17 avq 20:05idman

AMKF bəyanat yaysa da...

AMKF bəyanat yaysa da...
“Yay aylarında maliyyə dəstəyində müəyyən çətinliklər yaranıb”
Ötən il karatenin Tokio-2020-nin proqramına salınması bu növə ölkəmizdə diqqət və qayğının artırılacağına inam yaratmışdı. Ancaq Milli Karate Federasiyasının (AMKF) baş sponsoru Beynəlxalq Bankın idman sferasını maliyyələşdirməkdən imtina etməsi karate ictimaiyyətini çətin duruma qoydu. Yeni sponsor tapılana kimi federasiya AGİN-in ümidinə qalıb. Bütün xərclər yalnız nazirlik tərəfindən qarşılanır. Ancaq görünür, Azad Rəhimovun başçılıq etdiyi qurum da federasiyanı saxlamaqda çətinlik çəkir. Çünki aylardı davam edən problemlər get-gedə daha da böyüyür. Hərçənd dünən AMKF-nin yaydığı bəyanatda qorxulu bir şeyin olmadığı izah edilib. Amma sıxıntıların qaldığı da təsdiqlənib: “Bir sıra elektron informasiya vasitələrində AMKF-nin ağır maliyyə böhranı içərisində olması, 1 ildən artıqdı maaşların verilməməsi, millilərin “İnter Arena”da yerləşən federasiyanın təlim-məşq bazasından kənarladırlması kimi dezinformasiyalar yayılıb.
Həmçinin rəsmi mənbə ilə dəqiqləşdirilmədən etibarsız sayılan bu məlumatlarda karateçilərimizin xarici seminarlara qatılmaqla qazanc əldə edib xərclərini qarşılaması, arenadan çıxarılan millilərin məşqlərə qatılmaq imkanı olmadığı bildirilir. Hətta bu üzdən bəzi idmançıların karyerasını bitirmək istəyi olduğu kimi neqativ fikirlər yazılıb.
Nəzərinizə çatdıraq ki, İslamiadada yüksək nəticə göstərən milli üzvləri gərgin məşqlərdən sonra istirahətə buraxılıb. Həmçinin yay aylarının çox isti keçməsi ilə bağlı ağır təlim-məşq proqramları da müvəqqəti dayandırılıb. Buna baxmayaraq, müxtəlif yaş qrupları üzrə millilər hazırlığı davam etdirir. Bunun nəticəsi ötən günlərdə İranda qazanılan 4 qızıl, 5 gümüş və 4 bürünc medalla özünü göstərdi. Beynəlxalq təqvim planı üzrə payız aylarında rəsmi yarışlara hazırlıqlar davam edir. Onu da qeyd edək ki, çatdırılan məlumatın əksinə olaraq millinin heç bir üzvü ötən müddətdə beynəlxalq seminarlar keçirməyib. Eləcə də federasiya kollektivinin ciddi fərdi çətinliyi yaranarsa, təşkilatın rəhbərliyi tərəfindən bu problemin aradan götürüməsinə hər zaman həssas yanaşılır.
AMKF bu rəsmi açıqlaması ilə bildirir ki, məlum səbəblərdən baş sponsor Beynəlxalq Bankın bu ilin əvvəlindən maliyyə dəstəyini dayandırması ilə AGİN federasiyanın məhsuldar fəaliyyəti üçün bütün xərcləri üzərinə götürüb və bu addımın müsbət nəticələri göz qabağındadı. Yay aylarında maliyyə dəstəyində müəyyən çətinliklər yaranıb. Təbii ki, Azərbaycan qlobal dünyanın bir hissəsi, AMKF isə ölkədə fəaliyyət göstərən qeyri-biznes təşkilatlarından biri kimi mövcud durumdan kənar qala bilməz. AMKF-nin 20 illik fəaliyyət tarixində müvəqqəti çətinliklər olduğu zaman dövlət başçısı, MOK-un prezidenti İlham Əliyev tərəfindən, bu təşkilatın vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimovun dəstəyi ilə problemlər aradan qalxıb.
Federasiya kollektivi yaranmış vəziyyəti anlayışla qarşılayır və bu müvəqqəti çətinliyin yaxın zamanda dövlət dəstəyi ilə həll olunacağına əmindi. AMKF həqiqəti əks etdirməyən və mənbəyi məlum olmayan belə informasiyalara uymamağı və KİV-ə istənilən məlumatı federasiya rəsmiləri ilə dəqiqləşdirməmiş yaymamağı tövsiyə edir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar