08 sen 16:29idman

Qurban Qurbanov dünya çempionu oldu

Qurban Qurbanov dünya çempionu oldu
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. İlk yarış günündə yunan-Roma güləşçisi Zaur Əliyevin (50 kq) finala yüksəldiyini xəbər vermişdik. Çərşənbə axşamı yapon Ken Matsui ilə həlledici görüş baş tutub. Rəqibinə 6:7 hesabıyla uduzan Əliyev gümüş medalla kifayətlənib. Həmin gün 42, 46, 69, 76 və 85 kq-da da mübarizə baş tutub. Fikrət Vəliyev (69 kq) yapon Sora Taniquçiyə (3:7), Eldar Məmmədov (76 kq) isə rusiyalı Baysar Evloyevə (1:11) uduzaraq mundialı erkən tərk edib. Laçın Vəliyev (85 kq) startda erməni Tiqran Hambardzumyanı (8:5) üstələsə də, 1/4 finalda belaruslu Nikita Gerasyovla bacarmayıb – 1:4. Əvəzində daha iki güləşçimiz finala adlayıb. Qurban Qurbanov (42 kq) italiyalı Daniel Dmitrov Pramatarov (5:3), namibiyalı Hafeni Festus Asino (8:0) və rus Aleksey Vlasovu (6:1), Nihad Məmmədli (46 kq) isə qırğız Bəxtiyar Akberdiyev (5:0), türk Mukremin Aktaş (4:1) və rusiyalı Ənvər Allahyarovu (6:2) məğlub edərək finala yüksəlib. Onların qızıl medal uğrunda mübarizəsi dünən reallaşıb.
Ancaq buna qədər dünən startı verilən qızların mübarizəsi haqda məlumat verək. Üç həmyerlimiz elə ilk görüşdən məyus ayrılıb. Yasəmən Məcidli (43 kq) qazax Ayajan Markaşyova (2:12), Sevinc Əhədova (49 kq) yapon Suzuna Yoşimura (0:4), Jalə Əliyeva (56 kq) isə ispan Laura Qomes (3:13) qarşısında aciz qalıb. Mübarizəyə 1/4 finaldan başlayan Şahanə Nəzərova (38 kq) yapon Karin Uematsunun (10:0) işini 84 saniyəyə bitirdikdən sonra yarımfinalda rus Luçana Bekbaulovanı (10:0) cəmi 65 saniyəyə döşəkdən məyus yola salaraq adını finala yazdırıb. Həmyerlimiz bu gün finalda ukraynalı Mariya Tomişıxla münasibətləri aydınlaşdıracaq.
Qızların yarışında finalçılar müəyyənləşdikdən sonra yunan-Roma güləşçiləri medallar uğrunda yarışıb. Qurban Qurbanovun (42 kq) ukraynalı Gennadi Zavertaylovla final görüşü gərgin mübarizə şəraitində keçib. Hesabda 1:4 geri düşən pəhləvanımız əzmkarlıq nümayiş etdirərək 5:4 hesablı qələbəylə dünya çempionu olub. Ancaq Nihad Məmmədli (46 kq) komanda yoldaşının uğurunu təkrarlaya bilməyib. Maraqlıdı ki, bu güləşçimiz də Ukrayna təmsilçisiylə qarşılaşıb. Məmmədli Vladislav Kuzkoya (0:3) uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, “klassiklər” DÇ-ni 1 “qızıl” və 2 “gümüş”lə başa vurub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar