10 sen 15:17idman

Məcidovun titulunun arxasında gizlənən uğursuzluq

Məcidovun titulunun arxasında gizlənən uğursuzluq
Almaniyanın Hamburq şəhərində təşkil olunan boks üzrə dünya çempionatını 2 medalla başa vurduq. Məhəmmədrəsul Məcidov (+91 kq) dünya çempionu oldusa, Kamran Şahsuvarlı (75 kq) üçüncü yeri tutdu. Bir qızıl və bir bürünc medalla komanda hesabında 4-cü yeri tutduq. Bununla da mundiallar tarixində qazancımız 6 “qızıl”, 4 “gümüş” və 9 “bürünc” olub. Bu göstəriciyə görə ilk “10-luğ”u qapayırıq. Dağılmış SSRİ-ni siyahıdan çıxarsaq, 9-cu yerə yüksəlirik. Bəs iki yığma üzvünün fəxri kürsüdə yer alması uğurlu nəticə sayıla bilərmi? Bu yazıda bu suala cavab tapmağa çalışacağıq.
Kasad heyət
AİBA bu ildən dünya çempionatında iştirak qaydasında dəyişiklik edib. Yeni qaydaya əsasən, qitə birinciliklərində 1/4 finala yüksələnlər mundialda iştirak edə bilər. Bu səbəbdən Hamburqa tam heyət - 10 boksçu ilə yollana bilmədik. Buna səbəb iyunda Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında cəmi 5 boksçumuzun ilk “8-liy”ə vəsiqə qazanması oldu. Mundial ərəfəsində məlum oldu ki, Almaniyaya gedəcək yığmamızın tərkibində cəmi 4 əlcək ustası olacaq. Çünki Əbdülqədir Abdullayev (91 kq) məşqlərin birində zədələnmişdi. Həkimlər onu dünya çempionatına qədər sıraya qaytarmaq istəsə də, cəhdləri bir fayda vermədi. Belədə Hamburqa Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yollandı.
Məcidovun kölgəsində
Lorenso Sotomayor Olimpiadada gümüş medal qazandıqdan sonra əsl ulduz xəstəliyinə tutulub. Bundan sonra çıxış etdiyi yarışlarda uğursuz çıxış etməsinin əsas səbəbi də budu. Düzdü, iddia olunur ki, kubalı legionerin Hamburqda misirli İslam Əl-Gendiyə məğlubiyyətində hakim haqsızlığının rolu olub. Bəlkə də bu belədi. Ancaq rəqib elə güclü boksçu deyildi ki, hakim tərəfkeşliyi fonunda qalib gəlsin. Rio-2016-nın finalçısı misirli həmkarını aşkar üstünlüklə yenməyə borclu idi. Fiziki imkanları da bunun üçün kifayət edir. Deməli, hakim haqsızlığı 32 yaşlı boksçu üçün bəhanədi. Ümumiyyətlə, Tokio Olimpiadasında 35 yaşında olacaq Sotomayorun medalçılar sırasına düşəcəyi heç inandırıcı görünmür. Olimpiya boksunda həmin yaşda nadir hallarda uğur əldə etmək mümkündü. Təbii ki, söhbət Olimpiya Oyunlarından gedir. Deməli, Lorensoyla indidən yolları ayırmaq məsləhətdi. 64 kq-da yerli boksçulara şans vermək lazımdı. Pərviz Bağırovun (69 kq) isə arxayınlığın qurbanı olduğunu söyləmək çətindi. İki il əvvəl dünya üçüncüsü olmuş mingəçevirli boksçunun əsas problemi yeni baş məşqçi Leonid Loivskinin məşqlərinə uyğunlaşa bilməməsidi. Rəqiblərini əsasən texniki bacarığı hesabına üstələyən Bağırov ukraynalı mütəxəssisin fiziki hazırlığa üstünlük verməsinin əziyyətini çəkir. AÇ-də 1/4 finalda dayanmasını da bununla əsaslandırmışdı. Ancaq istənilən halda, Pərvizin potensialı 1/8 finalda monqol Byambin Tuvşinbatı üstələməyə imkan verirdi. Avropa çempionatında yeganə medalçımız olan Kamran Şahsuvarlı medal kolleksiyasına DÇ-nin “bürünc”ünü də əlavə etdi. 24 yaşlı idmançı ölkəmizdə son 2 ildə ən sabit çıxış edən boksçumuzdu. Hərçənd finala da adlamaq olardı. 20 yaşlı Abilxan Amankul təcrübə sarıdan Şahsuvarlıdan xeyli geri qalırdı. Ancaq Kamran yarımfinalda Qazaxıstan təmsilçisiylə bacarmayaraq, 3-cü yerlə kifayətləndi. Nəhayət, növbə Məhəmmədrəsul Məcidova çatdı. İlk Avropa Oyunlarından bəri zədələrlə boğuşan dağıstanlı legioner nəhayət ki, sözünü deyə bildi. Düzdü, Hamburqda da hələ tam formada deyildi. Ancaq finalda əvvəlki Məcidovun çalarlarını gördük. Hərçənd budəfəki titul 2011 və 2013-dəki çempionluqlarla müqayisə oluna bilməz. Bakıda keçirilən DÇ-də əksər rəqiblərini vaxtından əvvəl (texniki nokautla) məğlub edən Məhəmmədrəsul finalda Entoni Coşuaya qalib gəlmişdi. Bilməyənlərin nəzərinə çatdıraq ki, britaniyalı boksçu cəmi 1 il sonra olimpiya çempionu oldu və hazırda peşəkar boksda “at oynadır”. Dağıstanlı legionerin Almatıdakı uğuru da diqqətçəkən oldu. Rusiyalı Məhəmməd Ömərov və İtaliyanın ən titullu boksçularından sayılan Roberto Kammarelleni sıradan çıxararaq finala yüksələn yığma üzvü həlledici görüşdə yerli publikanın sevimlisi İvan Diçkonu nokauta salmaqla 2-ci dəfə dünya çempionu olmuşdu. Ancaq bu dəfə əzəmətli rəqiblər yox idi. Ən ağır çəkidə əksər boksçular gənc olduğundan 31 yaşlı əlcək ustası 3-cü dəfə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda çətinlik çəkmədi. Amma yuxarıda da qeyd etdiyimiz kimi, Məcidov hələ tam formada deyil. Məhəmmədrəsul fiziki və taktiki hazırlığını təkmilləşdirməlidi.
Əvvəlki mundiallara həsəd apardıq
Bəli, Məcidov 3-cü dəfə dünya çempionu olmaqla özünəməxsus rekordu yenilədi. Yaxın gələcəkdə hansısa boksçumuzun bu göstəricidə ona çatması müşkül məsələdi. Ancaq bu, fərdin uğurudu. Yığmanın ümumi çıxışı fonunda 1 “qızıl” və 1 “bürünc” böyük nailiyyət sayıla bilməz. Ümumiyyətlə, əsas sual bundan ibarətdi ki, DÇ-yə niyə cəmi 5 boksçumuz lisenziya qazanmışdı? Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (81 kq) kimi güclü boksçular niyə AÇ-də 1/4 finala yüksəlib, DÇ-yə vəsiqə qazana bilmədi? Bu, Loivskinin məşqçi kimi fəaliyyətini düzgün qurmamasının nəticəsidi, yoxsa ABF boksçuların hazırlığı üçün lazımi şərait yaratmayıb? İlk növbədə bu suallara cavab tapılmalıdı. O ki qaldı statistikaya, 4-cü yer sizi aldatmasın. Əvvəlki illərdə bundan da uğurlu çıxış etmişik. 2011, 2013 və 2015-də komanda hesabında ilk “3-lüy”ü qapamışıq. İndi bu geriləmənin səbəblərini aşkarlamaq lazımdı.
Legionerlərdən nə vaxt xilas olacağıq?
2010-cu ildən boksumuzda “milliləşdirmə” siyasəti həyata keçirilib. Dağıstanlı boksçuların ardınca kubalı əlcək ustası legioner kimi yığmaya cəlb olundu. Düzdü, son 2 ildə əcnəbilərin sayı nisbətən azalıb. Albert Səlimov (60 kq) karyerasını başa vurubsa, Xaybulla Musalov (75 kq) zədə üzündən sıradan çıxıb. Təmizləmə əməliyyatını davam etdirmək lazımdı. Artıq Lorenso və Abdullayevlə də vidalaşmağın vaxtı çatıb. Yalnız Məcidovun əcnəbi statusu daşıması kifayət edər. Məhəmmədrəsul da ən gec Tokio Olimpiadasından sonra olimpiya boksundan uzaqlaşacaq. Belədə yığmanı tam yerli boksçulardan təşkil etmək olar. Bizdə bu idman növünün ənənələri və bazası varsa, niyə də öz gücümüzə irəli getməyək?! Sadəcə, klubların vəziyyəti gözdən keçirilməli, boks ənənələri olan bölgələrdə bu sahəyə diqqət artırılmalıdı. İllər əvvəl ölkə çempionatında Bakı İdman Sarayı dolub-daşırdı. Bokssevərlər böyük həvəslə Əli İsmayılov – Vüqar Ələkbərov döyüşünü gözləyirdi. ABF həmin marağın qayıtmasını istəyirsə, legionerlərlə birdəfəlik üzülüşməli, yığmaya seçim prosesində şəffaflığı və obyektivliyi qorumalıdı.

Yeri gəlmişkən...
AİBA-nın reytinq siyahısında boksçularımızın mövqeyinə nəzər salmağa dəyər. Rüfət Hüseynov (49 kq) 400 xalla 13-cüdü. İki il əvvəl dünya çempionu olmuş Elvin Məmişzadə (52 kq) cari mundialda iştirak etməsə də, 1800 xalla liderliyini davam etdirir. Tayfur Əliyev (56 kq) 500 xalla ilk “10-luğ”u qapayır. Olimpiadanın gümüş medalçısı Lorenso Sotomayor (64 kq) 1500 xalla 3-cü yerdədi. Pərviz Bağırov (69 kq) 800, Kamran Şahsuvarlı (75 kq) 1150, Teymur Məmmədov (81 kq) 1037, Əbdülqədir Abdullayev (91 kq) isə 1300 xalla ilk “5-liy”i qapayır. Üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə 50 xalla 43-cü pillədə qərarlaşıb. Ancaq qeyd edək ki, bu reytinq iyulda açıqlanan siyahıdı. Hələ ki son dünya çempionatının nəticələri reytinqdə əksini tapmayıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar