23 avq 20:24idman

Mehdi Nağıyev ittihamlara cavab verdi

Mehdi Nağıyev ittihamlara cavab verdi
“Ramilin gedişində mənim zərrə qədər də günahım yoxdu”
2011-ci ildə Azərbaycan vətəndaşlığından imtina edib, Türkiyəyə yollanan yüngül atletikamızın ən istedadlı yetirməsi artıq qardaş ölkə üçün böyü uğurlar qazanır. Quliyev bir neçə gün əvvəl Londonda keçirilən dünya çempionatında 200 metr məsafədə qaçış üzrə qızıl medal qazandı. Bu, Türkiyə yüngül atletika tarixində ilk “qızıl” oldu. Ramilin bu uğuru Azərbaycan idman ictimaiyyətini bir-birinə vurdu. Bəziləri ölkəni tərk etdiyinə görə Quliyevi qınadı, digər bir qismi də Yüngül Atletika Federasiyasını (YAF). İstər medianın, istərsə də sosial şəbəkələrin fenomeninə çevrilən Quliyev srağagün Türkiyə üçün daha bir uğur qazandı. Belə ki, həmyerlimiz Birmingemdə keçirilən “Brilyant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda hamıdan sürətli oldu. 20,17 saniyə nəticə göstərən Ramil qızıl medal əldə etdi.
Ramilin uğurları çoxaldıqca, federasiyada elə adamlar var ki, onlara da təpki artır. Bu adamlardan biri də federasiyanın 1-ci vitse-prezidenti Mehdi Nağıyevdi. Deyilənlərə görə, məhz Nağıyev Ramilin ölkəni tərk etməsinə səbəb olub. Mehdi bəyin Ramilin atası ilə münasibətləri korlanıb. İdmançı da bu cür qərar verib. Məsələ ilə bağlı özü ilə danışmağı lazım bildik. O, xarici ölkədə səfərdə olduğu üçün qısa danışdı. Nağıyevin sözlərinə görə, Ramilin atasıyla heç bir problemi olmayıb: “Ramilin atası Eldar kişi ilə heç vaxt problemimiz olmayıb. Əksinə, onunla həmişə yaxşı münasibətdəydik. Salam-sağolumuz var idi. Ramilin gedişində mənim zərrə qədər də günahım yoxdu. Bunu kim deyirsə, özü bilər. Onun ilk məşqçisi Tofiq Əliyev olub. Sonradan Ramil atası ilə çalışmağa başladı. Əliyev ölkənin ən yaxşı mütəxəssislərindən biridi. Maaş problemi də bizlik deyil. Ramil “Neftçi” İdman Klubunun üzvü idi. Maaşı da ordan alırdı. Daha bilmirəm ona nə qədər pul verirdilər. Bu, bizim qarışacağımız iş deyil. O mənə heç vaxt deməyib ki, problemim var və buna görə ölkədən gedəcəm”. Mehdi bəy Ramili Londonda təbrik etdiyini də söylədi: “Biz yarışdan öncə Ramillə görüşdük. London şəhərini gəzdik, söhbət etdik. Onunla heç bir problemim yoxdu. Yaxşı oğlan, həm də əla idmançıdı. Niyə kimləsə problemim olsun ki? Yarışdan sonra da onu təbrik etdim”. Vitse-prezidenti Ramilin geri dönüşünə sevinəcəyini də bildirdi: “Ramil bizimkidi. O, Azərbaycan torpağında böyüyüb, vətənimizin çörəyini yeyib. Quliyev indi də bizimkidi. Onu geri dönüşündə heç bir problem görmürəm. Ramil qayıtsa, canla-başla qarşılamağa hazıram”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar