14 sen 19:58idman

Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı

Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı
Böyük məşqçi hakim haqsızlığından gileyləndi
Yunanıstanın paytaxtı Afinada yenicə başa çatan yeniyetmələrin dünya çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olan sərbəst güləş yığmamız vətənə qayıdıb. Xatırladaq ki, bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) qızıl medal, yalnız finalda uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə yığmamıza Hacımurad Hacıyev (63 kq) qazandırıb. Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yunan-Roma güləşçilərimiz 1 qızıl və 2 gümüş, yeniyetmə qızlar isə 1 qızıl və 1 bürünc medala sahib olub.
Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb. Yarış təəssüratlarını media nümayəndələri ilə bölüşən “sərbəstlər”in böyük məşqçisi Əsgərxan Novruzov qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib: "Hər il olduğu kimi, bu dünya çempionatı da çox gərgin keçdi. İlk yarış günündə idmançılarımız yaxşı start götürdü. Bildiyiniz kimi, 4 finalçımız vardı. Ancaq onlardan biri çempion oldu. Başqaları son saniyələrdə qələbəni əldən verdilər. Mən heç vaxt hakim ədalətsizliyi haqda danışmamışam. Ancaq bu dəfə həqiqətən 58 kq-da finalda hakim ədalətsizliyi ilə üzləşdik. Çempionların sayı çox ola bilərdi. Komanda hesabında üçüncü olduq. Ümumi nəticəni qənaətbəxş saymaq olar".
Çempionata böyüklərdən ibarət yığma ilə birgə təlim-məşq toplanışlarında hazırlaşdıqlarını deyən Novruzov növbəti hədəflərinin gələn il keçiriləcək Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq olduğunu bildirib: "Bir müddət əvvəl böyüklər arasında dünya çempionatı keçirildi. Hazırlığımızın bir mərhələsini də məhz onlarla bir yerdə davam etdirdik. Yaxşı hazırlıq keçdik. Komandanın bir yerə toplanıb hazırlaşması bəhrə verdi. Qarşıda yarışlarımız çoxdu. Ancaq əsas məqsədimiz gələn il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarında uğurlu çıxış etməkdi. Bundan əvvəl isə təbii ki, yaxşı hazırlaşıb Avropa çempionatında uğurla çıxış etməyə və Olimpiya Oyunlarına lisenziyalar qazanmağa çalışacağıq".
Çempionluq sevincini bölüşən Əlihəsən Əmirli növbəti hədəfinin yeniyetmələrin Olimpiya Oyunlarını qalib başa vurmaq olduğunu bildirib: "Ardıcıl ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqiblərimi mübarizədən kənarlaşdıraraq finala yüksəldim. Bütün rəqiblərimə tam üstünlüklə qalib gəldim. Finalda özbək idmançını da məğlub edib çempion adını qazandım. Şükürlər olsun ki, bayrağımızı qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqdı".
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-09-2019, 17:14 Gözəl at bağışladı... 21-09-2019, 17:12 Bizə lazım olmayan Nərgizə almanlar böyük ümidlər bəsləyir 21-09-2019, 17:10 Süleymanov Aranovskinin idarəçiliyini bəyənib 21-09-2019, 17:07 "Hamı gördü ki, "Sevilya" bizdən daha yaxşı futbol oynayır" 21-09-2019, 17:02 Qurbanov: “İlk qola kimi ciddi mübarizə apara bildik” 21-09-2019, 16:53 “Biriniz mənə anladın görüm, Miçel nə etməlidi ki, komandadan çıxarılsın?” 21-09-2019, 16:48 İspanlara 23 dəqiqə bəs etdi 21-09-2019, 16:48 İspanlara 23 dəqiqə bəs etdi 21-09-2019, 16:41 Futbolçular Elşad Əhmədovun istefa verəcəyini gözləmirmiş 21-09-2019, 16:39 “Sabah” Ponomaryova tapşırıldı 21-09-2019, 16:37 İştirakı təsdiqlənən 22 komandadan dördü debütantdı 21-09-2019, 16:34 “Qarabağ” tərcümə biabırçılığına aydınlıq gətirdi 21-09-2019, 16:31 Hacı Əliyev Nur-Sultanda qalmaqal törətdi 21-09-2019, 16:28 Qol vuran 3 xala sahib çıxdı 21-09-2019, 16:24 Belarus U-17-ni darmadağın etdi 21-09-2019, 16:19 Romero “Marka”ya danışdı 21-09-2019, 16:17 Cabbarovu Həmzəyev əvəzləyib 21-09-2019, 16:14 Nəzirov: “Bu, komandaya əlavə özünəinam bəxş etdi” 21-09-2019, 16:07 “Zaur müəllim oyundan sonra heç paltardəyişmə otağına gəlməyib” 20-09-2019, 13:07 Absaidov yığmanı atıb qaçdı 20-09-2019, 13:04 3 manatlıq bilet 8, 5 manatlıq bilet 10 manata... 20-09-2019, 12:55 “Silk Way” 700 min manata görə Zirə” rəhbərliyi qarşısında şərt qoydu 20-09-2019, 12:53 Maksimovun xidməti “Qəbələ”yə təklif olunub 20-09-2019, 12:44 “Sabah” rəhbərliyi təcili yığışacaq 20-09-2019, 12:42 Nazarov yeni müqavilə bağlayacaq 20-09-2019, 12:38 Turdan məqamlar 20-09-2019, 12:35 Turun statistikası 20-09-2019, 12:32 Turun məşqçisi 20-09-2019, 12:30 Turun oyunçusu 20-09-2019, 12:28 Turun sitatı 20-09-2019, 12:25 Naib Abdulladan AFFA-ya sərt ittihamlar 20-09-2019, 12:15 AFFA həm də repressiya aparatı imiş 17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... Bütün xəbərlər
Ən çox oxunanlar