20 avq 15:30idman

Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir

Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir
Tofiq Əliyev: "Millinin baş məşqçisi kimi özünə demişdim ki, burda qal"
Son günlər ölkənin idman gündəmindəki əsas xəbərlərdən biri Türkiyəni təmsil edən soydaşımız Ramil Quliyevin Londonda keçirilən dünya çempionatında qızıl medal qazanmasıdı. 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan sprinter çiyninə Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da saldı və bütün dünyaya nümayiş etdirdi. İdmançının rəsmi “vikipediya” səhisədində ilk məşqçisinin atası Eldar Quliyev olduğu göstərilib. Ramil özü də dəfələrlə açıqlamalarında idmana atasının rəhbərliyi altında başladığını söyləyib. Lakin belə deyil. Xeyr, biz Quliyevi yalançı çıxarmaq niyyətində deyilik. Amma onu ilk dəfə idmana gətirən yüngül atletika üzrə yığmamızın baş məşqçisi Tofiq Əliyev olub. Tofiq bəylə əlaqə saxlayıb, Ramili çalışdırdığı dönəmə səyahət etməyi qərara aldıq.
- Tofiq bəy, Ramilin məşqçisi olduğunuz vaxt onun neçə yaşı var idi?
- Ramil dəfələrlə deyib ki, onun məşqçisi atası Eldar Quliyev olub. Amma elə deyil. Onu ilk dəfə idmana mən gətirmişəm. Ramil 12 yaşında, 2002-ci ildə mənim yanıma gəlib. Atasından bunu xahiş etmişdim. 3 il sonra isə Ramil uğurlu nəticələr verməyə başladı. İlk vaxtlar onun qaçışa heç bir marağı yox idi. Lakin vaxt keçdikcə, çalışdıqca marağı xeyli artdı. Təxminən 6 il yarım onun məşsçisi olmuşam. Rəhbərliyim altında ilk uğuru 2007-ci ildə qeydə alındı. O, Olimpiya Oyunları normativini yerinə yetirdi. Ramil həmin vaxt 200 metrə məsafəni 20,73 saniyəyə qaçmışdı. Bununla da o, 50 il heç kimin qıra bilmədiyi Azərbaycan rekordunu qırmışdı. Ondan əvvəl bunu Yuri Konovalov bacarmışdı. 2008-ci ildə isə Ramil Çexiyada 20,43 saniyə ilə ikinci yeri tutdu və Olimpiadaya Azərbaycandan ilk vəsiqə alan idmançı oldu.
- Ramilin idmana gəldiyi ilk günləri necə xatırlayırsız?
- O vaxt vəziyyət çox ağır idi. Yüngül atletikada ilk addımlarımızı atırdıq. Amma dayanmadan işləyirdik. İndi isə vəziyyət fərqlidi. Hər yerdə stadion və qaçış zolaqları var. İşimiz xeyli yüngüldü.
- Şərait yaxşı olmasa da, Ramil peşəkar və güclü idmançı kimi böyüdü.
- Yaxşı idmançı kimi yetişmək üçün ən yüksək şəraitin olması vacib deyil. Güclü idmançı hər yerdə yetişə bilər. O istedaddı. İstedadlı uşaq yaxşı məşqçinin əlinə düşdü, inkişaf etdi. Təbii ki, yaxşı idmançıların yaxşı məşqçiləri də olur (gülür).
- Bəs Quliyevin xarakteri haqda nə deyə bilərsiz?
- Çox yaxşı oğlandı. Heç nədən qorxmurdu. Onda əsl idmançı ruhu var idi. Onunla fəxr edirəm. Ramil həmişə yarışlarda sakit və soyuqqanlı olmağa çalışırdı. Yarışlardan əvvəl yatırdı, dincəlirdi. Ancaq eyni zamanda turnirlər haqda düşünürdü.
- Ramil heç məşqlərə gecikirdimi?
- Arada bu da baş verirdi. Bu hər kəsdə ola bilər. Bunu təkcə Ramilə aid etmək olmaz. İdmançının həyatında belə şeylər olur.
- Necə oldu ki, sizdən imtina edib, atası ilə çalışmağa başladı?
- O özü bunu istədi. Mən ona sual verim ki, atanla məşq etmək istəyirsən, yoxsa mənimlə? O da atasını seçdi. Bunu tam normal qarşıladım. Lakin cəmi iki-üç ay atası ilə məşq etdi. Ondan sonra Ramilin məşqçisi Oleq Muxin oldu.
- Atasıyla münasibətləriniz necə idi?
- İlk vaxtlar münasibət o qədər yaxşı deyildi. Sonra əlaqələrimiz normallaşdı. Çünki birlikdə xarici ölkələrdə turnirlərə yollanırdıq.
- Sonuncu dəfə Ramili nə vaxt görmüsüz, danışmısız?
- Elə bu il. Türkiyədə toplanışdaydıq. Onun anası da Türkiyədə yaşayır. Həmin vaxt hər ikisi ilə görüşmək imkanım oldu. Ramillə münasibətimiz o qədər də yüksək deyildi. Türkiyədə isə danışdıq, söhbət etdi. Onu Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında (İHO) qalib olması münasibətilə təbrik etdim. Nə də olsa, o həmişə deyir ki, ilk məşqçisi atası olub. (gülür)
- Belə çıxır ki, siz dost deyilsiz.
- Deyə bilmərəm. Salam-sağolumuz var. Düşmən də deyilik.
- Bəs dünya çempionatında qalib olandan sonra danışmadız?
- Xeyr, imkan olmayıb. Onu görən kimi, təbii ki, təbrik edəcəm. Elə sizin qəzet vasitənizlə təbriklərimi yetirirəm. Ona uğurlar, sağlamlıq arzulayıram. Qoy Olimpiadada da qızıl medal qazansın. Bu lap yaxşı olacaq. Həm özü, həm mənim, həm də Azərbaycan və Türkiyə üçün.
- Nə vaxtsa düşünmüşdüzmü ki, Ramil bu qədər tanınmış idmançı olacaq?
- Təbii ki, fikirləşirdim. Amma dünya çempionu olacağını gözləmirdim. Ona halaldı. Zəhmətimiz hədər getməyib. O, idmanı sevir.
- Ramil ölkəni tərk edəndə sizinlə məsləhətləşdimi?
- Xeyr. O vaxt biz danışmırdıq. Həmin dönəmlərdə onunla atası və Oleq Muxin məşğul olurdu. Hər şeyi onlar planlaşdırırdı. Onların işinə qarışmırdım. Millinin baş məşqçisi kimi özünə demişdim ki, burda qal. Amma bizə qulaq asmadı. Bu, onun seçimidi. Biz məcbur edə bilmərik.
- Deyilənə görə, onun mərhim atasıyla federasiyanın vitse-prezidenti Mehdi Nağıyev arasında hansısa problem olub. Bəlkə təfərrüatını siz yaxşı bilirsiz?
- Düzünü desəm, mən bilmirəm. 2008-ci ildə Olimpiada başa çatandan sonra bu məsələlərə qarışmadım. Atası və Muxin hər şeyi həll edirdi. Problemin olduğunu bilirdim. Amma təfərrüatdan xəbərsizəm.
- Yəqin ki, onu saxlamağın vacib olduğunu anlayırsız.
- Bəli, bunu çox istəyirdik. Federasiyada hamı çalışırdı ki, Ramil Azərbaycanda qalsın. Deyilənlərə görə, ona az pul verilirdi. Münasibətlər də buna görə pozulub. İnsan qazanmalıdı. Onu da başa düşürük.
- İndi Ramilin qayıtmasını istərdiz?
- Bunu hamı istəyir. Ramil bizimkidi. Başa düşürsüz, azərbaycanlıdı.
- Bəzi adamlar Türkiyəyə getdiyinə görə onu "fərari" adlandırır. Sizin buna münasibətiniz necədi?
- Mən bir şey deyə bilmərəm. Bu onun seçimidi. Bəlkə də, Ramilin qəlbində qayıtmaq haqda nəsə qalıb. Nə də olmasa, vətəndi, doğma torpaqdı. Qayıtsa, normal qarşılayıram. O mənimlə başlayıb. Qayıdışına şad olaram.
- İndi çalışdırdığınız atletlər arasında belə prespektiv vəd edən idmançı varmı?
- Bəli, var. 2002-ci il təvəllüdlü Lamiyə Vəliyeva çox prespektivli qızdı. O, gənclər arasında ölkə çempionudu. Bugünlərdə Macarıstandan - “Olimpiya günləri” adlı yarışdan qayıtmışıq. Lamiyə orda da çox yaxşı çıxış etdi, 200 metrə məsafəni 25,68 saniyəyə qaçdı. Ümumi göstəricidə 14-cü yeri tutdu. Bu olduqca yaxşı nəticədi. 2019-cu ildə oxşar turnir Bakıda olacaq. Düzdü, orda hansı yaş qruplarının iştirak edəcəyi bəlli deyil. Fikrimcə, 2002-03-cü il təvəllüdlü idmançılar iştirak edəcək. Lamiyə də orda çıxış etsə, yaxşı olar. Ona böyük ümidlər bəsləyirik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar