08 yan 13:25idman, manset

Elçin Cəfərov yetirməsinin müdafiəsinə qalxdı

Elçin Cəfərov yetirməsinin müdafiəsinə qalxdı
“Vitali o preparatları nə tanıyır, nə üzünü görüb, nə də ona əli dəyib”

Pekin Olimpiadasında gümüş medal qazanan Vitali Rəhimovun dopinq-testinin B nümunəsinin 8 il sonra təkrar yoxlama zamanı müsbət çıxdığını bilirsiz. Beynəlxalq Olimpiya Komitəsi yunan-Roma güləşçimizin nəticəsini ləğv edib və pəhləvandan medalın alınıb, bu quruma təhvil verilməsi tələb olunub. Burda əsas yük Güləş Federasiyasının (AGF) üzərinə düşür. “Klassik”dən medalı məhz bu qurum alıb Milli Olimpiya Komitəsinə verməlidi ki, o da öz növbəsində BOK-u arzusuna çatdırsın. Məsələ isə hansısa səbəbdən yubanır. Nəhayət, dünən AGF-dən mövqe öyrənə bildik. Federasiyanın yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovu dinləyək: “Mənə elə gəlir ki, bu elə də böyük problem deyil. Ümumiyyətlə, indiyədək dünyada dopinqə düşən çoxlu idmançıdan bir neçəsi medalı qaytarıb. Qalanları medalı özündə saxlayıb. Bəlkə də medalı saxlamaq üçün hansısa müdafiə variantı çıxacaq. Bəlkə İdman Arbitraj Məhkəməsinə müraciət ediləcək. Təəssüf ki, mən bu proseduru dəqiq bilmədiyimdən qəti bir şey deyə bilmirəm. Kimdi o medalı gəzdirən, kimdi ondan istifadə edən? O batmış, ölmüş metaldı idmançı üçün. Hərə bir söz deyir. Hətta Ümumdünya Antidopinq Agentliyinin (WADA) bir qurum kimi bir neçə ilə qalıb-qalmayacağı sual altındadı. Bu quruma alternativ təşkilat yaratmaq variantı var. Belə olsa, geri qaytarılan medalların taleyi necə olacaq? Dünyada baş verən prosesləri qabaqlamaq olmur. Nəyin necə olacağını müəyyənləşdirmək çətindi. Lap elə medalı Vitalinin evindən çıxarıb gətirək. Bu nəyi dəyişəcək ki?! Yoxsa bunu etmək problem deyil. Rəhimov bu medalı halal zəhmətiylə qazanıb. 10 kq çəki salıb Olimpiadada iştirak edib və güclü rəqiblərə qalib gələrək, layiqli şəkildə gümüş medal qazanıb. Gümüş medalın verilməsi nəzərdə tutulan qazax güləşçi də deyib ki, Vitali məni təmiz mübarizə şəraitində uddu, medala o layiqdi və mənə həmin “gümüş” lazım deyil. Məsələ burasındadı ki, bütün dünya bu prosesə qarşıdı. İndi bizi də keçmiş sovet ölkəsi kimi Rusiyanın gözünə qatıblar. Kiçik ölkənin idmanda bu qədər uğur qazanmasını çoxlarının gözü götürmür. Halbuki ABŞ və Avropa ölkələrinin idmançılarının təhlillərində də dopinq aşkarlanıb. Ancaq WADA deyir ki, həmin idmançılar əvvəlcədən bizə xəbərdarlıq etmişdi. Deməli, bu qurumu məlumatlandırıb nə istəsən, etmək olar. Amma Vitali kimilər “ilişəndə” deyirlər ki, gətir, medalı qaytar. Qardaş, belə olmur axı. Bütün dünya bilir ki, başverənlər məqsədli şəkildə yürüdülən siyasətin tərkib hissəsidi. İdman ictimaiyyəti də bu zibilə düşüb. Vitali o preparatları nə tanıyır, nə üzünü görüb, nə də ona əli dəyib. Təbii ki, biz BOK-a qarşı gələ bilmərik. Ciddi təkidlə medal tələb olunacaqsa, qaytarılacaq. Vəziyyət belədisə, Vitali nə deyə bilər ki? Amma 1 faiz şans, ümid varsa, ondan yapışmaq lazımdı”.
Maraq üçün qeyd edək ki, Elçin Cəfərov həmin Olimpiadada müvafiq yığmanın baş məşqçisi olub. Başqa sözlə, Rəhimov məhz onun rəhbərliyi altında Pekində uğur qazanmışdı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar