20 avq 13:55idman

AMKF yeni sponsorun yolunu gözləyir

AMKF yeni sponsorun yolunu gözləyir
Karateçilər sonuncu dəfə aprelin maaşını alıb
Ötən saylarımızın birində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) yaydığı bəyanatı diqqətinizə çatdırmışdıq. Qurum mətbuatda idmançıların 1 il maaş üzünə həsrət qalması və yığmaların “İnter Arena”nın idman zalından çıxarılması haqda yayılan xəbərlərin əsassız olduğunu bildirmişdi. Dünən əsl həqiqətin nədən ibarət olduğunu görmək üçün mənzil başına yollandım. İdman zallarının olduğu binanın 2 mərtəbəsi karateçilərin ixtiyarına verilib. Aşağı mərtəbədə böyüklər, yuxarı mərtəbədə isə yeniyetmə və gənclər hazırlıq keçir. Ancaq mən orda olduğum müddətdə bir neçə karateçi fərdi qaydada məşq edirdi. Onlar arasında Şahin Atamov və Roman Heydərov kimi aparıcı yığma üzvləri var idi. Öyrəndim ki, yığmanın qarşıdakı yarışlar üçün təlim-məşq toplanışı avqustun 21-də başlayacaq. Yay aylarının isti keçməsi səbəbindən komanda istirahətə buraxılıb. Ancaq kim istəyərsə, fərdi qaydada zalda məşq edə bilər. Hərçənd zallarda kondisionerlərin işlədiyini gördüm. Paltardəyişmə və masaj otaqları qaydasındadı. Bu binada hakimlər və nəzəri məşğələlər üçün də otaqlar var.
Daha sonra AMKF-nin mətbuat katibi Sənan Məhərrəmovun müşayiəti ilə yaxınlıqda yerləşən baş ofisə baş çəkdim. Ofis bu ilin yanvarınadək qurumun baş sponsoru olmuş Beynəlxalq Bankın (ABB) filialının yerləşdiyi binanın 2-ci mərtəbəsində yerləşir. Əvvəllər AMKF-nin ofisi 3-cü mərtəbədə olub. Ancaq ABB federasiyanı maliyyələşdirməkdən imtina etdikdən sonra bir mərtəbə aşağı düşüblər. Ofisdə olarkən mühasibatlığa baş çəkdim. Belə məlum oldu ki, AMKF-nin əməkdaşlarının ştat üzrə rəsmi aylıq maaş həcmi 19550 manat təşkil edir. Bu yerdə onu nəzərinizə çatdırım ki, bir çox federasiyalardan fərqli, Yaşar Bəşirovun prezidenti olduğu qurum yığma üzvləriylə müqavilə bağlayıb və maaş verir. Gənclər və yeniyetmələr isə beynəlxalq yarışlarda uğur qazandıqdan sonra təqaüdlə təmin olunur. Buna səbəb əksər klubların idmançılara maaş vermək iqtidarında olmamasıdı. Bu baxımdan yalnız “Qəbələ” istisnadı.
Bildiyiniz kimi, ABB AMKF-ni maliyyələşdirməkdən imtina edəndən sonra qurum yalnız AGİN-in yardımıyla ayaqda durur. Ancaq karateçiləri bazadan çıxaran olmayıb. Qeyd etdiyim kimi, ofis də yerindədi. Ümumiyyətlə, bu idman növü Tokio Olimpiadasının proqramına salındığından statusu böyüyüb. Karatedə uğurlu çıxış etdiyimizdən bu növ prioritet idman sahələrindən sayılır. Bu üzdən AMKF-nin ofisini və idman zalını əlindən alan olmayıb. Ancaq AGİN də federasiyanı maliyyələşdirməkdə çətinlik çəkir. Düzdü, millilər yarışlara ezam olunur. Ancaq maaşla bağlı problem yaranıb. Sadəcə, mətbuatda qeyd olunduğu kimi, 1 il yox, 3 aylıq ləngimə var. Belə ki, karate ictimaiyyəti sonuncu dəfə aprelin maaşını alıb. Problemin tezliklə yoluna qoyulacağı gözlənilir. Sentyabrdan etibarən dövlət qurumlarından birinin AMKF-yə sponsorluq edəcəyi dəqiqləşib. Bundan sonra ötən ayların maaşları ödəniləcək. Maaşların artırılacağı da istisna olunmur.
AMKF-nin baş katibi Mircabbar Seyidov ilin sonunadək iştirak edəcəkləri yarışların cədvəlini də təqdim etdi. Avqustun 24-25-də “Ərzurum Open”də iştirak edəcək karateçilər daha sonra ardıcıl 3 Premyer Liqa turnirinə qatılacaq. Bunlar Almaniya (8-9 sentyabr), Türkiyə (23-24 sentyabr) və Avstriyada (7-8 oktyabr) keçiriləcək. Oktyabrda əsas sınaq yeniyetmələr və gənclərin olacaq. Belə ki, oktyabrın 24-dən 30-dək İspaniyanın Tenerife şəhərində dünya çempionatı keçiriləcək. Böyüklər isə biraylıq fasilədən sonra noyabrın 11-12-də Yaponiyada ilin son Premyer Liqasında uğur qazanmağa çalışacaq. Həmin ayın 24-26-sı aralığında Bakı İdman Sarayında ölkə çempionatı keçiriləcək. Karateçilər ilə dekabrın 17-19-u aralığında İstanbulda təşkil olunacaq “Turkish Open” turniriylə yekun vuracaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar