17 avq 20:08idman

Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi

Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi
Rövşən Bayramov, Mariya Stadnik və Şərif Şərifovsuz...
Avqustun 21-26-sı aralığında Parisdə keçiriləcək dünya çempionatına hazırlaşan güləş yığmalarımızın heyəti açıqlanıb. Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə seçməmizin heyəti Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq. Rafiq Hüseynov zədəli olduğundan Mürsəliyev onu əvəzləyəcək. Elvinin daim çıxış etdiyi 75 kq-da isə ötən il 71 kq-da dünya üçüncüsü olmuş Həsənə şans verilib. Mundialda əsas ümidlər Rəsul və İslamadı. Göründüyü kimi, ikiqat olimpiya medalçısı Rövşən Bayramov AÇ və İslamiadanın ardından DÇ-dən də kənarda qalıb. Donat avqustun 15-də baş tutan açıq məşqdə Bayramovun əvvəlki kimi məşqlərdə iştirak etdiyini, hələ karyerasını bitirməyə hazırlaşmadığını, ancaq Məmmədovun daha yaxşı formada olduğuna görə millidə yer aldığını bildirdi.
Sərbəst güləş üzrə yığmamız son 10 ildə ilk dəfə bu qədər çox yerli idmançıyla mundiala qatılacaq. Bu növdə vitse-prezident Maqomed Aliomarovun səyləri nəticəsində dağıstanlı legionerlərin üstünlük təşkil etdiyini bilirsiz. Bu dəfə DÇ-də üstünlük yerlilərə verilib. Söhbət Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq) və Cəbrayıl Həsənovdan (74 kq) gedir. Legionerlər isə Hacımurad Ömərov (70 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborovdu (97 kq). Cəmaləddin Məhəmmədov (125 kq) zədəli olduğundan çempionatda iştirak etməyəcək. Maraqlıdı ki, federasiya onun yerinə ən ağır çəkidə heç kimə şans verməyib. Halbuki ən azı gənclərdən birini təcrübə qazanması üçün məsul yarışa aparmaq olardı. Olimpiya çempionu Şərif Şərifov çəkisini yenidən 97 kq-a qaldırıb. O da zədəli olduğuna və hələ formaya düşmədiyinə görə DÇ-yə yollanmayacaq. Toğrul Əsgərovun (65 kq) isə dopinqli olduğu üçün bu yarışı buraxacağını xatırladaq. Yığmamıza baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayev rəhbərlik edəcək.
Qadın güləşi yığmamızda da heç vaxt olmadığı qədər yerlilər var. Düzdü, bu millimizdə yenə legionerlər çoxluq təşkil edir. Ancaq üç yerli pəhləvanın böyüklər arasında DÇ-də iştirakı rekord göstəricidi. Parisdə döşəyə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Natalya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Komandanın lideri Mariya Stadnik zədə üzündən DÇ-ni buraxacaq. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. Baş məşqçi Semyon Çterevin Fransaya getməməsi təəccüblü deyil. Məsələ burasındadı ki, bolqar mütəxəssislə yollar ayrılıb. Çox güman, bu məsələdə AGF-nin maliyyə problemi sözünü deyib. Vaxtında maaş almadığına görə Çterevin də millidən ayrıldığını ehtimal etmək olar. Xatırladaq ki, əcnəbi çalışdırıcı 2014-ün noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi. Buna qədər isə bir müddət “sərbəstlər”i çalışdırıb.
İndi isə açıq məşq zamanı səslənən fikirləri diqqətinizə çatdırırıq.
Firdovsi Umudov: “Komandamız bu il Avropa çempionatında, Dünya Kuboku və İslamiadada uğurlu çıxış etdi. Kislovodskda Olimpiya İdman Bazasında, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçdik. Həmçinin Gürcüstanda Vaxtanq Balavadzenin, Dağıstanda isə Əli Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə iştirak etdik. Bu yarışlarda uğur qazananları heyətə daxil etdik. Məşqlərimiz hər zaman yüksək səviyyədə təşkil olunub. AGF tərəfindən hər cür şərait yaradılıb. Güləşçilərimiz bazada qida və yataq yerləri ilə təmin olunub. Qalanı idmançılarımızın öhdəsinə qalır. İnanıram ki, güləşçilərimiz qarşıdan gələn yarışlarda da uğurla çıxış edəcəklər. Proqnoz verməyi xoşlamıram. Yığmanın heyətində yetərincə tanınmış simalar var. Onlar ölkəmizi layiqincə təmsil edəcəklər. Sürprizlər də ola bilər. Necə ki Cəbrayıl İslamiadada medalsız qaldı”.
Elçin Cəfərov: "Hər iki yığmada vəziyyət yüksək səviyyədədi. İdmançıların hamısı dünya çempionatına səylə hazırlaşıb. Hazırlıq prosesi çox yaxşı səviyyədə gedir. Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik. Əhval-ruhiyyə də çox yüksəkdi. Hər şey qaydasındadı. DÇ-yə kim necə hazırlaşıbsa, ondan o cür də nəticə gözləyirik. Hər komandadan iki-üç medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk "5-liy"ə düşmək şansı verir. İnanıram ki, güləşçilərimiz və məşqçilər korpusu bu işin öhdəsindən gələcəklər. Hərə öz fikrini deyib və fikrində də qalır. Heç kim idmançıya "niyə bu fikri səsləndirmisən" deyə bilməz. Kimin haqlı olub-olmadığını zaman göstərəcək. Güləşçilərlə fərdi söhbətlər olub, yenə də olacaq. Hər sahədə belə hallar baş verə bilər. Məncə, burda problemli bir şey yoxdu. Tədricən hər şey həllini tapır. İdmançının işi yaxşı məşq edib nəticə göstərməkdi. Çalışıb nəticəsini göstərsin. Yaxın zamanlarda hamı çəkdiyi əziyyətin bəhrəsini görəcək".
Şaban Donat: “Dünya çempionatına yaxşı hazırlaşmışıq və hər idmançıdan medal gözləyirik. Uzun illərdi birlikdə çalışdığımız idmançılara güvənmişik. Heyətdə dünya və Avropa çempionları yer alıb. Onların hər birinə ümidimiz böyükdü. Bu gün Azərbaycan güləşçiləri dünyada ilk sıralarda mövqe tutub. Çox yaxşı hazırlaşmışıq. Hədəfimiz həmişəki kimi uğurlu çıxışla azarkeşləri sevindirməkdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar