08 sen 13:30idman

AGİN rəsmisi Skidandan və ağır atletlərdən gileyləndi

AGİN rəsmisi Skidandan və ağır atletlərdən gileyləndi
Sentyabrın 5-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Universiada və taekvondo üzrə dünya çempionatının yekunlarıyla bağlı mətbuat konfransı keçirildi. Əvvəlcə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov çıxış edərək, fərqlənən idmançıları təbrik etməklə yanaşı, bu uğurların davamını gətirməyi arzuladı. Daha sonra Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov bunları dedi: “Dünya çempionatında daha çox medal qazana bilərdik. Ancaq 1 qızıl və 1 bürünc medal da uğurlu nəticədi. Taekvondoda xoş ənənə formalaşıb. 2001-ci ildə Niyaməddin Paşayev dünya çempionu oldu. 14 il sonra Radik İsayev eyni uğura imza atdı. Bu il isə Milad Beiqi Harçeqani həmin sevinci bizə yaşatdı. Artıq idmanda rəqabət elə həddə çatıb ki, idmançı hər gün formada, fiziki göstəriciləri daim yüksək olmalıdı. Taekvondoçularımız qısa intervalla İslamiada, DÇ və Universiadada çıxış edib. 10 gündən sonra isə “Qran-pri”də mübarizə aparacaqlar. Reytinqlərini qorumalıdılar ki, yekunda Olimpiya Oyunlarına lisenziya qazansınlar. Hazırda Radiklə Milad reytinqdə liderdi. Ayxan Tağızadə, Məhəmməd Məmmədov və Fəridə Əzizovanın da indiki mövqeyi lisenziya əldə etməyə imkan verir”.
Ardınca AGİN-in sektor müdiri Aydın Məmmədov idmançılarımızın Universiadadakı çıxışından danışdı: “Çin Taypeyində 29-cu Universiada keçirildi. 1993-cü ildən bu yarışda təmsil olunuruq. Universiada 2 ildən bir keçirilir. Son vaxtlar yüksək nəticələr əldə edirik. 2009-da Ramil Quliyev 100 metr məsafəyə qaçışda rekord nəticəylə diqqətləri üzərinə çəkdi. Daha sonra Kazanda komanda hesabında 15-ci yeri tutduq. Bu dəfə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla 24-cü olduq. Bu, bizim üçün böyük uğurdu. Çünki Universiadada cəmi 19 idmançıyla təmsil olunurduq. Rusiya, Türkiyə, İran və Yaponiya kimi ölkələr isə geniş heyətlə iştirak edirdi. Taekvondodan daha yüksək nəticə gözləyirdik. Çəkicatmada Anna Skidanın zəif çıxışı bizi sarsıtdı. Ağır atletlər də güclərini istənilən səviyyədə göstərə bilmədilər. Halbuki Ermənistan 2 qızıl medal qazandı. Sonda qeyd edim ki, Universiadada 134 ölkədən 7734 idmançı 21 növ üzrə mübarizə apardı”.
Bundan sonra söz idmançılara verildi. Onların bir neçəsi çıxış etdikləri yarışlar haqda fikirlərini açıqladı.
Nazim Babayev: “Bu il 3 yarışda – İslamiada, U-23 Avropa çempionatı və Universiadada qızıl medal qazandığım üçün çox sevinirəm. Fürsətdən istifadə edib taekvondo yığmasının həkiminə minnətdarlığımı bildirirəm. Universiadada yarışdan bir gün əvvəl zədələndim. Ancaq onun müdaxiləsi nəticəsində yarışda iştirak etdim və çempion oldum. Bu mövsüm mənim üçün uğurlu keçdi”.
Məhəmməd Məmmədov: “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim. Ancaq bürünc medalla kifayətləndim. İkinci dəfə böyüklər arasında mundialda iştirak edirdim”.
Firudin Dadaşov: “Universiadaya yaxşı hazırlaşmışdıq. Yaponiyada təlim-məşq toplanışımız olmuşdu. Bundan başqa, Bakının Zaqulba qəsəbəsində hazırlıq keçmişdik. Çin Taypeyinə 3 cüdoçu yollandı. Mən bürünc, Zəlim Kotsoyev isə qızıl medal qazandı. Kişilərin komanda hesabında 3-cü olduq. Yalnız Yaponiya və Koreyadan geri qaldıq. Bizə dəstək olan insanlara minnətdarlığımızı bildiririk. Bu uğurların davamını gətirməyə çalışacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar