10 sen 13:11idman

Rekordla əlamətdar olan mundialın çarpıcı məqamları

Rekordla əlamətdar olan mundialın çarpıcı məqamları
Bu monqol “turistlər” kimə lazımdı?
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə növbəti dünya çempionatı başa çatdı. 126 ölkədən 726 cüdoçunun iştirak etdiyi mundialda ölkəmiz rekord sayda – 17 idmançıyla (9 kişi, 8 qadın) təmsil olundu. Nəticələrin bu kəmiyyətə adekvat olub-olmadığını aşağıda təhlil edəcəyik. Amma öncə xatırladaq ki, 2 gümüş və 2 bürünc medalla 8-ci yeri tutduq. Bu da dünya çempionatları tarixində ikinci ən yaxşı nəticəmiz sayılır. Bu göstərici yalnız 2013-cü ilə təsadüf edən uğurdan geri qalır. Həmin il Braziliyanın Rio de Janeyro şəhərində Elxan Məmmədov (100 kq) dünya çempionu olmaqla ilkə imza atdı. DÇ-də debüt edən Orxan Səfərovun (60 kq) qazancı isə bürünc medal oldu. Həmin mundialda Peter Zayzenbaherin rəhbərliyi altında komanda hesabında 7-ci yeri tutmuşduq. Ancaq 2014-dən vəziyyət kəskin dəyişdi. Füzuli Ələkbərovun cüdoya maliyyəni azaltması nəticələrin get-gedə aşağı düşməsini qaçılmaz etdi. Ardıcıl iki il DÇ-də medal qazana bilmədik. 2016 Olimpiada ili olduğundan mundial keçirilmədi. Əslində Olimpiya Oyunlarında əldə olunan 2 “gümüş” cari DÇ üçün inamlı proqnoz verməyə kifayət edirdi. Rövnəq Abdullayevin Füzuli Ələkbərovu prezident postunda əvəzləməsindən sonra SOCAR-dan bu idman növünə yaxşı maliyyə ayrılmağa başladı. ACF-nin strukturu dəyişdi, infrastrukturun qurulması yönündə addımlar atıldı, yığmalara diqqət və qayğı artırıldı. Bütün bunların məntiqi nəticəsi kimi DÇ-də medal sayında (4) rekord qırıldı.
Aşırı sevincə ehtiyac yox idi
İştirakçıların sayına görə Macarıstan, Yaponiya, Fransa, Qazaxıstan, Koreya, Rusiya, Braziliya və Monqolustan 18 cüdoçuyla şərikli liderlik etdi. Azərbaycan ABŞ və Almaniya ilə birgə 17 cüdoçuyla mübarizə apardı. Əvvəldən gözləntilər kişilərə idi. Təsadüfi deyil ki, 2 gümüş və 1 bürünc medal kişilərdən gəldi. Məhz kişi komandalarının sıralamasında ilk “5-liy”i qapadıq. Qadınların sıralamasına görə isə 1 “bürünc”lə 11-ci olduq. Kişilərin yarışında təcrübəli Nicat Şıxəlizadənin (66 kq) daha çox irəliləyəcəyini gözləyirdik. Bu il yaxşı formada olan 28 yaşlı cüdoçu ən azı “5-lik”də yer almaqla reytinqdə mövqeyini xeyli yaxşılaşdıra bilərdi. Ancaq o qazax Eldos Jumakanovla görüşdə 3 cərimə xalıyla erkən məğlubiyyətə üzüldü. 90 kq-da medal olacağı gözlənilmirdi. Ancaq Olimpiadada çıxışıyla rəğbət qazanan Məmmədəli Mehdiyevin 7-ci yeri tutması normal nəticə sayıla bilər. Tural Səfquliyev daha erkən uduzdu. Bu isə bir daha göstərdi ki, 90 kq-da Mehdiyev yığmanın “1 nömrə”sidi. Uşanqi Kokaurinin (+100 kq) bəxti isə püşkdə gətirmədi. Olimpiadanın bürünc medalçısı Rafael Silva (Braziliya) ilə ilk mərhələdə qarşılaşması gürcü legionerin planlarını alt-üst etdi. Əslində Kokaurinin potensialı ciddi uğurlar üçün kifayət etmir. İndiyə kimi ən böyük uğuru ötən il qazandığı Avropa çempionatının “bürünc”ü olan Uşanqi ən ağır çəkidə güclü cüdoçumuzun olmaması fonunda beynəlxalq yarışlarda say düzəldir. Bəlkə də 100 kq-da çıxış edən iki əsas cüdoçumuzdan biri yuxarı kateqoriyaya keçsə, o zaman legionerin xidmətinə ehtiyac olmaz. Ancaq bu ehtimaldı. Çünki nə Elxan Məmmədovun, nə də Elmar Qasımovun alışmadığı çəkidə Kokauridən güclü çıxış edəcəyinə zəmanət yoxdu. Digər tərəfdən, fərqli kateqoriyaya keçirsənsə, hər şeyə sıfırdan başlamaq məcburiyyətindəsən. Axı fərqli çəkidə start zamanı reytinq xalı sıfırdan hesablanır. Belədə Tokio Olimpiadasına qatılmaq şansı riskə çevrilir. Yeri gəlmişkən, həmyerlilərimiz bürünc medal uğrunda üz-üzə gəldi. Azarkeşlərin ümumi simpatiyası Məmmədova idi. Çünki yeganə dünya çempionumuz Budapeştdə daha yaxşı təsir bağışlayırdı. Bu üzdən çoxları Elxanı fəxri kürsüyə daha layiq görürdü. Ancaq komanda yoldaşıyla görüşdə sönük və yorğun təsir bağışlayan təcrübəli cüdoçu 5-ci yerlə kifayətləndi. Hərçənd Elmarın qalib gəldikdən sonra bunu aşırı sevinclə qeyd etməsi idman ictimaiyyəti və azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Bir çoxları bunu Elxana hörmətsizlik kimi qiymətləndirdi. Görünür, bu il əksər yarışlarda təcrübəli həmkarının kölgəsində qalan Qasımov sindromu qırdıqdan sonra yığılıb qalan hisslərini cilovlaya bilmədi. Maraqlıdı ki, məşqçilər korpusu nədənsə Rüfət Hüseynovu (81 kq) mundiala aparmamışdı. Halbuki gənc cüdoçu ən azı təcrübə qazana və reytinqini nisbətən yaxşılaşdıra bilərdi.
Yapon sindromu davam edir
Cüdonun vətəni Yaponiyadı. Yaponlar yaratdıqları idman növündə hegemonluq edir. Son 30 ildə dünya çempionatlarında yalnız bir dəfə Fransa komanda hesabında 1-ci yeri tutub. Qalan bütün mundiallarda “gündoğar ölkə” “taxtda əyləşib”. Yapon cüdoçular həm texnikasına, həm də fiziki hazırlığına görə başqalarını qabaqlayır. Ancaq onların öhdəsindən gələn cüdoçular da var. Sadəcə, bizimkilər hələ onlarla başa çıxa bilmir. Olimpiadada olduğu kimi, DÇ-də də finalçılarımız yaponlara “ilişdi”. Əslində bu problem hələ Ağayar Axundzadənin baş məşqçi olduğu dönəmdən var. Burda psixoloji məsələlər də sözünü deyir. Bizimkilər istər-istəməz yaponlarla güləşəndə öz üslublarını nümayiş etdirməkdə çətinlik çəkir. Orxan Səfərov (60 kq) finala kimi bütün rəqiblərini “ippon”la üstələdi. Olimpiadada olduğu kimi, yenə Naohişa Takatoyla görüşdən məğlub ayrıldı. Rioda “bürünc” savaşında yaponla bacarmamışdısa, Budapeştdə “qızıl” mübarizəsində yenik düşdü. Əsas diqqətlər 73 kq-a yönəlmişdi. Axı iki Avropa çempionumuz bu çəkidə mübarizə aparırdı. Bu il böyüklər arasında uğurla debüt edən, hətta daha təcrübəli həmkarı Rüstəm Orucovu da kölgədə qoyan Hidayət Heydərov ilk dəfə yarışdığı DÇ-də də inamlı təsir bağışladı. Maraqlıdı ki, 20 yaşlı cüdoçu yarımfinaladək bütün rəqiblərini “osaekomi” ilə üstələdi. Orucov da paralel olaraq yarımfinala adını yazdırmağı bacardı. Bir çəkidə iki cüdoçumuzun yarımfinala çıxması DÇ tarixində ilk oldu. Ancaq bu çəkidə də Yaponiya idmançısı bizimkiləri üstələdi. Əvvəlcə Hidayəti yenən Soiçi Haşimoto finalda Rüstəmdən güclü oldu. Heydərov ən azı 3-cü yeri tutmağa layiq idi. Təəssüf ki, “bürünc” uğrunda mübarizədə monqol Odbayar Qanbaatara uduzdu.
Monqol “turistlər” kimə lazımdı?
Cüdoda bir çox idman növlərindən fərqli, yerli idmançılara üstünlük verilməsini dəfələrlə müsbət məqam kimi qeyd etmişik. Uşanqi Kokauri və Zəlim Kotsoyev istisna olub. Ancaq bir müddət əvvəl qadın cüdosunda rəqabəti gücləndirmək adıyla 3 monqol, 1 ukraynalı “milliləşdirildi”. Onlar DÇ-də də iştirak etdi. İrina Kindzerska (+78 kq) “bürünc” əldə etməklə potensialını az-çox ortaya qoydu. Ancaq monqollar elə ilk mərhələdə uduzdu. Bazarraqçaa Erdenebat (48 kq), Buyanxişiq Purevsuren (52 kq) və İçinxorloo Munxtsedev (57 kq) sanki Macarıstana turist kimi yollanmışdı. Bu yerdə adamın yadına “Bəyin oğurlanması”nda qeyd edilən monqol turistlər düşür. Onlar necə özlərinə aid “dublyonkalar”ı burdan alıb vətənlərinə yollanmaqla bizə bir xeyir verməmişdisə, bunlar da elə bir işə yaramadı. Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zayirova (57 kq) və Gülsədəf Kərimovanın (63 kq) medalsız qalması bizi o qədər də yandırmır. Uduzsalar da, bilirik ki, öz idmançılarımızdı. Hansısa əcnəbi yerlidən heç nə ilə fərqlənməyəcəksə, onu “milliləşdirmək” absurddu. Onların yerinə Validə Mirzəzadə (70 kq) və Günel Həsənli (78 kq) kimi idmançıları Budapeştə yollamaq olardı. Ən azı təcrübə qazanardılar. Ümid edək ki, ACF mundialın nəticələrini təhlil etdikdən sonra monqol “turistlər”lə vidalaşmağın məqsədəuyğun olduğunun anlayacaq.

Yeri gəlmişkən...
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq siyahısını açıqlayıb. Orxan Səfərov xalını 3464-ə çatdırmaqla 2-ci pillədə möhkəmlənib. DÇ-dən əliboş dönən Nicat Şıxəlizadə 4 həmkarını irəli buraxıb. Təcrübəli cüdoçu 1755 xalla 11-cidi. 73 kq-da iki yığma üzvü yerində saysa da, mövqeyini möhkəmlədib. Rüstəm Orucov (3950) ikincidisə, Hidayət Heydərov (2741) ilk “5-liy”i qapayır. Mundiala qatılmayan Rüfət Hüseynov (81 kq) üç pillə geriləyib. Hesabında 1244 xal olan həmyerlimiz ilk “20-liy”i qapayır. 90 kq-da çıxış edən cüdoçularımızın da mövqeyi dəyişib. Məmmədəli Mehdiyev (1839) 4 cüdoçunu qabaqlayıbsa, Tural Səfquliyev (1622) 3 həmkarını irəli buraxıb. Hazırda Mehdiyev 12-ci, Səfquliyev isə 16-cıdı. 100 kq-da həmyerlilərimiz irəliləyib. Elxan Məmmədov (3154) bir, Elmar Qasımov (2918) iki pillə qabağa düşüb. Məmmədov ikinci, Qasımov üçüncüdü. Ən ağır çəkidə Uşanqi Kokaurinin mövqeyi dəyişməyib. 1138 xala sahib gürcü legioner əvvəlki kimi 21-ci yerdə gedir.
DÇ-də iştirak edən qadın cüdoçularımıza gəlincə, Nəzakət Əzizova (602) 13 pillə irəliləyərək 43-cü yerə yüksəlib. Mundialın bürünc medalını qazanan İrina Kindzerska isə 10 pillə irəliləyib. Reytinq xalını 2263-ə çatdıran ukraynalı legioner 8-ci yerə yüksəlib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar