10 avq 16:00idman

Yığma üzvləri Türkiyədə çempion oldu

Yığma üzvləri Türkiyədə çempion oldu
Çimərlik voleybolu üzrə qadınlardan ibarət yığmamız növbəti uğura imza atıb. Türkiyənin Samsun şəhərində keçirilən “Pro Beach” turnirində Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət cütlük fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onlar yarımfinalda Mərvə Çələbi – Buğra Əryıldız duetinə qalib gəlib – 2:0 (24:22, 21:19). Təmsilçilərimiz finalda Əsra Betül Çətin və Hatice Can Tonbuldan ibarət cütlüyü məğlub edib – 2:0 (21:19, 21:19). Onlara qızıl medalları Samsun Böyükşəhər Bələdiyyəsi başqanının müavini Nihat Soğuk və Türkiyə Voleybol Federasiyasının prezidentinin müavini Alper Sədat Aslantaş təqdim edib. Həm kişilər, həm də qadınlar arasında keçirilən yarışın ümumi mükafat fondunun 32 min lirə təşkil etdiyini də nəzərinizə çatdıraq.
“Neftçi” ölkə çempionatına qatılmayacaq
Avqustun 18-də bədii gimnastika üzrə ölkə çempionatı keçiriləcək. 24-cü dəfə keçiriləcək yarışa 25 idmançı qatılacaq. Gənclər və böyüklər üzrə yaş kateqoriyalarına ayrılacaq bu gimnastlar halqa, top, gürzlər və lentlə mübarizə aparacaq. Yarışa “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, “Start”, “Zirvə”, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri qatılacaq. “Spartak” və “Neftçi” kimi köklü klubların çempionata qatılmamasının sırf maliyyə durumundan qaynaqlandığını söyləyə bilərik.
Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq çempionatın bileti 6 manatdı. Saat 12.00-da start götürəcək yarışı canlı izləmək istəyənlər biletləri arenanın kassasından əldə edə bilər.
Sabiq milli üzvü faciənin qurbanı oldu
Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində olub. Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub. Arxada hərəkətdə olan KİA markalı avtomobil də BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 25 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Sonradan məlum olub ki, dünyasını dəyişən şəxs velosiped idmanı üzrə yığmamızın sabiq üzvü Akif Abdullayev olub. Velosiped İdmanı Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib. Allah rəhmət diləyib.
Cıdır üzrə medalçılar bəlli oldu
“Binə” Atçılıq Mərkəzində cıdır növü üzrə “Böyük Bakı Derbi” turniri keçirilib. İlk pilləni “Majestic Warrior” ləqəbli atla Məcid Məmmədov tutub. “Majestic Warrior” 2400 metr məsafəni 2 dəqiqə 49 saniyəyə qət edib. İkinci yeri “Royal Mirage” ləqəbli atla Mehman Xəlilov tutub. Yarışa “Agat” ləqəbli atla qatılan Gürcüstan idmançısı Georgi Çxartişvili isə üçüncü olub.
Abdullayev mundialı buraxa bilər
Kişi boksçulardan ibarət yığmamız dünya çempionatına hazırlığı davam etdirir. Leonid Layinskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini başa vurub və dünəndən son mərhələyə start verilib. Yığmamız məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçir. Hazırlıq prosesində mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edir. Dünya çempionatına lisenziya qazanan Əbdülqədir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun zədələnməsidi. Abdullayevin müalicəsinə başlanılıb. Dağıstanlı legionerin mundiala kimi hazır vəziyyətə çatıb-çatmayacağı bilinmir. Son mərhələdə ukraynalı mütəxəssis fiziki yox, taktiki-texniki hazırlığa üstünlük verəcək.
Qeyd edək ki, avqustun 25-də Almaniyanın Hamburq şəhərində start götürəcək DÇ sentyabrın 3-də başa çatacaq.
Dünya Kubokunda rəqiblər müəyyənləşdi
Sentyabrın 2-dən 27-dək Gürcüstanın paytaxtı Tiflisdə şahmat üzrə Dünya Kuboku keçiriləcək. Finalçılar şahmat tacına İddiaçıların Turnirinə vəsiqə qazanacaq. Artıq Beynəlxalq Şahmat Federasiyası (FİDE) 128 iştirakçının siyahısını açıqlayıb. Ölkəmizdən məsul yarışda yalnız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edəcək. Mükafat fondu 600 min dollar təşkil edən turnirin qalibi hesabına 120 min dollar qatacaq. Məmmədyarov 1/64 finalda çinli Liu Quançu, Rəcəbov isə Farer adalarını təmsil edən Xelgi Dam Ziskayla qarşılaşacaq.
Dünya Kuboku “nokaut” sistemi üzrə keçiriləcək. Belə ki, iki klassik partiyada hesab bərabər olsa, “tay-brek” (rapid, blits, “armageddon”) reallaşacaq. Yalnız finalda 4 klassik partiya oynanılacaq. Bu dəfəki yarışın önəmini artıran səbəb şahmat tacının hazırki sahibi Maqnus Karlsenin də iştirakçılar sırasında yer almasıdı.
Qeyd edək ki, Şəhriyar turnirə vəsiqəni yüksək reytinqi sayəsində qazanıbsa, Teymur Təşkilat Komitəsinin nominantlarından biri olub.
Şagirdlər arasında AÇ-nin təbliğatı gedir
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin iştirakçıları ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd ölkəmizdə keçiriləcək voleybol üzrə Avropa çempionatını təbliğ etmək, şagirdlərə sağlam həyat tərzini və azarkeşlik mədəniyyətini aşılamaqdan ibarətdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 12 və 95 nömrəli tam orta məktəblərdə təşkil edilmiş görüşdə “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev və Voleybol Federasiyasının İdman şöbəsinin rəhbəri Elnur Məmmədov da iştirak edib. Görüş zamanı məktəblilərə gələn ay baş tutacaq qitə birinciliyi haqda geniş məlumat verilib. Həmçinin, şagirdlərin voleybolla bağlı bilik səviyyələrini müəyyən edən viktorina keçirilib. Viktorinanın qaliblərinə çempionat üçün hazırlanmış suvenirlər təqdim olunub. Görüşlərin “Yay məktəbi”nin təşkil olunduğu başqa məktəblərdə də keçirilməsi nəzədə tutulur.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar