06 sen 12:21idman

Məhəmmədrəsul Məcidov üçqat dünya çempionudu!

Məhəmmədrəsul Məcidov üçqat dünya çempionudu!
Ağacan Abıyev təşkilatçılıqdan və hakimlikdən narazıdı
Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatına yekun vurulub. Yeganə finalçımız Məhəmmədrəsul Məcidov (+91 kq) həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Gənc həmkarına heç bir şans tanımayan dağıstanlı legioner layiqli qələbə qazanıb - 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28). O, bununla da 3-cü dəfə dünya çempionu olub. DÇ-2011 və DÇ-2013-də qızıl medal qazanan boksçu növbəti qələbə ilə rekordunu yeniləyib.
Beləliklə, 9 gün davam edən mundialı millimiz 2 medalla başa vurub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) “bürünc”ü boynundan asıb.
Kunkabayev məğlub olduğu döyüşü belə şərh edib: “Asan döyüş deyildi. Hardasa səhv etdim. Zərbə vurmaq məqamını əldən verdim. Düşünürəm ki, elə diqqətsizliyimə görə də məğlub oldum. Əsas məqsədim döyüşmək idi, sadəcə, planlarımı həyata keçirə bilmədim. Müdafiəyə daha çox diqqət yetirməliydim. Çox “açılmağa” gərək yox idi. Çempionluğu çox istəyirdim. Ancaq əlimizdə nə varsa, ona qane olmalıyıq. Qarşıda hələ çox turnir olacaq. Çalışacam ki, daha böyük uğurlar qazanım”.
Məcidovun fikirləri isə belə olub: “Çox xoş, çox gözəl hisslərdi. Azərbaycan adına üçüncü qızıl medalı qazandığıma görə fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram. Asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim. Əslində bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqincə mübarizə apardı, döyüşdü. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu əla nəticədi. Mənə qarşı bir qərəz olmadı”.
Maraqlıdı ki, Boks Federasiyasının (ABF) vitse-prezidenti Ağacan Abıyev hakimlikdən və təşkilatçılıqdan narazı qalıb: “Əslində komandamızın göstərdiyi nəticə bundan iki dəfə yaxşı olmalıydı. Ancaq hakimlər iki boksçumuzu “sıxdı”. Buna baxmayaraq, hazırda əldə etdiyimiz nəticə də gözəldi. Dünya ölkələri arasında 4-cü, Avropada isə birinci pillədə qərarlaşmışıq. Obyektiv hakimlik olsaydı, dünyada 2 və ya 3-cü yerdə ola bilərdik. Hələ bu vaxta qədər belə zəif təşkil olunmuş dünya çempionatı görməmişdim. AİBA-nın bəzi problemləri var deyə təşkilatçılıq zəif alındı. Adətən, mundiala ən güclü hakimləri seçib çağırırlar. Ancaq bu dəfə əllərinə kim keçib gətirmişdilər. Fikrimcə, istedadlı gənclərimiz daha yaxşı hazırlaşıb, növbəti Olimpiadalarda yaxşı nəticələr qazanacaqlar”.
ABF-in baş katibi Nağı Səfərov da medalsız qalan boksçularımıza qarşı haqsızlıq edildiyini düşünür: “Xalqımızı və bokssevərləri bu qələbə münasibətilə təbrik edirəm. Dünyada cəmi 7 boksçu 3 dəfə dünya çempionu olmağı bacarmışdı. Məcidov bu siyahıda 8-ci oldu. Məhəmmədrəsul təkcə dünya çempionu olmadı, o həm də idmançılarımıza qarşı hakim qərəzi üzərində qələbə əldə etdi. Komandamız dünya çempionatına 4 idmançı ilə yollanmışdı. Lorenso Sotomayorla Pərviz Bağırovun yolu yenə də hakimlər tərəfindən kəsildi. Ancaq nə qədər çalışsalar da, Məcidovla Kamran Şahsuvarlının qarşısını ala bilmədilər. Bütün dünya və hamınız şahid olduq ki, hətta tam qələbə olduğu halda belə, hakimlərin bəziləri ədalətsizlik edirdi. Buna baxmayaraq, Məcidov bu ədalətsizliyi dəf edərək adını tarixə qızıl hərflərlə yazdırdı”.
Qeyd edək ki, yığmamız cari mundialda komanda hesabında 4-cü yeri tutsa da, Avropada hamını qabaqlasa da, əvvəlki üç analoji yarışla müqayisədə nəticəsi zəifləyib. Belə ki, 2011-də Bakıda, 2013-də Almatıda, 2015-də isə Dohada ilk “3-lüy”ü qapamışdıq. Sevindirici haldı ki, son dörd yarışda ən azı bir boksçumuz dünya çempionu olur. Ölkəmiz DÇ-lər tarixində də mövqeyini yaxşılaşdırıb. Belə ki, Məcidovun 3-cü çempionluğu İtaliyanı geridə qoyaraq 10-cu pilləyə yüksəlməyə imkan verib. Əslində dağılmış SSRİ-ni saymasaq, 1974-dən keçirilən mundiallarda qazandığımız medalların keyfiyyətinə görə 9-cu yerdəyik. Hesabımızda 6 “qızıl”, 4 “gümüş” və 9 “bürünc” var.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar