23 sen 00:28idman

Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb

Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb
Yaşar Məmmədov: “İndi də Nazimin borclarını bağlayım?”
Təhsil naziri Mikayıl Cabbarovun Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçildiyini xəbər vermişdik. Xatırlayırsızsa, avqustun 17-də də AQF-də hesabat-seçki konfransı keçirilmiş və prezident seçilmişdi. Həmin vaxt formal xarakter daşıyan tədbirdə Nazim İbrahimov növbəti 4 il üçün qurumun prezidenti təyin olunmuşdu. Nəticədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri AQF-nin vitse-prezidenti Yaşar Məmmədovu neytrallaşdırdı. Ondan sonra Məmmədov mütləq şəkildə İbrahimovu AQF-dən uzaqlaşdıracağını söyləmişdi. Sentyabrın 20-də MOK-un inzibati binasında AQF-nin növbədənkənar hesabat-seçki konfransı keçirildi və Mikayıl Cabbarov quruma prezident seçildi. Maraqlıdı ki, Cabbarov Badminton Federasiyasının da prezidentidi. Bəs onun AQF-ə prezident seçilməsi ilə bağlı ideyanın müəllifi kimdi? Ümumiyyətlə, Mikayıl bəy hansı işləri görəcək? İnkişaf preqramı varmı? Suallara cavab tapmaq üçün Yaşar Məmmədovla əlaqə saxladıq. O bu ideyanın ölkə rəhbərliyi tərəfindən irəli sürüldüyünü söylədi: “Nazim İbrahimov ayın avqustun 17-də konfrans keçirmişdi. Özünü də prezident elan etmişdi. O, 10 il qılıncoynatmanın belini qırıb, başına daş salıb. Həmin konfransda nə mən, nə də idmançılar iştirak etmişdi. 26 ay idmançıların maaşını verməyib. Mikayıl müəllimin bu posta təyinatı ilə bağlı ideya ölkə rəhbərliyinə məxsusdu. Biz özbaşına kiminsə namizədliyini irəli sürə bilmərik ki. Bu xəbəri eşidən kimi Nazim mənə deyir ki, mən onsuz da çıxacaqdım. Mən də dedim ki, sən çıxmırsan, səni it qovdular. O, mənə 159 min manat borcludu. İdmançılara da 450 min manatdan çox borcu var. Mikayıl müəllimlə elə tədbir zamanı görüşə bildik. Öz vizit kartımı ona verdim. Dedi ki, yaxın günlərdə görüşüb, bir sıra məsələləri müzakirə edəcəyik. O, ölkəmizdə qılıncoynatmanın yaxşı potensiala malik olduğunu və bu idman növünün ənənələrinin mövcudluğunu söylədi”. Məmmədovun sözlərinə görə, Cabbarovun Badminton Federasiyasının prezidenti olması onu heç də narahat eləmir: “Qəti narahat olmağa dəyməz. Mikayıl müəllim AQF-yə böyük diqqət ayıracaq. Hələ seçilməmişdən 3 gün öncə o, Azərbaycan Texniki Universitetində (ATU) təzə təmirdən çıxmış yeni zal verdi. Bizim əvvəlki zaldan 3 dəfə böyük yerdi. Heç onun üzünü görməmiş Cabbarov bu addımı atdı. Yaxın günlərdə vitse-prezident, baş katib və başqa vəzifələrə adamlar seçiləcək. İnkişaf proqramı olmalıdı. Amma müzakirəyə çıxarılmayıb. Sentyabrın 25-30-u aralığından bütün bu məsələlər həll olunacaq”.
Yaşar bəyin sözlərinə görə, Cüdo Federasiyasının vitse-prezidenti də AQF-yə zal söz verib: “Bəli, Sadıq müəllim mənə belə bir söz verib. Amma məkanın harda olduğunu demədi. Buna çox sevindim. Bir həftə içində 2 zalımız oldu. Hətta Mikayıl müəllim dedi ki, hansı məktəblərdə yaxşı zallar varsa, onlarda da bizim üçün şərait yaradılacaq. Bunları məşqçilərə tapşırmışam”. Vitse-prezidentin sözlərinə görə, idmançılara indiyə kimi ödənliməyən maaşların hamısını Nazim İbrahimov qaytarmalıdı: “Bu pulları biz niyə verməliyik ki? Dediyim kimi, Nazim yalnız mənə 159 min manat pul borcludu. Onun borcunu mən verəsi deyiləm. 26 ay ərzində bəzi işçilərin pullarını mən vermişəm. Üstəlik, kommunal xidmətlərin haqqını ödəmişəm. İndi də Nazimin borclarını bağlayım?” Məmmədov federasiyanın hara köçəcəyinin hələ bəlli olmadığını və saytının da yaradılacağını dedi: “Əsas binanın harda olacağını bilmirik. Bu məsələlər danışılacaq. Saytımızın olmaması biabırçılıqdı. Bunlar o qədər axmaq adamlardı ki, pul xərcləyib sayt açmaq istəmirlər. Saytsız federasiya olar? Bütün bunların hamısını Mikayıl müəllimlə görüş zamanı onun diqqətinə çatdıracağam”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar