08 yan 13:18idman, manset

Rövnəq Abdullayev hələ Zayzenbaherlə bağlı qərar verməyib

Rövnəq Abdullayev hələ Zayzenbaherlə bağlı qərar verməyib
“Bu haqda nəsə deməyim doğru olmaz”

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar başlayıb. Tədbirdə 99 ölkədən 370 nümayəndə iştirak edir. İki gün davam edəcək beynəlxalq seminar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir. Seminardan öncə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayevlə İJF-nin başqanı Marius Vizer arasında görüş keçirilib. Onlar görüşdən sonra jurnalistlərin suallarını cavablayıb.
Daha öncə 2018-ci ildə dünya çempionatının ilk dəfə ölkəmizdə keçiriləcəyi bilinirdi. Vizer artıq bu məsələnin dəqiqləşdiyini söyləyib: “ACF ilə birgə bu cür seminar təşkil etdiyimizə görə böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevimək üçün bu cür addım atmışıq. SOCAR-ın bizimlə əməkdaşlıq etməsinə görə minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinə cüdoya etdiyi kömək üçün təşəkkür edirəm".
Rövnəq Abdullayevin fikirləri isə belə olub: "Belə böyük tədbiri Bakıda keçirdiyi üçün İJF-yə minnətdarıq. Bu bütün dünyanı əhatə edən bir tədbirdi. Çalışacağıq ki, qonaqlara ölkədə cüdonun inkişaf etdiyini göstərək. Çox şadıq ki, cüdonun qaydalarında edilən dəyişikliklər bütün dünyaya Azərbaycandan bəyan olunur. Bu da bizim üçün böyük şərəfdi. Bu cüdonun inkişafına təkan verir. Ölkədə onminlərlə insan cüdo ilə məşğul olur. Bu da idman növünün populyarlaşdığını göstərir. Artıq 3 çəkidə dünya reytinqinə idmançılarımız başçılıq edir. Bununla qürur duyuruq. İnanıram ki, biz birlikdə güclü olacağıq və əl-ələ verib daha da irəli gedəcəyik. İJF gələn il keçiriləcək mundialın təşkilatçılığını ölkəmizə verib. Hazırda detallar üzərində iş gedir. Bu yarışın Bakıda keçirilməsi ölkəmizdə cüdonun inkişafına daha böyük təkan verəcək. Bu üzdən İJF-yə bizə göstərdiyi etimada görə təşəkkür edirəm. Peter Zayzenbaherin yığmamızdakı taleyinə gəlincə, bildiyiniz kimi, onun məhkəməsi hələ davam edir. Gəlin, bu məsələyə məhkəmə bitdikdən sonra qayıdaq. Hələ ki bu haqda nəsə deməyim doğru olmaz”.
Daha sonra seminarın açılışı olub. Açılışda çıxış edən Abdullayev cüdo kimi populyar növ üzrə belə böyük tədbirin Bakıda keçirilməsindən şərəf duyduqlarını bildirib: “Cüdo dünyada ən çox inkişaf etmiş idman növlərindən biridi. Son illər bütün dünyada cüdoya maraq artıb. Əlbəttə, bu idman növünün hakimlik və yarış qaydalarında dəyişikliklərin edilməsi, yeni qərarların verilməsi bütün dünya cüdo ictimaiyyətinin diqqət mərkəzindədi. Seminarda çıxarılacaq qərarlar cüdonun gələcək inkişafı baxımından vacibdi. Nəzəri və praktik hissələrdə keçiriləcək seminar azərbaycanlı mütəxəssislər, hakimlər və məşqçilər üçün önəmlidi. ACF fəaliyyət proqramında dünya cüdo ailəsində önəmli yer tutmaq niyyətindədi. Bu gün cüdo ölkəmizdə çox sevilir və idmançılarımızın qazandığı uğurlar idmanın bu növünə olan sevgini daha da artırır. Seminar iştirakçılarına ikigünlük müzakirələrdə uğurlar arzulayıram”.
Sonra Vizer çıxış edərək seminarın əhəmiyyətindən danışıb. O, qaydalardakı dəyişikliklərə toxunub. İJF rəhbəri ACF-nin səmərəli fəaliyyətindən danışaraq, 2018-ci ildə Bakıda keçiriləcək dünya çempionatının da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Qeyd edək ki, bu gün başa çatacaq seminarda İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri iştirak edir. Məqsəd cüdonun hakimlik və yarış qaydalarında olan yenilikləri həm nəzəri, həm də praktiki şəkildə iştirakçıların diqqətinə çatdırmaqdı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Dünən, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Dünən, 13:51 Turun statistikası Dünən, 13:43 Turun məşqçisi Dünən, 13:38 Turdan məqamlar Dünən, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Dünən, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Dünən, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Dünən, 13:32 DÇ-yə hazırlıq başladı Dünən, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Dünən, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Dünən, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Dünən, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Dünən, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Dünən, 01:00 Moskvadan gələn var... Dünən, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Dünən, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Dünən, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Dünən, 00:53 PFL medalçıların siyahısını açıqladı Dünən, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Dünən, 00:49 Turun oyunçusu Dünən, 00:48 Turun sitatı Dünən, 00:46 Hakimlərin mühakiməsi Dünən, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Dünən, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Dünən, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Dünən, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar