06 yan 19:47idman, manset

Fərid Cəlalov Lüksemburqdan razı qayıdıb

Fərid Cəlalov Lüksemburqdan razı qayıdıb
Lüksemburqda keçirilən kişi voleybolçular arasında “Novotel Cup” turnirinə yekun vurulub. Millimiz ilk oyunda İslandiyaya qalib gəlib - 3:1 (25:21, 21:25, 25:16, 25:9). Fərid Cəlalovun komandası daha sonra meydan sahiblərinə uduzub – 2:3 (23:25, 25:19, 24:26, 25:20, 7:15). Voleybolçularımız son görüşdə yarışa gənclərdən ibarət yığmayla qatılan Almaniyaya da məğlub olub - 2:3 (27:25, 18:25, 25:14, 22:25, 11:15). Yekunda 5 xal toplayan yığmamız Lüksemburqdan 2, Almaniyadan 1 xal geri qalıb və 3-cü yeri tutub. Sonuncu olan İslandiya isə xal qazana bilməyib.
Dünən bu yarışla bağlı baş məşqçi Fərid Cəlalovun fikirlərini öyrəndik: “Lüksemburqdakı yarış bizə çox xoş təsir bağışladı. Təşkilatçılar bizi çox yaxşı qarşıladı. Qonaqpərvərlik göstərdilər. Azarkeş marağı da var idi. Xüsusən də yerli komandanın oyunlarında tribunalar dolurdu. Vüqar Bayramov Türkiyənin aşağı dəstəsində yaranmış fasilədən istifadə edib yığmaya qoşulmuşdu. Onun bizimlə olması komandaya müsbət təsir göstərdi. Mən baş məşqçi təyin olunandan sonra yalnız bir dəfə turnirdə iştirak etmişdik. Ötən il Gürcüstanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3 oyun keçirmişdik. “Novotel Cup” yığmanın rəhbərliyim altında 2-ci beynəlxalq yarışı oldu. Oyun praktikasının azlığı hiss olunurdu. Bunu nəzərə alsaq, yüksək səviyyədə çıxış etdiyimizi söyləyə bilərəm. Düzdü, Almaniya turnirə gənclərdən ibarət yığmasını yollamışdı. Ancaq onların gənc komandası belə yetərincə səviyyəli idi. Lüksemburq da güclü komanda idi. Bir qədər İslandiya başqa rəqiblərlə müqayisədə zəif idi. Əslində tay-brekdə uduzduğumuz qarşılaşmaları da qələbə ilə başa vura bilərdik. Son seti 15:13 bitən matçı uduzulmuş saymıram. Komandada taktiki sistemlə bağlı çatışmazlıq görmədim. Hətta voleybolçular gözlədiyimdən də yaxşı oynadı. Bir az blokda sıxıntı yaşadıq. Hücumda və müdafiədəki oyunumuz xoşuma gəldi. Turnirdə ümumilikdə 14 set oynadıq. Bu da oyun praktikası qazanmaq sarıdan xeyrimizə oldu. Yarış ərəfəsində Lüksemburqla yoxlama oyunu da keçirdik. Əvvəldən danışmışdıq ki, mübarizə 4 setdən ibarət olsun. Çünki ertəsi gün turnir başlayırdı və yorğunluq yaranmasını istəmədik. Həmin görüş 2:2 hesabıyla bitdi. Yarış bitdikdən sonra isə Almaniya ilə yoxlama oyunu keçirdik. Bu qarşılaşmada da eyni hesab qeydə alındı. Özü də bu matçda daha çox ikinci heyətə şans verdim. İlk “6-lıq”da əsas heyətdən yalnız Dmitri Obodnikova şans verdim. Oyunçularımı fərdi şəkildə dəyərləndirsəm, Vadim Kutukovun adını çəkə bilərəm. Əvvəllər o bizdə əsas heyət üzvü sayılmırdı. Amma bu turnirdə ona şans verdim və “Neftçi”nin üzvü bu şansdan maksimum yararlandı, ümidləri doğrultdu. Ümumilikdə heç kimdən narazılığım yoxdu. Hamı bacardığını nümayiş etdirdi”.
Cəlalov yığmanın gələcək planlarından da danışdı: “Aprelin 15-dək çempionatı başa vurmağı planlaşdırırıq. Bundan sonra İslam Həmrəyliyi Oyunlarına hazırlaşmaq üçün bir ay vaxtımız olacaq. Ölkə xaricində təlim-məşq toplanışı keçmək və yarışlardan birində iştirak etmək istəyirik. Bakıda keçiriləcək məsul turnirdən sonra Fransada dünya çempionatının seçmə mərhələsinə qatılacağıq. Ondan sonra isə Avroliqada mübarizə aparacağıq. Ancaq bu turnirdəki rəqiblərimiz hələ müəyyənləşməyib”.
Bu yaxınlarda Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev “CBC Sport”da yayınlanan “Qızıl set” verilişinə maraqlı açıqlama verib. “Naxçıvan” və “Lokomotiv”in heyətinin güclənəcəyini söyləyən mütəxəssis növbəti mövsümdən kişi komandalarımızın avrokuboklarda mübarizə aparacağını deyib. Bununla bağlı Fərid bəyin də fikirlərini öyrəndik: “Son iclasımızda Faiq müəllim bu haqda danışdı. Dedi ki, kişi voleybolunu inkişaf etdirmək üçün müəyyən işlər görməliyik. “Naxçıvan”ın heyəti zəif idi. Bu komandanın güclənməsinə ehtiyac var idi. Artıq bu ay yeni transferlər reallaşacaq. “Neftçi” və “Lokomotiv”ə də legionerlərin cəlb ediləcəyi gözlənilir. Avrokuboklarda iştirak da nəzərdə tutulub. Yəqin ki, əvvəlcə nisbətən aşağı səviyyəli turnirdə - “Çağırış” kubokunda mübarizəyə qoşularıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar