31 avq 22:16idman

Faiq Həsənov AÇ-də yığmanın kapitanı olacaq

Faiq Həsənov AÇ-də yığmanın kapitanı olacaq
Mahir Məmmədov Günayın imtinasını şıltaqlıq sayır
Bu ayın 21-dən 26-dək Şahmat Federasiyasının inzibati binasında qadınlardan ibarət yığmamız Almaniya millisiylə yoxlama oyunları keçirdi. Rəqib reytinqdə üstün olsa da, komandamız yekunda 4:1 hesabıyla qalib gəldi. Baxmayaraq ki, son ölkə çempionu Günay Məmmədzadə bu qarşılaşmalarda iştirak etmədi. Qadın şahmatçılarımız arasında reytinqi ən yüksək olan 17 yaşlı qrossmeyster püşkatma keçirilmədən ağ fiqurların almanlara bəxş edilməsinə qarşıydı. Məmmədzadə bunun FİDE qaydalarına zidd olduğunu söyləyərək, yoldaşlıq oyununa qatılmaqdan imtina etdi.
Bizə çatan məlumata görə, AŞF-nin 1-ci vitse-prezidenti Mahir Məmmədov problemdən xəbərdar olan kimi püşkatmanın keçirilməsini istəyib. 2-ci vitse-prezident Faiq Həsənov da bununla razılaşıb. Ancaq sonradan vəziyyət olduğu kimi qalıb. Belədə AŞF rəhbərliyi Məmmədzadəni Nərmin Xələfovayla əvəzləməyi məqsədəuyğun sayıb. Maraqlıdı, Günayın bu imtinası yığma karyerasını sual altında qoyacaq? Düzdü, şahmatçı qəzetimizə verdiyi açıqlamada bu hadisənin millidə oynamasına əngəl olmayacağını söyləyib. Ancaq hər halda, qarşı tərəfin də fikrini öyrənməyi lazım bildik. Mahir bəy vəziyyəti belə qiymətləndirdi: “Əlbəttə, biz bu məsələyə mənfi münasibətimizi bildirdik. Günay yəqin ki, artıq səhvini başa düşüb. Məmmədzadənin bu hərəkətini şıltaqlıq kimi dəyərləndirirəm. Ancaq bu onun yığmadakı çıxışını sual altında qoymayacaq. Gənc şahmatçımız əvvəlki kimi millidə yer alacaq. Ona böyük ümid bəsləyirik, diqqət göstəririk. Qadın şahmatçılarımız arasında ən yüksək reytinqə malik olduğundan bu diqqət qaçılmazdı. Fikrimcə, o hələ karyerasının maksimumuna çatmayıb. Günayın reytinqdə yüksəlişinin davam edəcəyini düşünürəm. Məmmədzadə sürətlə inkişaf edən şahmatçıdı. Ümidvaram ki, həmişə olduğu kimi, qayıdıb yığmada öz yerini tutacaq”.
Vitse-prezident komandamızın almanlara qarşı sərgilədiyi mübarizədən razı qalıb: “Yoldaşlıq oyunları çox yaxşı təcrübədi. Xüsusən də Avropa çempionatı ərəfəsində bu görüşlər yığmamız üçün faydalıdı. Bir məqamı qeyd edim ki, qitə birinciliyində iştirak edəcək komandamızın üzvləri bundan öncə klublararası Avropa kubokunda “Odlar yurdu”nun heyətini təşkil edəcək. Ötən il Olimpiadaya hazırlaşarkən qadınlardan ibarət millimiz Gürcüstanla qarşılaşmışdı. Sonradan göründü ki, bu praktikanın xeyri var. Yığmamız Bakıda keçirilən yarışda 8-ci yeri tutdu. Qızlarımız yarışlarda az iştirak etdiyindən reytinqləri güclərinə müvafiq deyil. Çox oynasalar, reytinqləri daha real göstəricidə olar. Almanlarla oyunlar da bunu göstərdi. Günay Məmmədzadə müəyyən səbəblərdən oynamasa da, komanda yaxşı çıxış etdi. Zeynəb Məmmədyarova çoxuşaqlı ana olsa da və ictimai vəzifədə çalışsa da, yığmada əsl lider kimi mübarizə apardı. Bizi sevindirməkdə davam edir. Başqa şahmatçılarımız da yaxşı oynadı. Hamısı reytinqini artırdı. Ümumiyyətlə, qadın komandamızın çox yaxşı perspektivi var. Ümid edirəm ki, Yunanıstanda keçiriləcək Avropa çempionatında da uğurlu çıxış edərlər. Onu da qeyd edim ki, almanlarla cavab görüşünün keçirilməsi də nəzərdə tutulub. Həmin qarşılaşma Almaniyada baş tutacaq. Sadəcə, vaxtla bağlı dəqiqləşmə aparılmayıb”.
Məmmədovla söhbət zamanı iki yeni xəbərdən də hali olduq. Birincisi odu ki, federasiya bu dəfə klublararası Avropa kubokunda yalnız qadınların yarışında təmsil olunmağı planlaşdırır. Kişilərin yarışında isə heç bir komandamız mübarizə aparmayacaq. Mahir bəyi dinləyək: “Əvvəllər bu yarışda komandamıza ulduzları dəvət edirdik. Artıq bu xəstəlikdən sağaldıq. İndi bu turnirə yığmaların bir növ təlim-məşq toplanışı kimi baxırıq. Bu üzdən ötən il həm kişi, həm də qadın komandalarımız milli üzvlərindən ibarət oldu. Bu il də həmin praktikaya üstünlük verəcəyik. Ancaq bu il böyük ehtimalla, kişilərin yarışında təmsil olunmayacağıq. Təəssüf ki, Şəhriyar Məmmədyarov ötən il olduğu kimi, yenə əcnəbi klubların birində çıxış edəcək. Onun Rusiya klubunda yer alacağı gözlənilir. Teymur Rəcəbov isə İspaniyada “Qran-pri”yə qatılacaq. Bu üzdən onu yükləmək istəmirik. Qızlar isə yüz faiz Avropa kubokunda çıxış edəcəklər”.
İkinci xəbər isə daha maraqlıdı. Bildiyiniz kimi, indiyədək qadınlardan ibarət yığmamızı yerli mütəxəssislər çalışdırıb. Ancaq son 10 ildə kişilərdə kapitanlığı əcnəbilər edib. Zurab Azmayparaşvili, Vladimir Tukmakov və Aleksandr Xalifmanla müəyyən uğurlar əldə olunsa da, ötən il Aleksey Dreyev fiaskoyla üzləşdi. Bakıda keçirilən Olimpiadada medalı hədəfləyən millimiz onun kapitanlığı altında 12-ci yerlə kifayətləndi. Beləliklə, AŞF uzun fasilədən sonra bu yığmanı yerli mütəxəssisə həvalə etmək fikrinə düşüb. Adı eşidəndə çox təəccüblənəcəksiz: “Avropa çempionatında yerli kadrların xidmətindən istifadə edəcəyik. Hesab edirəm ki, Fikrət Sideifzadə qadınlardan ibarət yığmanın kapitanı kimi uğurlu fəaliyyət göstərir. Qızların hamısını yaxşı tanıyır. Bu üzdən onu kiminləsə əvəzləmək fikrimiz yoxdu. Kişilərdən ibarət yığmada isə Faiq Həsənovun kapitan olmaq ehtimalı var. Düzdü, o hazırda AŞF-nin vitse-prezidenti vəzifəsində çalışır. Ancaq dünya praktikasında belə hallarla rastlaşırıq. Elə Bakıda keçirilən Olimpiadada da bunu gördük. Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov yığmasının kapitanı kimi çıxış edirdi. Faiq müəllimin təqdimata ehtiyacı yoxdu”.
Çox güman, federasiya rəhbərliyinin çıxardığı iki qərarda maliyyə də böyük rol oynayır. Əslində Şəhriyar və Teymurun heyətdə yer almaması “Odlar yurdu”nu yarışdan kənarda qoymaq üçün əsas ola bilməz. Çünki başqa kişi şahmatçılarımız üçün klublararası Avropa kuboku böyük təcrübə deməkdi. Nəticə vacib deyilsə, əsas məqsəd millinin ehtiyat qüvvəsini gücləndirməkdisə, bu addımı atmaq lazımdı. Əslində hələ də gec deyil. Ümid edək ki, AŞF düşünüb-daşınıb doğru qərar verəcək. O ki qaldı Faiq Həsənovun kişiləri çalışdırmasına, bunu əsl sürpriz qərar kimi dəyərləndirə bilərik. Düzdü, Həsənov bizi ona qarşı qərəzli mövqe tutmaqda ittiham edir. Əslində belə deyil. Amma Faiq bəyin kapitan kimi yığmaya uğur qazandırması sual altındadı. Bu da var ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli kimi şahmatçılara hansısa istedadlı, amma belə yarışlar üçün təcrübəsiz yerli məşqçinin rəhbərlik etməsi inandırıcı görünmür. Əcnəbi mütəxəssislərdən yüksək qonorarlara görə imtina edildiyi də aydın məsələdi. Təki sabah pul artanda da bu yerli kadrlardan istifadə siyasətindən əl çəkməsinlər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar