17 avq 20:06idman

Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi

Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi
Nicat Rəhimov ölkəmizə qayıtmağa razılaşıbmış
Ötən il Ağır Atletika Federasiyasında (AAAF) baş verən struktur dəyişikliklərindən sonra qurumun başqanı Cahangir Əsgərov vitse-prezident Tofiq Heydərovu yığmalar üzrə böyük məşqçi təyin etdi. AAAF-da struktur dəyişikliyi oldu, millinin məşqçiləri yeniləndi. “Zirvə”nin prezidenti kimi tanıdığımız Heydərov ilk vəzifə kimi qarşıya dopinqlə mübarizəni qoydu. Ötən bir ildə bu istiqamətdə böyük işlər görüldü. Ancaq bugünlərdə məlum olub ki, İslamiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxan Anastasiya İbrahimli dopinqli imiş. Hələ ki WADA və AMADA xəbəri təsdiqləməsə də, 3 gün əvvəl ailə qurmuş Qazaxıstan əsilli idmançının Bakıdakı yarışda yasaq preparatdan istifadə fonunda uğur qazandığı dəqiqdi. Bunu eşidər-eşitməz Heydərov şəxsi “feysbuk” səhifəsindən istefa verdiyini açıqlayıb və çarpıcı fikirlər səsləndirib: “İdman həqiqi mənada bir oyundu. Hamıya məlumdu ki, mən və təsis etdiyim şirkətlər ağır atletikanın inkişaf etdirilməsi məqsədiylə 20 ildən artıqdı böyük işlər görürük. Bu müddət ərzində Allahın köməyi ilə uğurlu nəticələr əldə etmişik. Respublikada və bizə yaxın olan 12 dövlətdə 20-dən artıq ağır atletika klubumuz fəaliyyət göstərir. 1000-dən artıq atletimiz müntəzəm olaraq yarışlarda bizi layiqincə təmsil edir. “Zirvə” Beynəlxalq İdman Klubuna dünyada rəqib ola biləcək klub yoxdu. İnşa etdiyimiz ağır atletika kompleksləri uzun müddət bu növün inkişaf etdirilməsinə xidmət edəcək. Bütün bu görülən işlərin nəticəsi xüsusən Olimpiadada özünü göstərməliydi. Amma təəssüf ki, neçə illərdi bu əziyyətimiz süni maneələrlə boşa çıxarılır. Bu növdə dopinq “oyunu” bizim vurulmağımız üçün gözəl vasitə olub. 2010-da yeniyetmələrin Avropa birinciliyi və Olimpiya Oyunlarında medallar qazanılandan sonra bu “oyun”a özümüzkülər tərəfindən start verildi. Bir il sonra Peruda keçirilən dünya çempionatında ən azı 3-ü qızıl olmaqla 5 medal qazana bilərdik. Bununla da komanda hesabında DÇ-nin qalibi olub tarix yazacaqdıq. O zaman ilk dopinq “oyunu” işə düşdü. Bunu WADA və ya başqası yox, içimizdəki satqın və xainlər etdi. Hansısa dərmanı bilərəkdən uşaqlarımıza məşqçilərimizin əliylə verdilər və bu yarışdan bizi saxladılar. Bu “oyunlar” bu günə qədər müxtəlif üsullarla davam edir. 4 il əvvəl klubumuzun üzvləri yenidən bu “oyunlar”ın qurbanı oldu. Buna görə 2 dəfə klubumuzda bu növün bağlanmasına qərar verilib. Son dəfə AAAF-ın prezidenti (Cahangir Əsgərov) tərəfindən bütün səlahiyyətlər bizə həvalə edildi ki, bunların qarşısı alınsın. Son 1 ildə dopinqlə mübarizə aparmaq üçün nələr etmədik. Xeyri olmadı, içimizdəki xain və satqınlar atletlerimizə kərtənkələlərimizdən aldığı zəhəri verib, bizi yenə rüsvay etdi. İslamiadada Anastasiya İbrahimli və Hafiz Süleymanovun kimlərləsə birgə qurduğu “oyun” mənim həmişəlik bu növdən uzaqlaşmağıma səbəb oldu. Çünkü mən idmançılara, məşqçilərə, İWF prezidenti başda olmaqla bütün rəhbər şəxslərə söz vermişdim ki, bir daha komandamızda dopinq məsələsi olsa, bu işin içində olmayacam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı. Allah böyükdü. Hər işdə bir xeyir var. Bəlkə də vaxt olacaq idmandan uzaqlaşmağıma görə bu insanlara böyük hörmətim olacaq”.
Ancaq AAAF-ın mətbuat katibi Kənan Məstəliyevdən aldığımız məlumata görə, Tofiq bəyin istefası hələ təsdiqlənməyib. Heydərov bunu sosial şəbəkədə açıqlasa da, rəsmi qaydada federasiya prezidentinə istefa ərizəsini təqdim etməyib.
Mövzunu davam etdirəcəyik. Bu öz yerində. Ancaq Heydərovun statusuna rəy yazan Qazaxıstan adından olimpiya çempionu olmuş Nicat Rəhimovun atası Əli Rəhimovun bu fikirləri diqqəti çəkir: “Sən həmişə ağır atletikaya dayaq olmusan, əlindən gələni əsirgəməmisən. Nicatın bu səviyyəyə çatmasında böyük köməyin olub. Onu Qazaxıstana aparanda səndən başqa önümü kəsib, “aparma, nə lazımsa, mən edərəm” deyən olmadı. O zaman sənə qulaq asmadım. İndi yəqin fikirləşirsən ki, Əli düz etdi. Düz deyirsən, başımıza nə gəlirsə, özümüzdən gəlir. Xatırlayırsansa, 2009-da necə güclü uşaqlar vardı. Nizami Paşayevlə əl-ələ verib işləyirdiz, uğurlu nəticələr əldə edirdiz. Həmin sapı özümüzdən olan baltalar uğurlarınızı görüb, ikinizi də baltaladı. İndi Qazaxıstandayam. 3 gün əvvəl Nicatla söhbət etdim. Ona dedim ki, gedim Tofiq müəllimlə danışım, qayıdaq Azərbaycana, razılaşdı. Çox heyf ki bu cür oldu. Həvəsdən düşmə, Allah böyükdü. Ağır atletikanın sənə böyük ehtiyacı var. Sənə uğurlar arzulayıram, səbr diləyirəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar