17 avq 20:04idman

Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi

Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi
“Sözümü danmıram, 6 il əvvəl Ramil fərarilik edib”
Srağagün MOK-un inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə mətbuat konfransı keçirdi. Əvvəlcə Londonda keçirilən dünya çempionatında çıxış etmiş idmançılarımızın çıxışına toxunan qurumun başqanı əsasən Türkiyəyə “qızıl” qazandıran soydaşımız Ramil Quliyevlə bağlı sualları cavabladı. Konfransın gedişində Çingiz bəy “Futbol+”in 6 il əvvəl apardığı araşdırma nəticəsində üzə çıxardığı faktları da təsdiqlədi.
“İAAF-ın prezidenti Sebastyan Ko birinci bizi təbrik etdi”
- Bura Londonda keçirilən dünya çempionatının nəticələrini müzakirə etmək üçün toplaşmışıq. Atletikada mundial iki ildən bir keçirilir. Bu dəfə DÇ yeni qaydalar əsasında keçirildi. İlk dəfə bu yarışa 5 idmançımız lisenziya qazanmışdı. Vaxt var idi lisenziya qazana bilmədiyimizdən 2 “güzəştli kart”la DÇ-yə yollanırdıq. Təəssüf ki, lisenziya sahiblərindən biri zədəli olduğundan Londona gedə bilmədi. Anna Skidan çəkicatmada, Aleksis Kapello isə üçtəkanla tullanmada 5-ci oldu. DÇ-də bu nəticə atletika ənənələri olmayan ölkə üçün uğur sayılır. Hayle İbrahimovun nəticəsi bizi qane etmir. Görünür, bu yarışa çox yaxşı hazırlaşa bilməyib. Nazim İbrahimova ümidlər bəsləyirdik. Ancaq onun üçün bu il əsas yarış U-23 Avropa çempionatı idi. Əsas hazırlığını da bu yarışa uyğun qurmuşdu. Nəticədə qitə çempionu oldu. Özündən 3 yaş böyüklər arasında 1-ci yeri tutdu. DÇ-də sırf təcrübə qazanmaq hədəf idi. Ancaq özünün ən yaxşı nəticəsini təkrarlasaydı, medalçı ola bilərdi. Adətən, Olimpiadadan sonrakı DÇ-də nəticələr bir qədər aşağı düşür.
Bu mundial bizim üçün həm də Ramil Quliyevin çempionluğuyla əlamətdar oldu. Dünya tarixində bu nəticəni göstərən ilk türk idmançı oldu. Biz onu Londonda təbrik etdik. Finaldan öncə onun medal qazanmaq şansı olduğunu gördük. Türkiyə Atletika Federasiyası ilə danışdıq və belə qərara gəldik ki, Ramil medal qazansa, hər iki ölkənin bayrağını qaldıracaq. Quliyev hər dəfə qaçış cığırına çıxanda stadionda elan olunurdu ki, azərbaycanlı atlet qaçır. Təsadüfi deyil ki, həmyerlimiz dünya çempionu olandan sonra İAAF-ın prezidenti Sebastyan Ko birinci bizi təbrik etdi.
İkinci məsələni də qeyd etmək istərdim. Bir müddət əvvəl Layeş Abdullayevanın müsahibəsi “The Guardian” jurnalında çap olunub. Bu jurnal son illərdə Azərbaycan haqda 417 məqalə yazıb. Avropa Oyunlarından əvvəl ölkəmiz çirkab yaxmağa çalışırdılar. Qərəzli yazılarına görə əməkdaşlarına Bakı-2015 üçün akkreditasiya kartı verilmədi. Guya Layeşin 7000 dollarını mənimsəmişəm. Bu olduqca gülməli iddialıdı. Yerli jurnalistlər bu məsələni araşdırıb, tədqiqat aparıb, hər şeyi faktlarla ortaya qoymalıdı. Abdullayevanın AAF-la heç bir müqaviləsi yox idi. O, klubla anlaşmışdı. 3-cü İslam Oyunlarından sonra almalı olduğu mükafatdan söhbət gedir. Nazirlik tərəfindən bu pul ona verilib. Mənim o pulu mənimsəməyim mümkün deyil. Bəlkə də Bakıda kiminsə ona borcu var. Ancaq bunun federasiyamıza aidiyyatı yoxdu. O burda yetərincə pul qazanıb. Afrikada ev tikib, yetərincə maşınları var ki, taksi kimi fəaliyyət göstərir.
6 il əvvəl verdiyim müsahibəni ortaya çıxarıblar. Heç birini təkzib etmirəm və fikrimdə qalıram. Bu dediklərim Quliyevin idmançı fəaliyyətinə aid deyil. 2015-də keçirilən DÇ və ötən il Olimpiada ərəfəsində nəticə qazanıb-qazanmayacağını soruşdular. Dedim ki, medal qazana bilməyəcək. Elə də oldu. Ramil ölkəmizdən getdikdən 4 il sonra nəticələrini yaxşılaşdırmağa başladı. Jurnalistlər bu məsələnin mənəvi tərəfini araşdırsın. Saytlar yazır ki, AAF Ramilə pul vermirdi. Quliyev yeganə idmançı idi ki, 19 yaşında prezident tərəfindən evlə təmin olunub. “Neftçi” ona ən yüksək maaşı verirdi. Ramil də müsahibəsində deyib ki, o maaşı ancaq klubdan alır. Bütün dünyada belədi. Onun Azərbaycandan getməsinin səbəblərini araşdırmaq lazımdı. Legioner söhbətini dəfələrlə etmişəm. Müxtəlif yarışlarda başqa ölkələri təmsil edən erməni idmançıları görürük. Ramil qeyd edib ki, Azərbaycanda yaxşı məşq edə bilmirdi. Çünki manej soyuq idi. Düz deyir. İndi də vəziyyət dəyişməyib. Regionlarımızda qaçış cığırı yoxdu. Yalnız Bakıda var. O da tam istifadə olunmur. Atletika boks, güləş deyil ki, kiçik zalı icarəyə götürüb məşq keçəsən. Bu növ üçün stadionlar olmalıdı. Toplanışları dəniz səviyyəsindən yüksək yerlərdə olan stadionlarda keçirik. Bunun üçün isə idmançıları xaricə hazırlıq keçməyə yollamağa məcburuq.
- Federasiyadan toplanışlara ayrılan büdcəni infrastrukturun qurulmasına ayırmaq olmaz?
- Dövlət tərəfindən heç bir federasiyaya 1 qəpik də pul ayrılmır. Federasiyalar ictimai təşkilatlardı və idmançılara maaş vermir. Federasiyalar stadion, kompleks inşa etmir. Bu, dövlət proqramı çərçivəsində tikilə bilər. Toplanışlara, yarışlara ezamiyyət xərcləri AGİN tərəfindən ödənilir. Federasiya işçilərinə maaş verir. İdmançılara maaşı klublar verir. Federasiya həmin növ üzrə beynəlxalq qurumla əməkdaşlıq edir və AGİN bu məsələyə qarışmır. Həm də klublarla nazirlik arasında əlaqəni tənzimləyir.
- Federasiya maaş vermirsə, o zaman Güləş Federasiyası pəhləvanların etiraz aksiyasından sonra niyə pullarını verdi?
- Bu o halda ola bilər ki, idmançının həmin federasiya ilə müqaviləsi var. Ola bilər, AGF-də münasibətlər belə qurulub. Hər federasiya müstəqildi və işini istədiyi kimi qurur. AAF isə dünya praktikasına uyğun fəaliyyətini tənzimləyir. Biz idmançıya maaş vermirik. Bu, bütün dünyada belədi.
- Qılıncoynatma Federasiyası 26 aydı əməkdaşlarının pulunu vermir. Bu haqda nə deyə bilərsiz?
- Bu suala artıq AAF prezidenti kimi yox, MOK-un 1-ci vitse-prezidenti kimi cavab verəcəm. AQF-nin vitse-prezidenti Yaşar Məmmədovun dediyinə görə, neçə vaxtdı maaşı öz cibindən verir. Yaxın zamanda MOK və AGİN olaraq həmin federasiyanın iclasını keçirib, birgə qərar verəcəyik.
“6 il əvvəl Ramil fərarilik edib”
- Skidan və Kapellonun nəticələrini böyük uğur kimi qiymətləndirdiz. Bunlar “milliləşdirilmiş” idmançılardı. Həmyerlimiz isə başqa ölkə adına dünya çempionu olur. Son illər ölkədə “milliləşdirmə” siyasəti geniş vüsət alıb. Artıq həmin siyasətdən imtina edib, yerli idmançılara uğur qazanmaq üçün şərait yaratmağın vaxtı çatmayıbmı?
- Bu, dünyada olan bir problemdi. Məhəmməd Fərəh Somalidən olsa da, İngiltərə adından yarışır. Belə nümunələr çoxdu. İdmançıların transferi futboldan başlayaraq başqa növlərə də keçib. İdmanın populyarlaşması üçün nəticə lazımdı. Ramilin bu uğurundan sonra ölkəmizdə atletikaya axın olacaq. Həmişə deyirdilər ki, azərbaycanlıdan atlet olmaz. Babayev ola-ola, bilərəkdən Kapellonu bilərəkdən “milləşdirdik”. Aleksisi Azərbaycana gətirməsəydik, Nazim İslamiadada 17,15 metrlik nəticə göstərməyəcəkdi. Çünki 16,20 ilə qalib ola bilərdi. Kapellonu udmalıydı və uddu. Rəqabət olmasaydı, Avropa çempionu ola bilməyəcəkdi. Nicat Qazaxıstana getdi. Rəhimov orda inkişaf elədi, olimpiya çempionu oldu. Amma bu onun azərbaycanlı olması faktını dəyişmir. ABŞ-da yaşamış tanınmış alim Lütfi Zadə ana dilimizdə danışa bilməsə də, onunla fəxr edirik. Nizami Paşayev Ukrayna məktəbini keçməsəydi, Azərbaycanda 3 dəfə dünya çempionu ola bilərdi?
- Bir var idmançı özü gedə, bir də var onu burdan qovurlar, şəraitsizlikdən gedir...
- Məni güllələsələr də deyəcəm: gedən adam mütləq şəraitsizlikdən gileylənməlidi. Necə olur ki, başqa ağır atletlər üçün şərait yaradılır, amma Nicata yaradılmır? Deməli, Rəhimovun kiminləsə şəxsi problemləri var. Ramil Bakıda şəraitin olmadığını dedi. Quliyevə icazə verdik ki, “Fənərbaxça”da çıxış etsin. Bu klubdan transferə görə nə “Neftçi”, nə də AAF pul aldı. Bizə təklif etsələr də, bundan imtina etdik. “Fənərbaxça”ya keçəndən sonra ölkə çempionatında iştirak etdi. Ancaq sonradan məlum oldu ki, bizdən xəbərsiz Türkiyə vətəndaşlığı alıb. Biz ona Türkiyə adından yarışmağa icazə versəydik, indi təsəvvür edirəm ki, mətbuatda “AAF Ramili Türkiyəyə satdı, niyə federasiya onu buraxdı” və sair yazacaqdılar. Biz ona icazə vermədik. Qaydalara görə belədə idmançı 3 il gözləməlidi. Ramilə 2 il müddət tətbiq edildi. Çünki bizdən xəbərsiz 1 il əvvəl Türkiyə vətəndaşlığına keçmişdi. Çox şey demək olar. Detalların hamısını açıqlamaq istəmirəm. Ramili bu gün qəhrəman kimi qəbul edirik. Ancaq siz jurnalistlər araşdırın, Ramil və Nicat necə olub ki, burdan gedib.
Elsevər Məmmədov, sən yazmısan ki, Skidanla Kapello uğursuz çıxış edib. Sən bu nəticələri uğursuz sayırsan?
- Ramillə müqayisədə uğursuzdular. Quliyevə 6 il əvvəl fərari demişdizsə, bayrağımızı niyə ona verirdiz?
- Hər dəfə Türkiyəyə gedəndə Quliyevlə görüşürəm, yarışlarda söhbət də edirəm. Ancaq o vaxt dediklərimin üstündə qalıram. 6 il əvvəl Ramil fərarilik edib. Onun dünya çempionu olmasına bunun heç bir aidiyyatı yoxdu. Ramilə qaçmağı biz – ilk məşqçisi Tofiq Əliyev öyrədib.
“Eldar Quliyevlə Mehdi Nağıyev arasında problemlər olub”
- Quliyev ancaq heç vaxt bu məşqçi haqda danışmayıb...
- Bu, sənədlərlə təsdiq olunmuş faktdı. Ramilin uğurlarına görə Tofiq müəllim əməkdar məşqçi adını alıb. Ramilin heç yerdə onun adını çəkməməsi mənəvi məsələdi. O bir çox şeyləri qeyd etmir, yada salmır. Ona görə deyirəm ki, bunları araşdırın. Ramil nə vaxtsa deyib ki, Azərbaycan ona ev verib? 19 yaşında mənzil sahibi olub. İndiyə kimi ölkəmizdə aldığı mükafatları açıqlamayıb. Xahiş edirəm, başqa-başqa məsələləri bir-birinə qarışdırmayın.
- Ramilin qayıtmasını istərdiz?
- Əlbəttə. Ancaq Türkiyə onu buraxmaz axı. Qeyri-real şeylərdən danışmayın. Bu təşəbbüs ilk növbədə idmançının özündən gəlməlidi. Ondan sonra biz Türkiyə Atletika Federasiyasına rəsmi qaydada müraciət etməliyik. Ancaq onlar buna razılaşmaz. O bir müddət əvvəl müsahibəsində “Rusiya üçün qaçmaq istədim, ancaq bürokratik əngəllə üzləşdim” deyib. Ramil uşaqlıqdan Rusiyaya getməyi fikirləşirdi. 15 yaşında Moskvada keçirilən yarışda bizdən xəbərsiz çıxış elədi. Rusiya Atletika Federasiyasının prezidenti Valentin Balaxniçov mənə zəng etdi. Dedi ki, sizdən bizə müraciət var, sizinlə münasibətimizi korlamamaq üçün Ramili yığmamıza cəlb etməyəcəyik. Türkiyədə isə Fikrət Çətinqaya qərəzli münasibət ortaya qoydu. Bizdə şərait olmadığı üçün “Fənərbaxça”ya heç bir transfer haqqı ödənilmədən keçidinə razılaşdıq. Ondan əvvəl anası və qardaşı Türkiyəyə köçmüşdü. Ramil də ora gedəndən sonra qayıtmayacağını bildirdi. Ona görə deyirəm ki, bunların hamısını araşdırın.
- Mən 6 il əvvəl araşdırma aparmışam. Federasiyanın onun üçün etdiklərindən xəbərim var. Məsələn, klubdan 5000 manat maaş istəmişdi, “Neftçi” isə maksimum 3000 manat verə biləcəyini bildirmişdi. ADBTİA-ya daxil olmasında federasiyanın əməyi olmuşdu. Ancaq Ramilin atası Eldar kişiylə o zaman AAF-ın vitse-prezidenti vəzifəsində çalışan Mehdi Nağıyev intriqa yaşayıb. Ata Quliyevin infarktdan dünyadan köçməsinin də bu intriqadan qaynaqlandığı güman edilir. Demək olarmı ki, Ramil məhz bu hadisəyə görə Azərbaycandan ayrıldı?
- Valideynlərlə münaqişələr yaşanır. O zaman “Neftçi” başqa hansı idmançıya 3000 manat təklif edib? 19 yaşında hansı idmançı mənzil alıb? Mən ona nə qədər mükafat verildiyini demək istəmirəm. Allah Eldar müəllimə rəhmət eləsin. O, AAF-dan heç vaxt narazı olmayıb. Düzdü, onun da başqa prinsipləri var. Nazirlə söhbət eləmişdi. 7 il əvvəl imkanlar indiki kimi deyildi. Bəli, Eldar Quliyevlə Mehdi Nağıyev arasında problemlər olub.
- Müxtəlif ölkələrdən kimlərisə “milliləşdirə” biliriksə, onu da qaytara bilərik...
- Biz heç kimə müraciət etmirik. Həmin əcnəbi idmançılar özləri bizə müraciət edir. Mən bu gün də Azərbaycan adından yarışmaq istəyən əcnəbilərdən məktub almışam. İndi şərtlərimiz sərtləşib. Əvvəlcə nəticə verməlidi. Yalnız bundan sonra maaş verilə bilər. Hər hansı klub onları götürüb maaş verə bilər. Bunun bizə dəxli yoxdu.
“Keçmişdə başverənlər artıq unudulub”
- Hər yerdə idman ölkəsi olduğumuzu qeyd edirik. Ancaq bu gün deyirsiz ki, bizdə məşq keçmək üçün yetərli infrastruktur yoxdu. Düşünmürsüz ki, sabah Ramil kimi başqa istedadlı atletlərimiz də burdan gedəcək?
- Ümid edirəm ki, Quliyevin bu uğuru bizə çox xeyir verəcək. Atletikamızın inkişafına təsir göstərəcək. Bu sahəyə yeniyetmələrin marağı olacaq. Atletikayla məşğul olan idmançılar ən varlı insanlardandı. Çünki il ərzində çoxsaylı yarışlara qatılırlar. Güclü atletlər ildə 1-2 milyon qazanır. Ramil də vaxtilə kommersiya yarışlarında iştirak edirdi. Yadımdadı, Quliyev Avropa çempionatında yığmamız adından yarışmaqdan imtina etdi ki, bəs xəstəyəm. Ancaq bir həftə sonra kommersiya yarışında çıxış elədi. Bakı Olimpiya Stadionu tikilib. Ancaq o arena yaşayış yerinə yaxın yerləşmədiyindən uşaqların ora gedib-gəlməsi problemə çevrilir. Bunun üçün onları nəqliyyat vasitəsiylə təmin etməyi planlaşdırırıq. Manejin yenidən qurulması üçün də danışıqlar aparırıq.
- Ramili ölkəmizə hər hansı tədbir zamanı fəxri qonaq kimi dəvət etmək olarmı?
- Elə niyə? Onsuz da Quliyev Azərbaycana ara-sıra gəlir. Mətbuatda elə imic yaradıblar ki, guya bizimlə düşməndi. İslamiadadan əvvəl burda təlim-məşq toplanışı keçmişdi. Məşqçisi də tez-tez gəlir. Keçmişdə başverənlər artıq unudulub. Münasibətlərimiz indi yaxşıdı.
- Quliyevə Türkiyənin illik bizim pulla 340 min manat xərclədiyi qeyd olunub. Maraqlıdı, bizdə Nazim Babayevə nə qədər vəsait xərclənir?
- Nazim “Neftçi”nin üzvü kimi klubdan maaş alır. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən gələn ildən təqaüdlə təmin olunacaq. Amma bu o demək deyil ki, biz də Ramilə xərclənən vəsaiti Babayevin hazırlığına sərf etməliyik. Əslində həmin məbləğ sırf onun Antalya toplanışlarının xərcidi. Yəni bura aldığı maaş daxil deyil. Quliyev Antalyada günü 117 dollar olan “Qloriya” otelində qalır. Biz də hansısa idmançını xaricə toplanışa yollayanda onun ezamiyyət xərclərini ödəyirik.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar