yerinə meydana çıxması da ciddi dəyişikliyə səbəb olmadı. İkinci texniki fasiləyə Almaniya 5 xallıq fərqlə öndə yollandı. Düzdü, “taym-aut”dan sonra komandamız fərqi 2 topa kimi endirdi. Ancaq daha təşkilatlanmış formada oynayan və daha az səhvə yol verən rəqib ilk seti çətinlik çəkmədən hesabına yazdı. Bu, Faiq Qarayevin yetirmələrinin cari Avropa çempionatında uduzduğu ilk set idi.
İkinci setin ilk texniki fasiləsi də xala-xal prinsipiylə keçdi. Ancaq bu dəfə fasilədən yığmamız daha yaxşı qayıtdı. Təcrübəli mütəxəssis bu turnirdə ilk dəfə Yana Ağayevaya da şans verdi. Ancaq onun hesabına yaxşı blok qurmaq cəhdi bir fayda vermədi. Onsuz da millimiz bu setdə rəqib hücumlarını tor önündə yaxşı qarşılaya bilirdi. Komandamızın tempi tutması və artan təzyiqi fonunda rəqib səhvləri sıralamağa başladı. Belədə ümumi hesab bərabərləşdi. Bu setdə hesabına 5 xal yazan Yelizaveta Səmədova ən məhsuldar oyunçumuz oldu.
Üçüncü setə də ev sahibi daha yaxşı başladı. Güclü tərəfindən – hücumçularından daha yaxşı istifadə edən yığmamız ilk texniki fasiləyə rahat getdi – 8:5. İkinci məcburi fasiləyədək meydanda bərabərsəviyyəli mübarizə getsə də, millimiz xal fərqini qoruya bildi. Yenə Səmədova fəallığıyla seçilirdi. Sona doğru komandamızın fərqi 4 xala yüksəltməsi Feliks Kozlovskinin son fasiləsini götürməyə məcbur etdi. Ancaq onun məsləhətləri də enişdə olan komandasını xilas etmədi. Sonluqda Şəfaqət Həbibovanın uğurlu servisləri azarkeşləri daha da coşdurdu. 3-cü seti də hesabına yazan yığmamız qrup liderliyini təmin etdi. Artıq məğlubiyyət belə heç nə ifadə etmirdi. Ancaq almanlara 2-ci yeri tutmaq üçün uğur hava-su kimi lazım idi. Onu da nəzərinizə çatdıraq ki, 3-cü setdə Rəhimova 7 xalla hamıdan öndə oldu.
4-cü set həlledici oldu. Əsas tapşırıq yerinə yetirilsə də, Qarayev yetirmələrinə qalib gəlməyi tapşırmışdı. Bu üzdən əsas heyəti meydanda saxladı. Almanlar yalnız ilk texniki fasiləyə qədər dirəşə bildi. Setin ortalarından etibarən rəqibin müqaviməti qırıldı. Qarşılaşmanın ən məhsuldar voleybolçusu Luiza Lippmannın cəhdləri də bir fayda vermədi. Beləliklə, bu seti də qazanan yığmamız maksimum nəticəylə 1/4 finala yüksəldi. Bununla da 12 illik həsrətə son qoyuldu. Belə ki, 2005-dən bu yana yığmamız Avropa çempionatında ən güclü 8 komanda arasına daxil ola bilmirdi. Qrup lideri kimi 1/4 finala yüksəlmək pley-off mərhələsindən azad olmaq anlamına gəlir. Bu isə o deməkdi ki, komandamızın dincəlmək üçün daha çox vaxtı olacaq. Bu da yorğun voleybolçuların bərpa olunmasına kifayət edəcək. Millimiz 1/4 final oyununu sentyabrın 29-da keçirəcək. Rəqib ya qrupumuzu 3-cü pillədə başa vuran Almaniya, ya da C qrupunda 2-ci yeri tutan Bolqarıstan olacaq. Onlar sabah pley-off mərhələsi çərçivəsində münasibətləri aydınlaşdıracaq.
1. AZƏRBAYCAN 3 3 0 9-1 9
2. Polşa 3 2 1 6-6 5
3. Almaniya 3 1 2 6-7 4
4. Macarıstan 3 0 3 2-9 0
C qrupu
Bu qrupda dünənədək keçirilən 4 oyundan üçündə mübarizə 5 setədək davam etmişdi. Elə dünən baş tutan ilk görüş də gərgin keçdi. Qitə birinciliyinin ən titullu komandası bolqarları “tay-brek”də üstələyə bildi. Ancaq günün son qarşılaşmasında qardaş ölkənin komandası Ukraynaya şans tanımayaraq adını pley-off mərhələsinə yazdırdı. Bu qrupun əsas özəlliyi “quru” hesabla başa çatan qarşılaşmanın olmamasıdı.
Rusiya – Bolqarıstan 3:2 (21:25, 25:20, 23:25, 25:21, 15:13), Türkiyə - Ukrayna 3:1 (25:20, 25:19, 20:25, 25:23)
1. Rusiya 3 3 0 9-5 7
2. Bolqarıstan 3 2 1 8-7 5
3. Türkiyə 3 1 2 6-7 4
4. Ukrayna 3 0 3 7-7 2

Reaksiyalar
Feliks Kozlovski, Almaniyanın baş məşqçisi: “İlk setdə heyrətamiz oyun göstərdik. Ola bilsin ki, səviyyəmizdən qat-qat yüksək çıxış etdik. Bu çıxış məni çox razı saldı. Sadəcə, problem ondadı ki, Azərbaycan millisinin oyunçuları bizdən çox təcrübəlidi. Təsəvvür edin ki, Natalya və Valeriya Məmmədovalar 2005-ci il Avropa çempionatından bəri yığmanın formasını geyir. Ümumiyyətlə, sizin 4-5 oyunçunuzun belə turnirdə çıxış etmək təcrübəsi var. Bu isə komandaların oyunçuları arasında səviyyə fərqini ortaya qoyur. Bizdə daha çox 90-cı illərdə doğulmuş oyunçulardı. Cəmi 2 təcrübəli voleybolçumuz var ki, onlarla da bundan artığını etmək mümkün deyildi. Təbii ki, Azərbaycan millisinin voleybolçularının ucaboy olması da böyük rol oynadı. Bizim gənclərin boyu elə də yüksək deyil. Siz hər iki komandanın oyunçularına baxın. Sanki Azərbaycan millisi yeniyetmə voleybolçulara qarşı oynayırdı. 20 santimetr rəqibdən uca olmaq voleybolda çox böyük üstünlük deməkdi. Belədə rəqibə qarşı oynamaq olduqca çətindi. İlk matçımıza yaxşı hazırlaşmışdıq. Həm servislərimiz uğurlu alınırdı, həm də taktiki cəhətdən yaxşı çıxış etmişdik. Rəqib hücumlarının qarşısını yaxşı dəf edə bilirdik. Topla sürətlə hərəkət edirdik. Bu matçda isə topla rəftarımız sürətli deyildi. Bizim düşündüklərimizi Azərbaycan millisinin oyunçuları dərhal anlayırdılar. Bununla belə, indiki durumumuza görə 75-80 faiz yaxşı çıxış etdiyimizi söyləyə bilərəm”.
Lenka Dyurr, Almaniyanın liberosu: “Yaxşı oyun keçdi. Bundan artığını edə bilmədiyimiz üçün məyusam. Fikrimcə, Azərbaycan hazırda çox yaxşı formadadı. Komandanızın çox güclü və ucaboy hücumçuları var. Bizimlə müqayisəyə gəlməz (gülür). Bu məqam rəqib üçün böyük üstünlük idi. Həm də voleybolçularınız daha təcrübəlidi. Bizdə isə gənclər üstünlük təşkil edir. Komandamız yenicə formalaşır. Bizdə nəsildəyişmə prosesi gedib. İlk setdə çox yaxşı oynadıq. Bunun da əsas səbəbi hücumda daha sürətli çıxış etməyimiz idi. Ancaq sonra Azərbaycan hücumlarımızı zərərsizləşdirməyin yolunu tapdı. Bolqarıstan da fiziki cəhətdən bizdən üstündü. Biz onlarla “Qran-pri”də qarşılaşmışdıq. Heyətlərində bəzi oyunçular dəyişib. Azərbaycanla oyun Bolqarıstan matçı ərəfəsində bizim üçün əla təcrübə oldu. Ucaboy oyunçulardan qurulmuş komandaya qarşı necə oynamalı olduğumuzu öyrəndik. Mümkün qədər sürətli oynamalıyıq. Təcrübəli oyunçularımız baş məşqçinin istəyinə uyğun kənarda qalmayıb. Onlar yığma karyerasını başa vurub. Olimpiya Təsnifat Turnirindən sonra heyətimiz gəncləşib. Turnirin favoriti kimdi? Rusiya ideal formada olmasa da, iddiasını qoruyur. Serbiyada zədəlilər var, ancaq da onlar favoritlər sırasındadı. Hollandiyanın da şansları var. Azərbaycan da titul qazana bilər. Çünki çox yaxşı oyun sərgiləyir. Bizim üçün çətin olacaq. Pley-offu keçmək də bizim üçün uğur sayılacaq”.
Şəfaqət Həbibova, millimizin toppaylayıcısı: “Avropa çempionatına uzun müddət hazırlaşmışıq. Qubada, Mariborda təlim-məşq toplanışları keçdik. Sloveniya və İtaliyada yoxlama oyunları keçirdik. Güclü rəqiblərlə sınaq görüşləri sözünü dedi. İnşallah, yarımfinala yüksələrik. Oyuna çıxanda hazır oluram. Çünki baş məşqçimiz görüşdən əvvəl məni tam psixoloji cəhətdən hazır vəziyyətə gətirir. Macarıstanla oyunun ilk setində Faiq müəllim məni meydana buraxanda riskə getməyi və məşqlərdəki servislərimdən istifadə etməyimi tapşırdı. Servis zamanı topu hansı voleybolçunun üzərinə atmağı məşqçinin seçiminə əsasən müəyyənləşdirirəm. Bolqarıstanla müqayisədə Almaniyanı münasib rəqib sayıram. Çünki bolqarlar türklərə qalib gəlib və ruslara “tay-brek”də uduzub. Amma bu yarışda zəif rəqib yoxdu. Dincəlib, gücümüzü toplayıb 1/4 final oyununa hazır çıxacağıq. Favorit elə özümüzü görürəm” (gülür).
Polina Rəhimova, yığmamızın hücumçusu: “Biz güclü komandayıq. Ona görə də bu qələbə məni təəccübləndirmədi. Nəzərə almaq lazımdı ki, evdə oynayırıq. Bu da bizə əlavə güc və emosiya bəxş edir. Ölkədən kənarda fərqli köklənmə olur, evdə başqa. Getdikcə rəqiblər çətinləşir. Ümid edirəm ki, “dişimizi göstərməkdə” davam edəcəyik. Prezidentin oyunlarımıza gəlməsi bizə əlavə ruh yüksəkliyi verir. Dünən yaxşı oynamışdım. Ancaq bu gün düşünürdüm ki, yaxşı tullana bilmirəm. Yaxşı ki, millimizdə bir neçə lider oyunçu var. Biz komanda oyunu sərgiləyirik. Əks halda, bu gün qalib gələ bilməzdik. Bu gün qışqırmaqdan səsim də batıb (gülür). İlk setdə rəqib 5-6-cı zonalardan yaxşı hücumlar qururdu. Fasilədə qızlara dedim ki, biz də sürətli oynamalıyıq. Alman məşqçinin 2-ci setdə qalib gələcəkləriylə bağlı jesti xoşuma gəlmədi. Mən də “haydı, baxarıq” söylədim. Şükürlər olsun ki, hər şey istədiyimiz kimi oldu. Polşa ilə oyunda daha çox yorulmuşduq. Mənə Bolqarıstana qarşı oynamaq daha rahatdı. Onların oyun üslubu mənə uyğun gəlir. Almanlara bir dəfə qalib gəldik. Yenə onları üstələyə bilərik. Bolqarıstanda mənə yaxın oyunçular çoxdu. Bu üzdən onların almanlara qalib gəlməsini istərdim”.

Maraqlıdı...
Yığmamız Almaniya üzərindəki qələbəylə rekorda imza atdı. Belə ki, millimiz ilk dəfə Avropa çempionatında qrup lideri kimi növbəti mərhələyə yüksəldi. Bu, cari qitə birinciliyində qazandığımız 3-cü zəfər oldu. 2005-ci ildə 4 qələbə qazandığımızı nəzərə alsaq, şəxsi rekordumuzu təkrarlamaq üçün daha bir uğurlu nəticəyə ehtiyac olduğunu söyləyə bilərik.

Yığmanın məşqçisi bolqarlardan ehtiyatlanır
“Taktiki dəyişikliklər sözünü dedi”

Avropa çempionatları tarixində ilk dəfə qrup lideri kimi növbəti mərhələyə çıxan və 1/4 final həsrətinə son qoyan yığmamız növbəti rəqibini gözləyir. Almaniya ilə oyundan sonra yığmanın köməkçi-məşqçisi Famil Ağayev suallarımızı cavabladı:
- Əvvəlcə oyun haqda fikirlərinizi bilmək istərdik.
- İlk setdə çoxlu səhvə yol verdik. Topun qəbulunda problemlər yaşadıq. Bir də blok qurmaqda çətinlik çəkirdik. Bu üzdən həmin seti uduzduq. Ancaq sonra taktiki dəyişikliklər etdik. Bu da sözünü dedi. Həm rəqib hücumlarının qarşısını ala bildik, həm də qəbulu yaxşılaşdırdıq. Yaxşı oynayıb qələbə qazandıq.
- Qeyd etdiyiniz taktiki dəyişikliklər nədən ibarət idi?
- İlk setdə blok quran oyunçularımız arasında boşluq olurdu. Rəqib də həmin boşluqdan zərbəni keçirə bilirdi. Ancaq sonra bloku daha da sıxlaşdırdıq. Bundan sonra müdafiə xəttinə fikir verdik. Liberonu 1-ci zonada oynatdıq.
- 6-cı zonadan endirilən zərbələrin qarşısını almaqda çətinlik çəkirdiz...
- Luiza Lippmann çox sürətli oynayırdı. Ona görə də ona blok qurmaqda gecikirdik. Blokçumuza zonaları bağlamağı yox, onun zərbəsinin qarşısını almağı tapşırdıq. Bu da öz bəhrəsini verdi.
- Heç kim yığmanın maksimum nəticəylə 1/4 finala çıxacağını gözləmirdi. 3 oyunda cəmi 1 set uduzduz və 9 xal topladız. Turnir ərəfəsində belə nəticə gözləyirdiz?
- Əlbəttə. Çünki komandamızın gücünə bələd idim. Voleybolçularımızın nəyə qadir olduğunu yaxşı bilirəm. Millimiz öz oyununu nümayiş etdirə bilsə, çox komandalara qalib gələ bilər.
- Növbəti mərhələdə yenidən Almaniya, yoxsa Bolqarıstan ilə qarşılaşmaq istərdiz?
- Əlbəttə, Almaniya ilə. Çünki almanların gücünü artıq bilirik. Həm də bolqarların ucaboy oyunçularının hündür blokunu yarmaq çətin olacaq.
- Favorit sayılan komandaların bir çoxu Bakıda optimal heyətlə və formada oynamır. Bunları nəzərə alıb, yığmanın potensialını hansı yeri tutmağa uyğun sayırsız?
- Daha öncə də bu sual verilmişdi. Ancaq cavab verməmişdim. İndi də bu haqda bir şey deyə bilmərəm. Hər şeyi qarşıdakı oyunlar göstərəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar