22 avq 18:09idman

Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür

Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür
“Ucaboy millət olmamağımızı bəhanə etməməliyik”
Bu il basketbol tariximizdə ilk dəfə üç yaş qrupunda qitə arenasında təmsil olunduğumuzu bilirsiz. U-20 və U-18 Avropa çempionatının B, U-16 isə C divizionunda mübarizə apardı. U-20 və U-18 B divizionunda qalmaqla təsəlli tapdısa, yeniyetmələr Andorradan bürünc medalla qayıtdı. Əvvəlki saylarımızda U-20-nin baş məşqçisi Tahir Baxşıyev və U-16-nın çalışdırıcısı Elşən Yusubovun fikirlərini diqqətinizə çatdırmışdıq. Bu dəfə U-18-ə başçılıq edən Samit Nuruzadəylə söhbətləşdik.
- Əvvəlcə ümumi yarış təəssüratlarınızı bilmək istərdim.
- Çox müsbət təəssüratlarım var. Çünki B divizionunda ən gənc komanda idik. Oyundan-oyuna çıxışımızı yaxşılaşdırdıq. Polşa və İsrailə müqavimət göstərə bilmədik. Portuqaliyaya 30 xal fərqiylə uduzmağımıza baxmayaraq, komandanın çıxışından razı qaldım. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirsəydik, onlarla başa-baş oynaya bilərdik. Avstriya, İsveçrə və Albaniya ilə görüşləri də bura şamil edə bilərəm.
- Ən çox hansı oyunçulardan razı qaldız və hansı basketbolçular ümidləri doğrultmadı?
- Kamran Məmmədovdan çox razı qaldım. Şirzad Şirzadov ilk 3 qarşılaşmada çox yaxşı oynadı. Yaşca daha böyük olanlar gözlədiyim kimi çıxış etdi. Fiziki çatışmazlığımız heyətin rəqiblərlə müqayisədə daha gənc olmasından qaynaqlanırdı. Əksər rəqiblərin heyətində 1999 təvəllüdlü basketbolçular oynayırdı. Bizdə isə 1 yaş kiçik oyunçular cəmləşmişdi. Bizə bir az vaxt lazımdı. Gələn il sadaladığım ölkələrlə eyni səviyyədə çıxış edə bilərik.
- Həmin ölkələrdən ən çox nədə geri qaldız?
- İstər fiziki, istərsə də taktiki-texniki hazırlıqda geri qaldıq. Bu da səbəbsiz deyil. Çünki bizdə 18 yaşadək basketbolçular arasında ölkə çempionatı keçirilmir. Mən 20 nəfər arasından seçim edirəmsə, rəqiblər 2000-3000 arasından heyət formalaşdırır. Komandamızı Gürcüstan çempionatına aparmağa məcbur oluruq. Qonşu ölkədə basketbolçu sarıdan seçim genişdi. Ancaq onlar da bu yarışda uğurlu çıxış edə bilmədi. Bizdə ötən mövsüm 4 yaş qrupu üzrə çempionat keçirildi. Onlar böyüyür. Bir balaca səbr etmək lazımdı. Məncə, bunun axırı yaxşı olacaq.
- Donat qardaşları güclü basketbol məktəbi olan “Fənərbaxça”da çıxış edir. Bundan başqa, Tornike Julakidze və Eliyah Mollenhauer kimi legionerlər də heyətdə yer almışdı. Onların çıxışı ürəyinizcə oldu?
- Yenə qeyd edirəm ki, bunlar gəncdi. Saadettin Donat 2001 təvəllüdlüdü. Onun yaşı imkan verirdi ki, U-16 ilə Andorraya yollansın. Ancaq ən ucaboy basketbolçumuz olduğundan U-18-ə cəlb etdim.
- Yeri gəlmişkən, boy məsələsində də rəqiblərdən aşkar geri qalırdız?
- Nəzərəçarpanfərq yox idi. Şəxsi fikrim belədi ki, boy əsas amil deyil. Bəstəboy oyunçularımızın daha səviyyəli olmasını istərdim. Həmişə demişəm ki, ucaboy millət olmamağımızı bəhanə etməməliyik. Nə qədər seçim bol olarsa, bu problem də aradan qalxar.
- Ən çox hansı mövqenin oyunçusunun çatışmazlığından əziyyət çəkdiz?
- 3 nömrə. Bu elə basketbolçudu ki, topla oynamağı bacarır və eyni zamanda ucaboydu. Ancaq bu mövqe üzrə çatışmazlıq bütün dünyada var. Müasir basketbolda 4 və 5 nömrəsiz keçinmək olar, ancaq 3 nömrəsiz mümkün deyil. Bu mövqenin oyunçuları universal olur. Top da daşıyır, oyun da qurur, ribaun da götürür, xal da qazanır.
- Qeyd etdiz ki, gələn il başqa yığmalarla başa-baş mübarizə aparacaqsız. Bəs hədəf nə olacaq?
- Desəm ki, ilk “10-luq”da yer almaq üçün oynayacağıq, bu bir nəticə sayılmaz. Çünki A divizionuna ancaq medalçılar vəsiqə qazanır. 4-cü də, 14-cü də olsan, B divizionunda qalırsan. Bunu məsuliyyəti üzərimdən atmaq üçün demirəm. Reallığı qəbul etmək lazımdı. Əsas məqsəd Azərbaycanın böyüklərdən ibarət yığması üçün basketbolçu yetişdirməkdi. Rimas Kurtinaytisə 6 il möhlət verilmişdi. Bir az səbirli olun. Əsas yığmanı formalaşdırmaq üçün zamana ehtiyac var.
- Siz həm də gələcəkdə formalaşacaq əsas millinin çalışdırıcısı olacaqsız. Bu mənada U-20 və U-16-nın çıxışını necə dəyərləndirirsiz?
- U-16 haqda danışa bilərəm. Çünki onları məşq elətdirmişəm. Bu komandanın əksər üzvlərini Gürcüstan çempionatında oynatmışam. Çox istərdim ki, qrup lideri kimi yarımfinala vəsiqə qazansınlar. Belədə finala yüksələrdilər. Amma bürünc medal da pis nəticə deyil. B divizionu isə başqa səviyyədi. Artıq U-18-in bazası var. Fasiləsiz oyunçu yetişdirməyi bacarırıq. Bu məni sevindirir.
- Ermənilər klub formalaşdırıb, Rusiya çempionatına qatılır. Bu variantı biz də Türkiyədə tətbiq edə bilərikmi?
- Əlbəttə. Amma bu bizim üçün bir az tezdi. Onlar buna daha tez başlayıb. Mən basketbolun düşməni deyiləm. Mən də Türkiyə və Rusiya kimi ölkələrin çempionatında komandayla təmsil olunmağımızı istərdim. Amma bizdə hələ bu baza yoxdu. Bütün vəsaitimizi həmin kluba qoysaq, uşaq basketbolu bundan bir fayda görməyəcək. Çox istərdim ki, regionlarda bu idman növünü inkişaf etdirək. Həmin vəsaiti uşaq basketbolunun tərəqqisinə xərcləmək indiki zamanda daha məqsədəuyğun olar.
- Avropa çempionatına qatılan yığmalarımız ölkə xaricində toplanış keçə bilmədi, yoxlama oyunları keçirmədi. Belə çıxır ki, federasiyanızda ciddi maliyyə sıxıntısı var.
- Bu gün hər idman növündə bunu müşahidə edirik. Yoxlama oyunları keçirməməyimizdən, daha yaxşı hazırlıq keçə bilməməyimizdən şikayətlənmək fikrində deyiləm. 3 komandanın Avropa çempionatında iştirakı təmin olunub. Hər halda, buna da vəsait qoyulub. Nədənsə şikayətlənsəydim, komandanı heç yarışa aparmazdım.
- 2019-dan etibarən indiki U-20 böyüklər kateqoriyasına keçəcək. Əsas yığma həmin ildən formalaşacaq?
- Bu, FİBA-nın reqlamentindən asılıdı. Beynəlxalq qurum seçmə mərhələni futbol kimi tənzimləyib. İndi əvvəlki reqlamentə keçməyi fikirləşirlər. Biz FİBA-nın yekun qərarına uyğun addım atacağıq. Hər şey Samit Nuruzadənin deməyi ilə olmur (gülür). Federasiya rəhbərliyi ilə söhbət edib, bir qərar çıxaracağıq.
- Növbəti mövsüm üçün çempionatımızda hansı dəyişiklər gözlənilir?
- Hələ ki böyüklər arasında hansı komandaların iştirak edəcəyi bilinmir. Uşaqlar arasında yarışlar da əvvəlki qaydada keçiriləcək. Bu dəfə daha çox yaş qrupu üzrə çempionatlar keçiriləcək. Mənim üçün bu gün prioritet budu.
- Xəzəryanı ölkələr arasında keçirilən “Xəzər Liqası” turnirindən səs-soraq yoxdu. Bu yarışın taleyi necə oldu?
- İki mərhələ keçirildikdən sonra 3-cü mərhələ Türkmənistanda baş tutmalıydı. Ancaq hələ keçirilməyib. Ümidvaram ki, “Xəzər Liqası” davam edəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar