19 avq 16:25idman

AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı

AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı
İkiqat olimpiya çempionu prezidentlə görüşmək üçün ölkəmizə gəlir
Başıbəlalı idman federasiyalarımız çoxdu. Belə qurumlardan biri də Qılıncoynatma Federasiyasıdı (AQF). Bir neçə dəfə bu sahədəki problemlərdən xəbər vermişik. Problemi qısaca xatırlatsaq, AQF-nin prezidenti Nazim İbrahimov aylardı federasiya işçilərinə maaş vermir. Bir müddət vitse-prezident Yaşar Məmmədov bu məsələni həll etməyə çalışıb. İşçilərin maaşını da öz cibindən verib. Ancaq indi o da bu pulu vermək imkanında olmadığını deyir. Üstəlik, vəziyyətin dəyişməsi üçün AQF-nin hesabat-seçki konfransını keçirməyə çalışır. Düzdü, nəhayət, bu konfrans baş tutub. Ancaq tədbir bir növ formal xarakter daşıyıb. Daha doğrusu, hazırki vəziyyətdə qurumun başqanına müxalif mövqedə duran vitse-prezidentin kənarlaşdırmasına xidmət edib. Diasporla İş Üzrə Dövlət Komitəsinin inzibati binasında baş tutan konfransda rəhbərliyin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr müzakirə olunub. Daha sonra gündəliyə uyğun olaraq, AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq edilib.
Hesabat-seçki konfransında iştirak edən üzvlərin səsverməsi əsasında Nazim İbrahimov yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.
Daha sonra vitse-prezident, baş katib və nəzarət-təftiş komissiyasının üzvlərinin adlarına aydınlıq gəlib. Ramin Məmmədov vitse-prezident, Asəf Məlikov baş katib, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasına üzv seçilib.
İbrahimov yeni seçilmiş heyətə AQF-in yeni fəaliyyət planının hazırlanması, millilərin yarışlarda iştirakının təmin olunması, Beynəlxalq Qılıncoynatma Federasiyası (FİE) ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Dünən məsələylə bağlı Yaşar bəyin fikirlərini öyrəndik. Məmmədov hər zaman olduğu kimi, yenə çarpıcı açıqlamalar verdi. Təcrübəli mütəxəssis hesabat-seçki konfransının ondan xəbərsiz keçirildiyini və qondarma tədbir olduğunu bildirdi: “Nə məni, nə də böyük məşqçi Fikrət Vəliyevi həmin tədbirə çağırıblar. Bu hesabat-seçki konfransı bizdən xəbərsiz keçirilib. Avqustun 7-də Nazim İbrahimov hamımızı çağırmışdı. Guya onun tapşırığı əsasında Asəf Məlikov araşdırma aparıb və ortaya çıxarıb ki, 2013, 2014 və 2015-ci illərdə bu növə hər ay ayrılan 10 min dolları mənimsəmişəm. Dedim ki, yalansa, atana lənət. 2015-lə bağlı sənədləri MTN-in əməkdaşları 1 həftə yoxladı. Yaxşı ki, hər xərcin qəbzini saxlamışdım. 26 aydı federasiyanın işçilərinə maaş vermir. Mənə deyir ki, sən avqustun 1-dən AQF-nin zalını bağlamısan. Hələ İbrahimov yanımda oturduğu halda anidən “mənə dedin səni öldürərəm” söylədi. Dedim ki, ay zalım oğlu, yanında əyləşmişəm, mən nə vaxt sənə elə söz dedim. Hamı da şahiddi ki, mən elə söz deməmişəm. “Sənin kimi çaqqalı bu federasiyadan da, diaspordan da qovduracam” söylədim. Üstümə elə şər atdı ki, əsəbimdən ayağım qıc oldu. Daha sonra mənə zəng edib barışıq təklif elədi. Bir neçə ay əvvəl prezident İlham Əliyevə şikayət məktubu yazmışdım. Sən demə, satqınlar məktubu prezidentə çatdırmayıblar. Həmin məktub İbrahimovun masasının üstündə idi. Sonra Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyevə şikayət məktubu ünvanladım. Mənə zəng edib dedilər ki, filan gün saat 2-də qəbulunda olacaqsız. Bundan Nazim xəbər tutub mənə zəng etdi ki, problemlər yoluna qoyulacaq, gəl, şikayət eləmə. Mən də axmaqlıq edib ona inandım. Həmin görüşə getmədim və məsələnin həll olunduğunu söylədim. Ancaq sonradan aldadıldığımı gördüm. Hesabat-seçki konfransına səs toplamaq üçün öz adamlarını cağırıb. Onlar da ona səs verib. Öz müavini Ramin Məmmədovu da mənim yerimə vitse-prezident təyin edib. Asəf Məlikov Bərdədən hansısa karateçini qılıncoynatma üzrə məşqçi adıyla tədbirə gətirib. Belə biabırçılıq olar? Gənclər və idman naziri Azad Rəhimova deyib ki, Yaşar məni ölümlə hədələyir. Ona dedim ki, sən necə təxribatçısan. Baş katib seçdiyi adam cəmi 10 ay əvvəl “feysbuk”da yazmışdı ki, Nazim İbrahimov 16 aydı maaş vermir və s. Bir həftə əvvəl mənim kabinetimin qapısının qıfılını dəyişiblər. İş otağıma girib əşyalarımı götürə bilmirəm”.
İbrahimovun Məmmədova bir xeyli borcu da var. Yaşar bəy bizə həmin rəqəmləri də açıqladı: “4 ildi FİE və Avropa Qılıncoynatma Federasiyasına üzvlük haqqını mən verirəm. Vitse-prezident kimi maaşım 3 mindi. 26 aydı AQF-dən maaş almıram. Təkcə bu pul 78 min manat edir. Bundan başqa, federasiya işçilərinin əməkhaqqını, kommunal xərcləri öz cibimdən ödəmişəm. Ümumilikdə AQF prezidentinin mənə 450 min manat borcu var. Keçən il İbrahimova demişdim ki, dekabrda İlham Əliyevin iştirakıyla MOK-da hesabat-seçki konfransı keçiriləcək. Durub deyəcəm ki, Nazim pulumuzu vermir. İbrahimov dedi ki, iclasdan sonra 150 min manat verəcəm. Qalanlarını da hissə-hissə verərəm. Gördü ki, konfransda ölkə prezidenti iştirak etməyib, sözünü tutmadı. Onu da qeyd edim ki, federasiya əməkdaşlarının aylıq maaşı ümumilikdə 16 min manat edir. İki il əvvəl maaşların artırılacağını demişdi. Ancaq İbrahimov bu sözünü də tutmadı”.
Hazırda AQF-dən uzaqlaşdırılsa da, sabiq vitse-prezident mübarizəni davam etdirmək niyyətindədi. Bu işdə ona kömək edən də var: “Oğlum İlqar Məmmədov sabah ölkəmizə gəlir. Bildiyiniz kimi, o yeganə azərbaycanlıdı ki, ikiqat olimpiya çempionudu. Oğlum Rusiya yığmasının baş məşqçisi olmaqla yanaşı, Rusiya Qılıncoynatma Federasiyasının vitse-prezidenti vəzifəsində çalışır. Ötən il Vladimir Putin Rusiya yığmasının Rio Olimpiadasında uğurlu çıxışına (ruslar Rio-2016-da bu növdə 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb) görə oğluma orden verib. İlqar çalışacaq ki, bu problemi yoluna qoymaq üçün ya prezidentlə, ya da Mehriban xanımla görüşsün. İlham Əliyev onu da, məni də çox yaxşı tanıyır. Bunlar da eşidib ki, İlqar bura gələcək, tez hesabat-seçki konfransı keçiriblər. Ramin Məmmədov əvvəl baş katib idi. Sonradan mənim müraciətim əsasında vəzifəsindən uzaqlaşdırılmışdı. İndi onu mənim yerimə vitse-prezident təyin edib. Nazir də AQF-nin durumundan xəbərdardı. Oğlum deyir ki, bunları başa sal, mən 100-200 min dollar verməyə hazıram. Bir şərtlə ki, Nazim İbrahimov postundan getməlidi”.
AQF prezidenti qurumun əməkdaşlarının maaşını verməməklə yanaşı, idmançıları yarışlara da göndərmir. Bunun nəticəsi kimi sabah Tayvanda başlayacaq Universiadada heç bir qılıncoynadanımız çıxış etməyəcək. Yaşar bəyi dinləyək: “Bu gün (dünən) Fikrət Vəliyev Universiadaya yollandı. Orda hakimlik edəcək. Fatma İbrahimova, Sevil Bünyatova və Sevinc Bünyatova AQF tərəfindən həmin yarışa ezam olunmalıydı. Ancaq Nazim pul vermədi ki, idmançılarımız turnirdə iştirak edə bilsin. Halbuki biletləri də sifariş vermişdik. Ancaq son anda pul verməkdən imtina etdi. Universiadalara ezam xərclərini AGİN yox, federasiyalar öz öhdələrinə götürməlidi. Fikrət də FİE-nin hesabına Universiadaya yollana bildi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar