08 sen 14:43idman

İran Harçeqanini geri qaytarmaq istəyir

İran Harçeqanini geri qaytarmaq istəyir
“Orda bir çox idmançılara qarşı haqsızlıq olur”
Əksəriyyət onu ilk Avropa Oyunlarının qalibi olduqdan sonra tanıdı. Rəqiblərinə heç bir şans tanımayan Milad Beiqi Harçeqani (80 kq) parlaq döyüşlə azarkeşlərin rəğbətini qazandı. Əslində cənublu soydaşımız buna qədər dünya çempionatında ölkəmizi təmsil edə bilərdi. Ancaq yenicə yığmamıza cəlb olunduğundan hələ vətəndaşlıq məsələsi həll edilməmişdi. Milad 2015-in yazında İranda Mehdi Xudabaxşi ilə rəqabətdə əsas heyətə düşə bilmədiyindən ölkəmizə gəlmişdi. Həmin il daha üç yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Harçeqanidən ötən il Olimpiadanın “qızıl”ı gözlənilirdi. Ancaq Miladın qazancı “bürünc” oldu. Əvəzində Harçeqani bu il dünya çempionu olmaqla Tokio-2020 üçün ümid verdi.
Sentyabrın 5-də Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən mətbuat konfransından sonra 26 yaşlı taekvondoçuyla ayaqüstü söhbətləşdik.
- İranın cənubunda yerləşən Buşəhr əyalətində anadan olmuşam. Valideynlərim Cənubi Azərbaycandandı. 3 ilə yaxındı burdayam. Yarışlarda Azərbaycanın şərəfini qoruyuram.
- Taekvondonu seçməyinin səbəbi nədi?
- 9-10 yaşlarımdan bu idman növüylə məşğulam. Məhəlləmizdə yaxşı taekvondo klubu fəaliyyət göstərirdi. Ordakı məşqləri görəndən sonra məndə taekvondoya maraq oyandı. Beləcə bu idman növünə başladım. Mənə qədər yaxınlarımdan heç kim taekvondoyla məşğul olmayıb.
- İranda qazandığın əsas uğurlar hansılardı?
- Klublararası yarışda yaxşı nəticələrim olub. Hərbçilərin dünya çempionatının qalibi olmuşam. Asiya çempionatında çıxış etmişəm.
- Ölkəmizdən gələn təklifi müsbət cavablamağın nədən irəli gəlir?
- İran yığmasında əsas heyətə düşmək çətin idi. Çünki rəqabət çox güclüydü. Bir az haqsızlıq da oldu. Ancaq yalnız mənə yox, bir çox idmançılara qarşı İranda haqsızlıq olur. Rza Mehmandostun Azərbaycan yığmasını çalışdırması da seçimimə təsir göstərdi. Düzdü, İranda heç vaxt onun rəhbərliyi altında hazırlıq keçməmişəm. Ancaq güclü mütəxəssis kimi dünyada tanınan məşqçilərdən biridi.
- Bura gəldiyinə görə İranda problemlər yaradılmadı?
- Bir az söz-söhbət oldu. Hələ də belə söhbətlər davam edir. İran Taekvondo Federasiyası məni geri qaytarmağa çalışır. Ancaq mən geri qayıtmaq fikrində deyiləm.
- Burda olduğun müddətdə doğma şəhər və ailən üçün çox darıxırsan?
- Əlbəttə. Adam ailəsi, yaxınları, məhəlləsi üçün darıxır. Ancaq peşəkar idmançı belə şeylərə tab gətirməli, hisslərinə nəzarət etməyi bacarmalıdı. Çox vaxt Bakıda oluram. Çünki bizə maksimum bir həftə istirahət verilir. Təlim-məşq toplanışlarımız davamlı şəkildə olduğundan daha çox burda oluram.
- Olimpiadada Radik İsayevdən daha çox səndən çempionluq gözləyirdik. Qələbə üçün nə çatmadı?
- Tanınan idmançını yaxşı təhlil etmək olur. İranlı rəqibim daha güclü idi. Ona qarşı yaxşı hazırlaşmışdım. Nəticədə qələbə qazana bildim. Daha sonra Böyük Britaniya idmançısıyla qarşılaşdım. Olimpiadaya qədər ona iki dəfə rahat qalib gəlmişdim. Bir az təcrübə çatışmazlığı, bir qədər psixoloji məsələlər Rioda çempion olmağa imkan vermədi. Olimpiadada psixoloji hazırlıq çox önəmlidi. Hər halda, qazancım bürünc medal oldu.
- Bu il dünya çempionatında bütün rəqiblərinə çox asan qalib gəldin. Çempionluğun bu qədər asan reallaşacağını gözləyirdin?
- İdmanda nəyisə proqnozlaşdırmaq çətindi. Xüsusən də rəqabətin güclü olduğu taekvondodan söhbət gedirsə. Döyüşün hər saniyəsinə, hər anına diqqət yetirməlisən. Döyüşə yaxşı köklənsən, bu nəticədə də əksini tapacaq.
- İlin idmançısı seçilməyə əsas namizədlərdən birisən. Bu mənada hansı idmançıları özünə rəqib görürsən?
- Hər il belə seçim aparıldığını birinci dəfə sizdən eşidirəm (gülür). Başqa idman növlərində bu il kimlərin uğurlu çıxış etməsindən xəbərsizəm. Bu üzdən sualınıza cavab verə bilməyəcəm. Amma tanıdığım uşaqlar çoxdu. Nə vaxt yarışsalar, onların uğurlu çıxış etməsini arzulayıram.
- Növbəti hədəf Olimpiadadı. Əsas rəqiblərin kimlərdi?
- Çəkimdə güclü rəqiblər çoxdu. Kot d’İvuar, İran, Tunis və Böyük Britaniya idmançılarını daha çox fərqləndirə bilərəm. Nəzərə almaq lazımdı ki, rəqiblər güclü idmançılara qarşı hər zaman yaxşı hazırlaşır. Dünya çempionu olsam da, heç bir arxayınlıqdan söhbət gedə bilməz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar