26 sen 17:05idman

Yığma Polşanı da parçaladı

Yığma Polşanı da parçaladı
Polina Rəhimova: “Bəzən mənə elə gəlirdi ki, komandamız meydanda uçur”
AZƏRBAYCAN – Polşa 3:0 (25:14, 25:21, 25:23)
Azərbaycan: Polina Rəhimova - 30, Natalya Məmmədova - 13, Kseniya Poznyak - 6, Alyona Həsənova - 5, Yelizaveta Səmədova - 4, Kristina Yaqubova - 2, Aynur Kərimova, Yana Kulan, Şəfaqət Həbibova, Yekaterina Jidkova, Valeriya Məmmədova (l), Odina Bayramova, Ayşən Abduləzimova, Ceyran Əliyeva.
Baş məşqçi: Faiq Qarayev.
Polşa: Malvina Smarjek - 17, Suzanna Efimienko - 10, Aqnieşka Kakolevska - 8, Martina Qrayber - 4, Natalya Murek - 3, Patrisiya Polak - 1, Yulia Tvardovska - 1, Yoanna Voloş, Aqata Vitkovska (l), Marlena Plesnierovits, Roksana Brzoska, Monika Bociek, Aleksandra Krzoş, Maya Tokarska.
Baş məşqçi: Yatsek Navroçki.
Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya).
24 sentyabr. Bakı. Milli Gimnastika Arenası. 5500 tamaşaçı.
Oyun vaxtı: 81 dəqiqə (23+26+32).
İlk oyunda Macarıstana “quru” hesabla qalib gələn yığmamız təqvimə əsasən, Polşadan fərqli, 1 gün istirahət etmək imkanı qazanmışdı. Bu görüşədək polşalılar hər iki görüşdən qalib ayrılmışdı. Elə əvvəldən qrupun favoriti məhz Polşa göstərilirdi. A qrupunda liderliyi taleyi həll olunurdu desək, yanılmarıq. Faiq Qarayev bu dəfə kapitan Odina Bayramovanı kənarda qoymuşdu. Onun əvəzinə daha gənc və formada olan Yelizaveta Səmədovaya şans vermişdi. İlk texniki fasilədə 1-ci temp hücumlarımız “dişsiz” olsa da, Polina Rəhimova qarşısıalınmaz idi. Natalya Məmmədova da pis təsir bağışlamırdı. Belədə ilk texniki fasiləyə minimal fərqlə öndə yollandıq. Texniki fasilədən sonra millimiz ardıcıl 4 xal qazandı. Bu üzdən Yatsek Navroçki hər iki fasiləsindən istifadə etdi. Komandamız blokda çox yaxşı oynamağa başlamışdı. Polinanın məhsuldarlığı da öz yerində. Komandalar ikinci məcburi fasiləyə yollananda xal fərqi 6-ya çatmışdı. Rəhimova güclü servisləriylə də polşalılara nəfəs almağa imkan vermirdi. Artıq tam ruhdan düşən rəqib sonrakı dəqiqələrdə müqavimət göstərə bilmədi.
İkinci setə də yığmamız yaxşı başladı. Nəticədə ilk texniki fasilədə 8:6 hesabı qeydə alındı. Polşalılar torun önündə inamlı çıxış edərək təşəbbüsü ələ keçirsə də, bu üstünlük çox çəkmədi. Rəhimova yenidən səhnəyə çıxaraq rəqibi məyus etdi. Belədə növbəti texniki fasiləyə də 2 xal öndə yollandıq. Meydana dönən kimi əla oyun sərgiləyən komandamız ardıcıl 5 xalı hesabına yazdı. Düzdü, topun qəbulunda müəyyən problemlər azarkeşləri nisbətən həyəcanlandırdı. Ancaq təşəbbüsü əldən verməyən millimiz Rəhimovanın xalıyla ümumi hesabı 2:0 etdi. Bu isə ən azı 1 xalın qazanılması demək idi. 4 xal pley-offa çıxmaq üçün kifayət edirdi.
Sözsüz, millimiz qrupdan lider kimi çıxmaq, birbaşa 1/4 finala yüksəlmək niyyətindəydi. Bu üzdən daha 1 setdə qalib gəlmək lazım idi. 3-cü setə rəqib daha yaxşı başladı. Texnikalı servisləriylə keyfiyyətli hücum qurmağımıza imkan verməyən Polşa qarşılaşmada ilk dəfə texniki fasiləyə öndə yollandı – 8:6. Az sonra Qarayev matçda ilk dəfə fasilə götürmək məcburiyyətində qaldı. İkinci texniki fasiləyə də “qırmızı-ağlar” 2 xal irəlidə getdi. Sonra meydanda başverənlər əsl savaşa bənzəyirdi. Gah bu, gah da digər komanda təşəbbüsə yiyələnirdi. Rəqib 3 xal irəli çıxandan sonra Faiq bəy Ayşən Abduləzimovanı döyüşə atdı. Abduləzimova komandasına xal qazandırmasa da, ayağı düşərli oldu. Hesab 23:21 rəqibin xeyrinə olarkən əsl əzmkarlıq nümayiş etdirən voleybolçularımız ardıcıl 4 xal qazanaraq ardıcıl 2-ci oyunu da “quru” hesablı qələbəylə başa vurdu.
Həftəsonu keçirilən qalan oyunların nəticələri və qruplarda vəziyyətlə tanış olun:
A qrupu
Polşa – Macarıstan 3:1 (25:22, 19:25, 25:17, 25:18), Almaniya – Macarıstan 3:1 (25:21, 19:25, 25:21, 25:18)
1. AZƏRBAYCAN 2 2 0 6-0 6
2. Polşa 3 2 1 6-6 5
3. Almaniya 2 1 1 5-4 4
4. Macarıstan 3 0 3 2-9 0
B qrupu
Gürcüstan – Xorvatiya 1:3 (12:25, 13:25, 25:23, 23:25), İtaliya – Belarus 3:1 (27:25, 25:18, 18:25, 25:21), Gürcüstan – Belarus 0:3 (8:25, 11:25, 12:25), Xorvatiya – İtaliya 2:3 (23:25, 21:25, 25:19, 25:10, 11:15)
1. İtaliya 3 3 0 9-3 8
2. Belarus 3 2 1 7-5 5
3. Xorvatiya 3 1 2 7-7 5
4. Gürcüstan 3 0 3 1-9 0
C qrupu
Bolqarıstan – Ukrayna 3:2 (25:23, 21:25, 23:25, 25:11, 15:4), Türkiyə - Rusiya 1:3 (23:25, 25:20, 23:25, 20:25), Bolqarıstan – Türkiyə 3:2 (25:17, 10:25, 25:16, 20:25, 20:18)
1. Rusiya 2 2 0 6-3 5
2. Bolqarıstan 2 2 0 6-4 4
3. Ukrayna 2 0 2 4-6 2
4. Türkiyə 2 0 2 3-6 1
D qrupu
Çexiya – Belçika 3:1 (19:25, 25:23, 28:26, 25:19), Serbiya – Hollandiya 3:0 (29:27, 25:17, 25:23), Belçika – Serbiya 1:3 (26:24, 20:25, 22:25, 21:25), Çexiya – Hollandiya 1:3 (21:25, 15:25, 25:21, 22:25)
1. Serbiya 3 3 0 9-1 9
2. Hollandiya 3 2 1 6-5 6
3. Çexiya 3 1 2 4-7 3
4. Belçika 3 0 3 3-9 0
Beləliklə, B və D qrupunda mübarizə başa çatdı. A və C qrupunda da bir çox suallara aydınlıq gəlib. Macarıstan, Gürcüstan və Belçika mübarizəni dayandırdı. İtaliya və Serbiya 1/4 finala yüksəldi. Hollandiya, Çexiya, Belarus və Xorvatiya ən güclü “8-liy”ə yüksəlmək üçün pley-offda oynayacaq. Qalan komandaların durumuna bu gün aydınlıq gələcək.

Reaksiyalar
Famil Ağayev, yığmamızın köməkçi məşqçisi: “Polşanı, demək olar ki, tam təhlil etmişdik. Polşalılardan bir üstünlüyümüz onda idi ki, biz dünən oyun keçirməmişdik, onlar isə oynamışdı. Bu üzdən bir az onlarda yorğunluq vardı. İlk 2 setdə komandamızda oyun intizamı dağılmadı. Üçüncü setin əvvəlindən geridəydik. Bir dəfə hesabı 14:14 etsək də, bundan sonra oyunumuzda boşalma yarandı. Hesab 21:19 rəqibin xeyrinə olarkən əvəzetmələr etdik. Çünki bu seti əldən versəydik, sonra bizim üçün daha çətin ola bilərdi. Polşa Avropa çempionatının favoritlərindən sayılsa da, bizi də kiçiltmək olmaz. Bizim heyətimizdə də dünya səviyyəli oyunçular var. Dünyanın ən güclü hücumçuları sayılan Natalya Məmmədovayla Polina Rəhimova bizdədi. Bu gün onlar komandaya çox kömək oldu. Həmçinin komandamızın başqa üzvləri və ehtiyatdan oyuna qoşulanlar yaxşı çıxış etdilər. Şəfaqət Həbibova bizim qızıl əvəzetməmizdi. Lazım olanda onu meydana buraxıb istədiyimiz nəticəni qazanırıq. Dünya çempionatının seçmə mərhələsində də, Macarıstanla oyunda da bizə çox kömək oldu. Onun servisləri daha dəqiq olur. Almaniya ilə oyunda 2:0 öndə olsaq, bundan sonra ehtiyatdakı oyunçuları da meydana buraxmaq olar. Təbii ki, biz bununla kifayətlənməyib oyunda qalib gəlmək istəyirik. Toppaylayıcımız gəncdi və heyətə yeni cəlb edilib. Polşa millisinin oyun qurucusuna baxın. Adam anadangəlmə bu mövqe üçün doğulub sanki. Mən oyunçularımızla bu haqda çox söhbət edirəm. Çalışırıq ki, Oksana Parxomenkonun gedişindən sonra bu boşluğu hiss etdirməyək”.
Valeriya Məmmədova, millimizin liberosu: “İlk iki oyunda qalib gəlmək bizim üçün əla startdı. Polşa kimi güclü rəqibə 3:0 qalib gəldik. Üçüncü set bizim üçün çox çətin keçdi. Ancaq sonluğu səhvsiz keçirdik”.
Polina Rəhimova, yığmamızın hücumçusu: “Emosional oyun keçirdik. Bəzən mənə elə gəlirdi ki, komandamız meydanda uçur. 3-cü set ağır keçdi. Ancaq sonadək mübarizə aparıb, əla qələbə qazandıq. Polşanın yaxşı bloku var idi. Müdafiədə “təmiz” oynadıq. Hücumda da mümkün qədər dəqiq olmağa çalışdıq”.
Yatsek Navroçki, Polşanın çalışdırıcısı: “Azərbaycan bu gün hücumda çox yaxşı oynadı. Rəqibin servisləri də yaxşı alındı. 3-cü seti hesabımıza yaza bilərdik. Ancaq ələ düşən şansdan yararlana bilmədik. Belə məğlubiyyət mənim üçün sürpriz oldu. Ötən illə müqayisədə heyətimizdə dəyişikliklər var. Bəzi oyunçularımız yenidi. Hər matç bu üzdən bizim üçün çox ağır keçir. Hakim qərarları oyunun bir hissəsidi. Sadəcə, bəzi epizodlarda qərarlara özündən asılı olmadan əsəbi reaksiya verməli olursan. Oyunu özümüz uduzmuşuq, hakimə görə yox. Rusiya, Serbiya və Hollandiyanı titula daha yaxın görürəm. Ancaq ola bilər ki, Azərbaycan və Türkiyə də finala çıxsın. İtaliya millisini də unutmamalıyıq. Onlar da çox güclüdü”.
Valeriya Kurtua, Belçikanın liberosu: “Matça çox yaxşı başladıq. İlk setdə əsl təşkilatlanmış komanda kimi oynadıq. İkinci seti uduzmaq bizim üçün ağır idi. Çünki fərdi səhvlərə görə həmin seti əldən verdik. Daha sonra Çexiya hücumlarda çox yaxşı oynadı və qalib gəldi. “Çelsi”nin qapısını qoruyan qardaşım mənim, mən isə onun oyunlarını izləyirəm. Ancaq Tibonun bu gün matçı var. Bu üzdən yəqin ki, oyunumu bu dəfə izləməyib”.
Aneta Havliçkova, Çexiyanın kapitanı: “Çox ağır oyun oldu. İlk setdə uduzsaq da, toparlanıb növbəti setləri hesabımıza yazdıq. Bu oyun qrupdan çıxmaq üçün vacib idi. Qələbə qazandığımıza görə şadam. Bu gün azarkeşlərin əksəriyyəti bizə dəstək verdi. Bu, qələbəmizdə böyük rol oynadı. Çünki çətin anlarda bu dəstək bizə güc verirdi. Yerli voleybolsevərlərə minnətdarlığımı bildirirəm”.
Zoran Terziç, Serbiyanın baş məşqçisi: “Çox güclü komandaya qalib gəldiyimiz üçün çox şadıq. Təkcə Hollandiyaya üzərində 3:0 hesabıyla qalib gəldiyimiz üçün yox, həm də yaxşı oynadığımız üçün məmnunam. Avropa çempionatında çox yaxşı motivasiyamız var”.
Laura Diykema, Hollandiyanın kapitanı: “Oyuna çox yaxşı başlasaq da, tempimizi qoruya bilmədik. Bu oyunda çox güc sərf etdik. Zəif çıxış etdiyimizi söyləyə bilmərəm. Bu gün blokumuz yaxşı deyildi. Əlbəttə, əsas blokçumuz Robin de Kruiyfin məşqdə zədələnməsi bizi çətin vəziyyətə saldı. Ancaq onun yoxluğunda Nikol Koolhaas pis təsir bağışlamadı”.
Qari Yegizarov, Ukraynanın çalışdırıcısı: “Bolqarıstanla oyun bizim üçün ağır keçdi. Oyun ritmimizi tapdıq və qələbə qazanmağa yaxın idik. Ancaq 5-ci setdə bu fürsəti əldən verdik. İlk iki oyundan sonra hesabımızda 2 xal var. Türkiyə ilə qarşılaşma bizim üçün həlledici olacaq”.
İvan Dimitrov, Bolqarıstanın baş məşqçisi: “Ukrayna Avropa çempionatının sürpriz komandasıdı. Onların çox yaxşı oynadığını bilirdim. Bəzi oyunçularımız çox əsəbi idi. Onların nə hisslər keçirdiyini bilirdim. Qitə birinciliyində ilk oyunumuz idi. Bolqarıstan bu gün qələbəni qeyd edir. Ancaq biz indi növbəti oyunu düşünməliyik”.
Straşimira Simyonova, Bolqarıstanın blokçusu: “Bu, övladım dünyaya gəldikdən sonra ilk oyunum idi. Bizim qrup çox maraqlıdı. Bütün qarşılaşmalar tay-brekədək davam edir. Milli Gimnastika Arenası həqiqətən ecazkardı. Bu zalda əsl voleybol atmosferinin olduğunu hiss edirəm”.
Konstantin Uşakov, Rusiyanın çalışdırıcısı: “Mən heyətdə bəzi dəyişikliklərə əl atmışdım. Şadam ki, bu addım faydalı oldu. Bizim 14 əla voleybolçumuz var. İkinci heyətdə olan oyunçular hər zaman meydana çıxıb, vəziyyəti dəyişməyə qadirdi. Bu da məni çox sevindirir. Həm Türkiyə, həm də Rusiya bu gün əsl iki döyüşçü kimi savaşdı”.
İqor Lovrinov, Xorvatiyanın baş məşqçisi: “Deyəsən, mən CEV-ə müraciət etməli olacam ki, oyunları 2 setdən ibarət eləsin. Başa düşə bilmirəm ki, mənim komandam 3-cü setdə niyə oynaya bilmir. Bu komandaya cəmi 1 həftədi rəhbərlik edirəm. Bu, nəyəsə nail olmaq üçün çox qısa vaxtdı. Ancaq Xorvatiya psixoloji cəhətdən çətin vəziyyətdən çıxmağa hazırdı. Yaxşı oyun sərgiləmək üçün bir çıxış yolu tapmaq lazımdı”.
Paata Ulumbelaşvili, Gürcüstanın çalışdırıcısı: “Bu, bizim üçün dramatik oyun oldu. Bu gün komandam daha yaxşı oynadı. Qələbə qazanmaq üçün şansımız var idi. Ancaq uğur bizdən üz döndərdi”.
Davide Mazzanti, İtaliyanın baş məşqçisi: “Qalib gəlsək də, yenə çıxışımızdan razı qalmadım. Çünki çoxlu səhvə yol verdik. Səhvlərimizin üzərində işləməliyik ki, növbəti qarşılaşmalarda bunları təkrarlamayaq”.
Pyotr Xilko, Belarusun çalışdırıcısı: “Əsas problemimiz top qəbulundadı. Məhz bu üzdən ilk iki seti uduzduq. Üçüncü setdə oyunumuzu təkmilləşdirməyi bacardıq. Nəticədə həmin seti hesabımıza yazdıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar