10 sen 15:14idman

Yığma vətənə qələbəylə qayıtdı

Yığma vətənə qələbəylə qayıtdı
İtalyanlar da heyəti açıqladı
Qadın voleybolçulardan ibarət yığmamız Milanda İtaliya ilə sonuncu – 3-cü yoxlama oyununu keçirib. İlk iki görüşdə meydan sahiblərinə uduzan (0:3, 2:3) millimiz son qarşılaşmada qələbə qazanıb - 3:2 (25:22, 25:13, 21:25, 20:25, 15:7). Komandamızın əsas hücumçularından Polina Rəhimova 24, Natalya Məmmədova isə 22 xalla qələbədə pay sahibi olub. Beləliklə, Faiq Qarayevin yetirmələri 1 aydan artıq ölkə xaricində davam edən təlim-məşq toplanışını başa vuraraq dünən vətənə qayıdıb.
Voleybolçularımız bazar ertəsindən etibarən Avropa çempionatının hazırlığını Bakıda davam etdirəcək.
Bu arada Macarıstanın ardınca İtaliya millisinin də heyəti açıqlanıb. Baş məşqçisi Davide Mazzanti Azərbaycan və Gürcüstanın evsahibliyi edəcəyi Avropa çempionatı üçün “14-lüy”ü müəyyənləşdirib. O, məhz yığmamızla keçirdikləri 3 görüşdən sonra 4 voleybolçudan imtina edib. Miriam Silla dopinqdə “ilişdiyi” üçün komandadan kənarda qalıbsa, Ofeliya Malinov zədəli olduğundan heyətə salınmayıb. Mazzanti Anastasiya Qerra və Valentina Diufu da həlledici matçlar üçün yığmaya layiq görməyib. İtaliyanın heyəti belədi: toppaylayıcılar - Alessia Orro, Karlotta Kambi; blokçular - Sara Bonifaço, Kristina Çiriçella, Anna Danesi, Rafaela Foli; hücumçular - Katerina Bosetti, Lusia Bosetti, Sara Lod, Valentina Tirozzi, Paola Eqonu, İndre Sorokayte; liberolar - Monika de Cennaro, Biatris Parroççial.
Voleyboldan söz düşmüşkən, iki voleybolçunun orqanizmində istifadəsi qadağan olunan maddələr tapılıb. Hər iki oyunçudan Çinin Nanjinq şəhərində baş tutan “Qran-pri”də götürülən analiz müsbət nəticə verib. Belə ki, İtaliya millisinin hücumçusu Miriam Sillanın qanında clenbuterol maddəsi tapılıb. Artıq onun diskvalifikasiya olması da gündəmdədi. 22 yaşlı Silla millimizlə keçirilən yoxlama görüşündə də meydana buraxılmayıb. Onun ardınca Serbiya millisinin toppaylayıcısı Ana Antoniyeviçin qanında eyni maddə aşkarlanıb. Yerli federasiya 30 yaşlı oyunçunun B testinin artıq Ümumdünya Antidopinq Agentliyinə (WADA) göndərildiyini açıqlayıb. Nəticənin qarşıdakı günlərdə açıqlanacağı bildirilir.
Bunun Çində yeməkdən keçmək ehtimalının olduğu da müzakirə edilir. İtaliya Voleybol Federasiyası da serbiyalı həmkarları ilə eyni fikirdədi. Onlar da “Qran-pri” zamanı verilən yeməklərin yoxlanılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, İtaliya Avropa çempionatının qrup oyunlarını Gürcüstanın paytaxtı Tiflisdə, Serbiya isə Göygöldə keçirəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar