04 sen 21:23idman

Uğursuz Paris səfərinin iziylə…

Uğursuz Paris səfərinin iziylə…
Bir güllə bahar olmaz
Güləş üzrə daha bir dünya çempionatını geridə qoyduq. Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Parisdə təşkil olunan mundial sürpriz nəticələrlə yadda qaldı. Bu idman növündə dünyanın lideri sayılan Rusiyanın qızıl medala həsrət qalması, Almaniyanın 3 güləşçisinin finala yüksəlməsi, Yaponiyanın komanda hesabında birinci yeri tutması gözlənilməz oldu. Ancaq bizi başqalarının necə çıxış etməsi maraqlandırmır. Ruslar “qızıl” almayıbsa, uğursuzluğumuzu bu müqayisə ilə ört-basdır edə bilmərik. Güləş milli idman növlərindən sayılır. Bizim ən yaxşı çıxış etdiyimiz idman növündə uğursuzluqla üzləşməyimiz ciddi problemdi. Bunun səbəbləri araşdırılmalı, cavabdeh şəxslər cəzalandırılmalı, müvafiq islahatlar aparılmalı və nöqsanlar aradan qaldırılmalıdı. Əslində bu uğursuzluq gözlənilirdi.
Aksiya boşuna keçirilməmişdi
Təxminən 1 ay əvvəl ölkəni silkələyən, idmanımızın inkişafıyla bağlı bütün mifləri qıran aksiya baş tutdu. Hər zaman diqqət və qayğıya görə 1-ci sırada gedən Güləş Federasiyasının problemlərini 7-dən 77-yə hər kəs bildi. Güləşçilər aylardı yığılıb-qalan və həllini gözləyən çatışmazlıqları açıb ortaya qoydu. Düzdü, onları qınayanlar da tapıldı. AGF rəsmilərinin və baş məşqçilərin narazılığını başa düşmək olardı. Ancaq onlara quyruq bulayanları, idmançıların başqa yarışlarda qazandığı pulları əldə əsas tutanları anlamaq çətin idi. Vitamin çatışmazlığı, yaxşı təlim-məşq toplanışı keçməmək, aylarla maaşın verilməməsi dünya çempionatı ərəfəsində təhlükə siqnalı idi. Vəziyyət düzəlməsə, mundiala qatılmayacaqlarını belə demişdilər. Sonradan AGF əl-ayağa düşdü, müəyyən problemlər qismən də olsa, aradan qaldırıldı. Ancaq Parisdəki yarışda gördük ki, güləşçilər ən azı fiziki hazırlıq sarıdan geri qalır. Deməli, uğursuzluğun başlıca günahkarı məhz federasiyadı.
“Klassiklər”ə nə olub?
Ancaq min dəfə imam üçün ağlayanda, bir dəfə də Yezidin halına yanmaq lazımdı. Elə bütün məsuliyyəti AGF-nin boynuna yükləməklə deyil ki. Güləşçilərdə və məşqçilərdə heç günah yoxdu? Təbii ki, var. Bu mənada yunan-Roma güləşçilərini daha çox tənqid etməyə borcluyuq. Rövşən Bayramov kimi titullu güləşçiylə mübarizədən qalib ayrılıb, dünya çempionatına yollanan Taleh Məmmədov (59 kq) ən azı yarımfinala yüksələ, “bürünc” üçün mübarizə apara bilərdi. 1/4 finalda qırğız Kanibəy Yolçubəyov güləşçimiz üçün keçilməz rəqib deyildi. Bacarmadı. Kamran Məmmədovu (66 kq) qınamağa dilimiz gəlmir. Püşk İslamiadanın qalibinin üzünə gülməmişdi. İlk mərhələdə buna qədər bir dəfə dünya çempionu olmuş Ryu Han Su ilə qarşılaşdı. Koreyalı sonradan titulunu qoşalaşdırmaqla keçilməz rəqib olduğunu göstərdi. Hərçənd Məmmədovun 2-ci təsəlliverici görüşdə erməni Karen Aslanyana asan təslim olması üzücü məqam idi. Dünya çempionu Rəsul Çunayevə (71 kq) böyük ümid bəslənilirdi. Ancaq o da 1/16 finalda Almaniya təmsilçisinə “ilişdi”. İnsafən, Frank Ştablerin sonadək irəliləyib dünya çempionu olduğunu da qeyd etmək lazımdı. Çunayevin “bürünc”ə gedən yolunu Məhəmməd Əli Gerayi kəsdi. Formada olsaydı, Çunayev fəxri kürsüdə yer ala bilərdi. Rafiq Həsənov (80 kq) zədələndiyindən onun çəkisində Elvin Mürsəliyev çıxış etdi və “bürünc”lə təsəlli tapdı. Hər halda, yuxarı çəkidə DÇ-də medal qazana bilməsini uğur saymaq olar. Ancaq Həsən Əliyev bunu bacarmadı. Olimpiadaya qədər 66 kq-da çıxış edən sabiq dünya çempionu mövqeyini Rəsul Çunayevə uduzduğundan 71 kq-a qalxmışdı. Bu mundialda isə yuxarıda qeyd etdiyimiz səbəbdən 75 kq-da çıxış etdi. Nəticədə debütdə yapon Şohey Yabiku qarşısında aciz qaldı. Orxan Nuriyevlə (98 kq) Sabah Şəriətinin (130 kq) erkən məğlubiyyəti də gözlənilməz oldu. Axı uduzduqları rəqiblər elə də qorxulu deyildi. Çunayevdən sonra ən çox ümid bəslənilən güləşçi İslam Abbasov (85 kq) idi. Ancaq hərbi xidmətdə olduğuna görə yaxşı hazırlıq keçə bilməyən gənc pəhləvan debüt etdiyi yarışda medalsız qaldı. Hər halda, İslamiadanın qalibinin bu vəziyyətdə 5-ci yeri tutması tənqidə əl yeri qoymur. Yığmamız 22 xalla 9-cu yeri tutdu. Bu isə o deməkdi ki, gələn il millimiz Dünya Kubokunda iştirak edə bilməyəcək. Maraqlıdı, federasiya bu uğursuzluqdan sonra Şaban Donatla yolları ayıracaqmı?
Debüt uğurlu olmadı
Daha sonra səhnəyə qadınlar çıxdı. Yığma DÇ-yə baş məşqçisiz və kapitansız yollanmışdı. Semyon Çterevlə əməkdaşlığa son qoyulduğundan komandanı Fransaya yerli məşqçilər aparmışdısa, Mariya Stadnik zədədən sonra bərpa olmadığından mundialı buraxmışdı. Bu yarış göstərdi ki, Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) kimi legionerlərin bizə heç bir xeyri yoxdu. Onlar yalnız say düzəltməyə yarayır. Bir də İslamiada kimi ciddi rəqabətin olmadığı turnirlərdə medal qazanmağa. Üç il əvvəl Avropa çempionatının gümüş medalını qazanmış İrina Netrebaya (58 kq) da əvvəlki xidmətlərinə görə minnətdarlıq edib, “yaxşı yol” demək lazımdı. Düzdü, olimpiya medalçısı Natalya Sinişin (55 kq) debütdə uduzdu. Ancaq güclü rəqibə məğlub olan ukraynalı legionerə daha bir-iki yarışda şans vermək olar.
Tarixdə ilk dəfə DÇ-də 3 yerli qadın güləşçi çıxış etdi. Bu rekorda tam sevinə bilməsək də, Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq) və Elmira Qəmbərovanın (63 kq) debütant olduqlarını unutmayaq. Nəsirova 8:1 öndə olduğu görüşü məğlubiyyətlə başa vurdu. Qurbanovanın potensialı ən azı 3-cü yeri tutmağa imkan verirdi. Ancaq bir qədər təcrübə çatışmazlığı sözünü dedi. Qəmbərova da yarışdan-yarışa “artıra” bilər. Əsas odu ki, federasiya belə yerli güləşçilərə dəstək versin və millini tədricən əcnəbilərdən təmizləsin.
Bir güllə bahar olarmı?
Sərbəst güləş millimiz ən uğurlu oldu. Hərçənd bəzi ümid bəslədiyimiz pəhləvanların medalsız qalması tam sevinməyə imkan vermədi. Mahir Əmiraslanov (57 kq) üçün özünü göstərmək şansı idi. Ancaq gənc pəhləvan ən yüngül çəkidə yığmanın “1 nömrə”si olmaq imkanını sual altına qoydu. Axı, potensialı ən azı 1/4 finaladək irəliləməyə imkan verirdi. Bundan sonra onun çəkisində gürcü legionerə şans versələr, heç təəccüblənməyin. Ağahüseyn Mustafayevə (65 kq) də eyni sözləri aid edə bilərik. Çünki AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov elə bir fürsət axtarır ki, yığmamızı həmyerliləriylə doldursun. Yeri gəlmişkən, legionerlərdən Hacımurad Ömərovun (70 kq) erkən büdrəməsi diqqəti çəkdisə, Aleksandr Qostiyev (86 kq) son anda “bürünc”ü əldən verdi. Aslanbek Alborov (97 kq) isə 3-cü yeri tutmaqla Şərif Şərifova bu çəkidə ciddi rəqib olacağının siqnalını verdi. Sabit çıxışıyla seçilən Cəbrayıl Həsənovdan (74 kq) medal gözləsək də, təcrübəli pəhləvan ümidləri doğrultmadı. Ümumiyyətlə, son 6 ildə həmyerlimizin DÇ-dən əliboş dönməsi diqqəti çəkir. Böyük ehtimalla, baş məşqçi Firdovsi Umudov növbəti yarışlarda Murad Süleymanova şans verəcək. Gəncəli güləşçi daha gəncdi və böyük perspektiv vəd edir. Tokio Olimpiadası üçün bu çəkidə güclü rəqabət gedəcək. Hacı Əliyev isə yaxşı idmançı üçün şəraitin prioritet olmadığını göstərdi. Bütün çətinliklərə baxmayaraq, əsl xarakter göstərən naxçıvanlı güləşçi 61 kq-ın ağası olduğunu 3-cü dəfə isbatladı. Buna qədər Məhyəddin Allahverdiyev yunan-Roma güləşində 3 dəfə dünya çempionu olmuşdu. Onun rekordunu təkrarlayan Əliyev uğurlardan sonra arxayınlaşmadığını və işinə peşəkar yanaşdığını göstərdi. Hacı bütün idmançılar üçün nümunə sayıla bilər. Zarafat deyil, adam dünya çempionatı kimi nüfuzlu yarışda bütün rəqiblərini tam üstünlüklə məğlub etdi. Onun bu uğuru fonunda millimiz 32 xalla ilk “5-liy”i qapadı.
Statistikaya nəzər salarkən…
Parisdə 34 ölkənin idmançıları fəxri kürsüyə qalxdı. Azərbaycan 1 qızıl və 2 bürünc medalla 9-cu yeri tutdu. İlk “3-lük”də uyğun olaraq, Yaponiya (6-1-2), ABŞ (3-3-3) və Türkiyə (3-1-3) qərarlaşdı. Hər zaman özümüzü əksər sahələrdə Qafqazın lideri sayırıq. Halbuki maliyyə durumuna görə bizdən xeyli geri qalan Gürcüstanın (2-0-3) dördüncü, Ermənistanın (2-0-2) isə beşinci yeri tutması diqqəti çəkir. Dərs çıxarmaq üçün önəmli göstəricidi, deyilmi? Yeganə təsəllimiz hələ ki ümumi sıralamada onları qabaqlamağımızdı. Belə ki, indiyədək keçirilən DÇ-lərin cəmində 13 qızıl, 22 gümüş və 26 bürünc medal qazanmışıq. Bu isə 19-cu yerdə qərarlaşmağa imkan verib. Ancaq unutmayaq ki, bu uğurlarda legionerlərin böyük payı var…
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar